beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qurani Kərimə hörmət

İnsanlıq qaranlıq içində yaşamaqda ikən, azğınlar və xurafalar ağılları ilə oynayarkən, Allah bu insanlığa lütf edərək onları qaranlıqlardan nura və bütlərə qulluqdan yalnızca Allaha qulluğa çıxarması üçün Quranı endirdi.

Allah Quranı bərabəri olmayan bir möcüzə olaraq endirdi. Onunla insanlara və cinlərə meydan oxudu. İnsanların dil mütəxəssisləri Ondakı qüsursuz dilə, hikmət sahibləri Ondakı hikmətə boyun əydi. Alimlər Onun sirlərinə heyran qaldı. Ona qarşı çıxanların qabağa çıxaracaqları bir dəlilləri qalmadı və acizlikləri ortaya çıxdı. Necə də belə olmasın? O, mütləq hikmət sahibi və hər şeydən xəbər olan Allahın kəlamıdır. Heç bir söz Ondan üstün ola bilməz və heç bir üslub Onunla yarışa bilməz.

Onu oxumaq, oxuyanları sevindirir. Təhsilini alanlar üçün əzbərləməsi asandır. O, qəlblərin baharı və gözlərin nurudur. Allah Onu nura aparan bir nur və haqqa yönəldən haqq bir söz etmişdir.O, Ona tabe olanları əbədiyyət cənnətinə aparan doğru bir yol etmişdir. Qəlblər Ondan usanmaz və Onu oxumaqla yorulmaz.

Quran, müsəlmanların rəhbəri və möminlərin həyat düsturudur. Quran, şəriət məktəbidir və ümmətin təməl dirəyidir. Peyğəmbərliyin dəlilidir. Gözlərin və bəsirətlərin nurudur. Ondan başqa Allaha aparan yol və Ondan başqa qurtuluş yoxdur. Hal belə olunca, hidayəti, nuru, dünya və axirətdə səadəti istəyən Onu özünə ən yaxın dost etməlidir. Gündüz və gecə boyu Onunla olmalıdır. Onun üzərində düşünməli və Onunla əməl etməli, bunun ikisini birlikdə etməli və yalnızca biri ilə kifayətlənməməlidir. Beləcə istədiyinə çatması qısa müddət çəkər və yarışda özünü önə keçənlərin arasında görər...

İslamın ilk nəsli Quran yolunda getdi. Beləcə, insanlar üçün çıxarılmış ən xeyirli ümmət oldular. Quran onların yanında sətirlərdə yazılı deyildi. Əksinə, sinələrində gizli idi. Əxlaqlarında və əməllərində qorunmuş idi. Onlardan biri yer üzərində gəzərkən, Quranın əxlaqını və ədəbini gəzdirərək gəzərdi.

İslam düşmənləri, Quranın böyüklüyünə və mənasının ucalığına şahidlik edmişdir. Vəlid bin Muğirə bir dəfə Rəsulallah (s.ə.s)-in yanına gələrək belə deyir: "Ey Muhammad! Mənə Quran oxu!" Rəsulallah (s.ə.s) bu ayələri oxudu: "Həqiqətən, Allah (Qur'anda insanlara) ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara (haqqını) verməyi (kasıb qohum-əqrabaya şəriətin vacib bildiyi tərzdə əl tutmağı) buyurar, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edir. (Allah) sizə düşünüb ibrət alasınız deyə, belə öyüd-nəsihət verir" (ən Nəhl surəsi, 90) Rəsulallah (s.ə.s) daha oxumağı bitirmədən düşməni (Vəlid), eşitdiyi sözlərin ucalığı və mənasının müqəddəsliyi səbəbilə, quruluşunun sağlamlığından və güclu təsirindən təsirlənərək oxuduğunu təkrar etməsini istəyir. Çox keçmədən Quranın ucalığını etiraf edərək belə deyir: "Vallahi, onun bir dadı və gözəlliyi var. O, alt tərəfi yarpaqlı və üstü meyvəli(bir ağac kimi)dir. Yaradılmış biri bunu söyləməz"

Allah Təala, Quranın böyüklüyünü və ucalığını, əgər O dağlara endirilmiş olsa Allahın qorxusundan dağların parça-parça olacağını bildirərək belə buyurur: "Əgər Biz bu Qur'anı bir dağa nazil etsəydik, sən onun Allahın qorxusundan (kiçildiyini) parça-parça olduğunu görərdin (halbuki ağıl və ruh sahibi olan insan onun öyüd-nəsihətlərindən ibrət almır). Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə, düşünələr" (əl Həşr surəsi, 21)

