beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşaqları kiçik yaşlarından şəxsiyyət kimi formalaşdırmaq

Sual: Bir çoxları uşaqlarının qeyri-sabit xasiyyət, davranış və əxlaqından, eləcə də təmtəraqlı həyat tərzinin onların şəxsiyyətinə təsir edəcəyindən narahatlıq hissləri keçirirlər. Uşaqlarımızın əxlaqına güc və izzət hisslərini necə aşılaya bilərik?

Cavab:
Həmd Allaha məxsusdur.
Sualda qeyd olunan bu məsələ indiki dövrdə uşaqların tərbiyə edilməsi zamanı qarşılaşdıqları ən ciddi problemlərdəndir. Bu problemə islamın gətirdiyi həll yolları, uşaqların şəxsiyyəti duyğularına güc və izzət hisslərinin yerləşdirilməsinə dair bəzi yollar aşağıda sadalanır:
TƏXNIYYƏ-(uşaqlara müraciət edərkən künyadan istifadə etmək və yaxud atasının, anasının adı ilə çağırmaq, məsələn: gənc bir oğlan uşağına “Əbu Fulən” “filankəsin atası” deyə müraciət etmək) və yaxud gənc bir qız uşağına “Umm Fulən” filankəsin anası deyə müraciət etmək. Bu cür xitab etmək uşaqda daha çox məsuliyyət hissi və özünü böyük kimi aparmaq kimi bir hissiyyat formalaşdırır. Belə ki, o artıq özünü daha çox formalaşmış bir kəs kimi aparır və adi uşaqlardan daha üstün olduğu şüuru ilə hərəkət edir. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) uşaqlara künyalar (təxəllüs) verirdi. Ənəs (Allah ondan razı olsun) deyir: “Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) rəftar və əxlaqca insanların ən üstünü idi. Mənim bir qardaşım var idi və biz onu Əbu Ümeyr deyə çağırırdıq. Güman edirəm qardaşın təzə-təzə südəmərlik yaşını ötmüşdü və nə vaxt ki göründü Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) ona deyərdi: “Ey Əbu Ümeyr, nuğeyr nə etdi? (Nüğeyr kiçik bir quş idi və Ümeyr onunla oynayırdı). Hədisi Buxari (5735) rəvayət edir.
Umm Xalid bint Xalid rəvayət edir ki, Peyğəmbərə (Ona Allahın salavatı və salamı olsun) paltar gətirmişdilər, bunların arasında ipəkdən hazırlanmış xamisə kimi tanınan bir kiçik qara əlbisə var idi. O (Ona Allahın salavatı və salamı olsun) dedi: “Səncə bunu kimə versəm yaxşı olar?” Ətrafdakılar sükut içində idilər və sonra o (Ona Allahın salavatı və salamı olsun) dedi: “Umm Xalidi yanıma gətirin” və onu Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) yanına gətirdilər (onun olduqca gənc olduğuna dəlalət edir). Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) əlbisəni əlinə götürdü və onun əyninə geyindirərək dedi: “Köhnələnə qədər bunu gey”. Əlbisənin üstündə yaşıl və ya sarı ləkə var idi və o (Ona Allahın salavatı və salamı olsun) dedi: “Ey Umm Xalid, bu “sənah”dır. (Sənah-Həbəşi (Efiopiya) dilində qəşəng deməkdir). Hədisi Buxari (5375) rəvayət edib.
Buxarinin rəvayət etdiyi digər bir hədisdə belə deyilir: “Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) xamisəyə baxdı və əlbisəni göstərərək dedi: “Ey Umm Xalid, bu “sənaa”dır. (Sənaa-efiopiya dilində qəşəng deməkdir). Hədisi Buxari (5397) rəvayət edib.
UŞAQLARI MƏCLİSLƏRƏ, YIĞINCAQLARA APARMAQ VƏ BÖYÜKLƏR İLƏ OTURUB-DURMALARINA ŞƏRAİT YARATMAQ.