Peyğəmbər (s.ə.s)-in müharibələrindən birində, Muhacirlərdən bir adam və Ənsardan bir adam gecə növbətçi olurlar. Mühacirlərdən olan yatır və Ənsardan olan namaza qalxır. Düşməndən bir adam gəlir və Ənsardan olanı görüncə ona bir ox atır və yaralayır. Ənsardan olan oxu çıxardır. Düşman bu şəkildə üç ox atır. Ənsardan olan səhabə rüku edir və səcdə edir. Bu zaman dostu hadisədən xəbər tutur və düşmən qaçır. Mühacirlərdən olan səhabə Ənsardan olan dostunun axan qanını görüncə, "Sübhanallah! İlk ox atdığında məni oyadardın heç olmasa!" dedi. Ənsardan olan belə cavab verir: "Bir surə oxuyurdum, onu yarıda kəsmək istəmədim"

Söz, sahibinin ucalığı ilə uca olur. O sözü söyləyən yerin və göyün mütləq sahibi Allah isə hal necə olar? Allah belə buyurur: "Hər kəs Allahın nişanələrinə, mərasiminə (həcc əməllərinə, yaxud qurbanlıq heyvanlara) hörmət etsə, bu (hörmət), şübhəsiz ki, qəlblərin təqvasındadır (Allahdan qorxmasındadır)." (əl Həcc surəsi, 32) İlahi əmrlərin ünvanı, önündən və arxasından batilin yaxınlaşmadığı Qurani Kərimdir

O, Allah qatında Lövhi Məhvuzdadır. Allah Təala belə buyurur: "Şübhəsiz ki, o, dərgahımızdakı əsl kitabda (lövhi-məhfuzda) mövcuddur. O, çox ucadır, çox hikmətlidir (yaxud ayələri baxımından çox möhkəmdir)" (əz Zuxruf surəsi, 4)

Allahın Kəlamına hörmət, Allaha hörmətdir. İmam Nəvəvi rahimahullah belə deyir: "Müsəlmanlar, Uca Qurana hörmət etmənin, Onu hər növ nöqsanlıqdan uca tutmanın və Onu qorumanın fərz olmasında şübhəsiz həmfikirdirlər"

Kadi İyad rahimahullah deyir ki : "Kim Quranı və ya müshəfi ya da Ondan bir şeyi aşağı sayarsa, Müsəlmanların icmasına görə o kimsə kafirdir"

Allahın Kitabına hörmət göstərmək, Onu gözəl oxumaqla olur. Onun xəbərlərini təsdiq etməklə, əmrlərini yerinə yetirməklə və qadağalarından çəkinməklə olur. Allahın Onu ucaltmanız üçün göstərdiyi əməllərlə olur.
Allah Təalanın Kəlamına hörmət, sadəcə Onu təcvidlə oxumaq və hərflərini yerli yerində çıxardmaqla deyil. Onu lüks nəşr edib və yazılışını bəzəmək deyil. Evlərin divarlarına asmaq və ya ölülərə oxumaq da deyil. Əksinə, hərflərinə və sərhədlərinə tabe olmaqdır. Şərəfini uca tutmaqdır. Onun yolu ilə addımlamaqdır. "(Bu Qur'an) sənə nazil etdiyimiz mübarək (xeyir-bərəkətli) bir Kitabdır ki, (insanlar) onun ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri də (ondan) ibrət alsınlar!" (Sad surəsi, 29)

Allahın Kitabına hörmətin bir göstəricisi də, adamın Onu qüsülsüz olaraq oxumaması və dəstəmazsız olaraq müshəfa toxunmamasıdır. Çünki Peyğəmbər (s.ə.s), Amr bin Hazma, Qurana ancaq dəstəmazlı olanın toxunabiləcəyini yazmışdır. Bu hədisi, İmam Malik Muvattada rəvayət edir.

Qurana hörmətin bir göstəricisi də, Quran haqqında bilmədən danışmağın qadağan olmasıdır. İmam Nəvəvi rahimahullah belə deyir : "Bilmədən Quranın təfsirini etmək və bilməyən birisinin Onun mənası haqqında danışması haramdır. Bununla əlaqəli bir çox hədis var və bu barədə alimlər icma ediblər (yəni həmfikirdirlər). Alimlərin Onu təfsir etməsinə gəlincə, icazəlidir və gözəldir və bu barədə də alimlər icma ediblər"

Qurana hörmətin bir göstəricisi də, Quranı şəxsi zənnlərlə izah edilməsinin qadağan olunmasıdır. İmam Əhməd və Tirmizinin Said bin Cubeyr vasitəsilə İbn Abbasdan rəvayət etdiyi və Tirmizinin həsən saydığı bir hədisdə, Peyğəmbər (s.ə.s) belə buyurur: "Bildiklərinizdən başqa, məndən hədis rəvayət etməkdən çəkinin. Kim mənim adıma yalan söylərsə, atəşdən yerini hazırlasın. Kim də Quran haqqında öz fikrini söylərsə, ayəşdən yerini hazırlasın"

Qurana hörmətin bir göstəricisi də, Quran oxuyanın qəlbi ilə oxuduğunu hiss etməsi və oxuduğu üzərində düşünməsidir. Buxari, Əbu Səid əl Xudri (r.a)-dan belə rəvayət edir: Rəsulallah (s.ə.s)-in belə dediyini eşitdim: "Sizin içinizdə elə insanlar çıxacaq ki, onların namazları yanında namazlarınızı, onların orucları yanında oruclarınızı və onların əməli yanında əməlinizi kiçik görəcəksiniz. Onlar Quran oxuyarlar, fəqət oxuduqları boğazlarından aşağıya keçməz. Onlar oxun yaydan çıxdığı kimi dindən çıxarlar"

Qurana hörmətin bir göstəricisi də, Quran oxumadan öncə misvaq istifadə etmək və su ilə çalxalayaraq ağızı təmizləməkdir. Buxari, Əbu Hureyrə (r.a) vasitəsilə, Rəsulallah (s.ə.s)in belə buyurduğunu rəvayət edir: "Əgər ümmətimə əziyyət olmasaydı, hər namazdan əvvəl onlara misvak istifadə etməyi əmr edərdim" Beyhaki rahimahullah belə deyir: "Bu hədisin zahiri, bunu namaz qılmaq və Quran oxumaq üçün etdiyinə işarə edir"

Qurana hörmətin bir göstəricisi də, insanların danışması üçün Quran oxumağı kəsməkdən xoşlanmamaqdır. İnsanların sözü, Quran oxumaqdan üstün sayıla bilməz. Buxari, Nafinin belə dediyini rəvayət edir: "İbni Ömər (r.a), Quran oxuduğu zaman oxumağını bitirincəyə qədər heç danışmazdı"

Qurana hörmətin bir göstəricisi də, Quranı alimlərdən, öyrəndikləri və öyrətdikləri şəkildə öyrənməkdir. Muslim, Ənəs bin Malik (r.a)-nun belə dediyini rəvayət edir: "Peyğəmbər (s.ə.s), Ubeyy (r.a)-a belə buyurdu: "Həqiqətən Allah, sənə oxumamı mənə əmr etdi" Ubeyy dedi ki : "Allahmı sənə mənim adımı verdi?" Rəsulallah (s.ə.s) "Allah mənə sənin adını verdi" deyincə, Ubeyy (r.a) ağlamağa başladı

Qurana hörmətin bir göstəricisi də, Quranla münaqişəni tərk etməkdir. Buxari, Cundub bin Abdullah (r.a) yolu ile, Peyğəmbər (s.ə.s)-in belə buyurduğunu rəvayət edir: "Qəlbləriniz birlikdə olduğu müddətcə Quran oxuyun. Anlaşılmazlığa düşsəniz (oxumanı bitirib) qalxın"

Muslim, Abdulla bin Amr (r.a)-nun belə dediyini rəvayət edir: "Bir gun səhər tezdən Rəsulallah (s.ə.s)-in yanına getdim. Bir ayə üzərində anlaşılmazlığa düşən iki nəfərin səsləri gəldi . Rəsulallah (s.ə.s) bayıra çıxdı. Üzündən hirsləndiyi görsənirdi. Belə buyurdu: "Sizdən əvvəlkilər ancaq Kitabda anlaşılmazlığa düşdüklərinə görə həlak oldular"
Qurana hörmətin bir göstəricisi də, Quranı düşmən torpaqlarına aparmamaqdır. Buxari və Muslim, Abdullah bin Ömər (r.a)-nun belə dediyini rəvayət edir: "Rəsulallah (s.ə.s), Quran ilə düşmən torpağına səfər etməyi qadağan etdi"

Muslim Eyyub, Nafi və İbni Ömər (r.a) yolu ilə, Rəsulallah (s.ə.s)-in belə buyurduğunu rəvayət edir: "Quran ilə səfərə çıxmayın. Çünki mən, düşmənin ona əl uzatmayacağından əmin deyiləm" İmam Nəvəvi deyir ki : "Müshəfla səfərə çıxmağın qadağan olması, düşmənin ona əl uzadması və hörmətini aşağı salmasından qorxma səbəbilədir. Bunun olmayacağı bilinsə, nə məkruh, nə də qadağan olur"

Qurana hörmətin bir göstəricisi də, Quran oxumağın əvəzinə pul və başqa şeylər istəməməkdir. Tirmizi, həsən hədisdə İmran bin Huseyn (r.a)-nun Quran oxuyan və arxasından da bunun əvəzinə insanlardan dünyalıq tələb edən bir nəfərə rast gəldiyində "İnna lillahi va inna ileyhi raciun" dedikdən sonra belə dediyini rəvayət edir: Rəsulallah (s.ə.s)-in belə buyurduğunu eşitdim: "Kim Quran oxuyarsa Onunla (istəyəcəyini) Allahdan istəsin. Çünki bir növ insanlar gələcək, Quran oxuyacaq və Onun əvəzini insanlardan (dünyalıq pul və s.) istəyəcəklər"

Buxari və Muslim, Ali (r.a)-nun belə dediyini rəvayət edirlər: Rəsulallah (s.ə.s)-in belə buyurduğunu eşitdim: "Axır zamanda yaşları kiçik və ağılları az bir növ insanlar gələcək, insanların ən xeyirlisinin sözündən söyləyəcəklər. Onlar oxun yaydan çıxdığı kimi İslamdan çıxarlar. Onların imanları boğazlarına keçməz. Onları harda görsəniz öldürün. Çünki onları öldürmədə, ölüdən üçün Qiyamət günü bir əcr vardır"

Hədisin mənası budur: Sizin zamanınızda elə bir topluluq ortaya çıxacaq ki, onlar çoxca ibadət edəcəklər, fəqət ibadətləri riya və göstəriş üçün olacaq. Onlar, yaydan çıxıb sürətlə uzaqlaşan ox kimi dindən uzaq olacaqlar. Onlar, fitnəyə düşmüş və bu səbəblə kor və kar olmuş kimsələrdir .

Riya və göstəriş olsun deyə, Quran oxumanın heç bir əcri yoxdur. Əksinə o, sahibinə ziyandır. Quran oxumaq, ancaq Ona iman etmək və Onunla Allah Təalaya iman etmək üçün olmalıdır. Allah Təala belə buyurur: "Həqiqətən, bu Qur'an (bütün bəşəriyyəti) ən doğru yola (islama) yönəldir, yaxşı işlər görən mö'minlərə böyük bir mükafata nail olacaqları ilə müjdə verir!" (əl İsra surəsi, 9)

Qurana hörmətin bir göstərcisi də, qapağında və ya içində Quran ayələri olan kitabları və qəzetləri qorumaqdır. Bəzi müsəlmanlar bu kitabları və qəzetləri oxuduqdan sonra atırlar. Bunlar zibillərlə birlikdə toplanır və ayaqlar altında əzilirlər. Hətta bəziləri bunları yemək süfrəsi olaraq istifadə edir və daha sonra zibillərlər birlikdə zibilliyə atılır. Heç şübhəsiz ki, bu, Allahın Kitabına qarşı pis davranmaqdır, ədəbsizlikdir.

Qurana hörmətin bir göstəricisi də, Quranı yerə qoymamaqdır. Xüsusilə hara gəldi qoymamaqdır. Quranı hara gəldi qoyanın Ona hörmət etmədiyini göstərir. Ancaq insan məsciddə və ya evdə Quran oxuyarkən səcdə etməsi lazım olsa və Quranı qarşısına qoysa, bunda bir problem yoxdur və bu Qurana pis davranmaq deyil. Qurana qarşı hörmətsizliyin bir göstəricisi də, ayaqları Ona qarşı uzatmamaq və Ona arxa çevirməməkdir.

Bir müsəlman kimi Quranın bizim üzərimizdə olan bir haqqı da, Onu qorumaq və Ona hücum edən və ya Onu ələ salana qarşı susmamaqdır. Müshəfın ayələrinin ələ salınması xəbər müsəlmanları pis etmişdi. Bu çirkin bir hadisədir və bütün müsəlmanlara qarşı olunan bir pislikdir. Allahın Kitabına qarşı ədəbsizlikdir. Eyni zamanda əxlaqi dəyərlərə qarşıdır. Nifrət hisslərin alovlanmasına yol açır.

Edilməsi lazım olan, bu çirkin davranışların araşdırılması və bu iyrənc günaha qarışan hər kəsə lazımi cəza verilməsidir. Bununla birlikdə, müsəlmanlardan da üzr dilənməlidir. Çünki bu əməl, günahların ən böyüklərindəndir.


Tarix: 18.04.2013 / 13:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 394 Bölmə: Maraqlı melumatlar