Çünki bu uşaqların dərrakəsini artırır və hikmətli olmasında öz töhfələrini verir, böyüklərə oxşamağa çalışırlar, oyunlar və əyləncəyə həddən artıq çox vaxt sərf etmələrinin qarşısını alır. Səhabələr Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) yanına gedib onunla oturduqda uşaqlarını özləri ilə götürərdilər. Bundan bəhs edən bir qissəni Muaviyə ibn Qurrah atasından rəvayət edərək belə deyir: “Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) bir dəstə səhabələr ilə oturub-durardı. Onlardan birinin kiçik uşağı yanında idi; o uşağını arxadan çağıraraq qarşısında otuzdurardı…Hədisi Nəsai rəvayət edib və Şeyx Əlbani “Əhkam əl-Cənaiz”də hədisi səhih olaraq təsnif edib.
SƏLƏF VƏ XƏLƏFDƏN GƏLƏN QƏHRƏMANLIQ HEKAYƏLƏRİ
Sələfi (erkən dövr əcdadlarımız) və xələfi (sonradan gələn əcdadlarımız) nəsillərdən gələn qəhrəmanlıq hekayələri, islam uğrunda aparılan döyüşlər və müsəlmanların qazandıqları qələbələri onlara danışmaq.
Çünki bu qəhrəmanlıq hekayətləri uşaqlarımızın daha cəsur, mərd olmasına təşviq edəcək ki, bu da güclü və izzətli olmağın ən mühüm tərkib hissəsini təşkil edir. Zübeyr ibn əl-Əvvamın iki uşağı var idi, onlardan biri döyüşlərin bəzilərində iştirak edirdi və digəri isə atasının çiynində keçmiş döyüşlərdən qalan yara izləri ilə oynayırdı. Bunu Urva ibn əz-Zübeyr rəvayət edir və deyir ki, Allah Rəsulunun (Ona Allahın salavatı və salamı olsun) Səhabələri Yərmuk günü Zübeyrə belə dedilər: “Sən gedib hücum edəcəksənmi? Biz səninlə gedəkmi? O dedi: “Mən hücum etsəydim…” Onlar dedilər: “Xeyr, biz (söz verdiyimiz) kimi edəcəyik.” Beləliklə o (Rumlulara)qarşı hücuma keçdi, onların səfflərinə nüfuz etdi və onların arasından kəsərək keçdi, lakin onunla heç kəs getməmişdi. Sonra ətrafına dönüb baxdı və geri qayıtdı, Rumlular onun atının yüyənindən tutdular və çiynindən iki dəfə onu yaraladılar. Bu iki yeni yaranın arasında Bədr döyüşündə aldığı yaranın yeri var idi. Urva deyir: “Mən kiçik olarkən barmaqlarımı həmin yara yerlərinin üstünə qoyaraq oynayırdım.
Urva deyir: “Həmin gün Abdullah ibn Zübeyr onunla idi. Onun on yaşı var idi. Zübeyr onu atının üstünə qoydu və ondan muğayat olması üçün onu başqa birinə tapşırmışdı.” Hədisi Buxari (3678) rəvayət edib.
İbn Hacər, Allah ona rəhmət etsin, hədisin şərhində belə deyir: “Zübeyr hiss edirdi ki, onun oğlu Abdullah cəsur və cəngavər biri idi. Odur ki, onu atın tərkinə mindirdi, lakin qorxurdu ki, o bacardığından daha çox bir şey etməyə cəhd edə bilərdi, odur ki, onunla başqa bir adam saxladı ki, özü döyüşə başı qarışdığı zaman oğlunun Rumluların hücumundan əmin amanlıqda olduğunu hiss etsin.
İbn əl-Mübarək, Hişam ibn Urvadan, o atasından, o Abdullah ibn əz-Zübeyrdən rəvayət edir ki, Yərmuk günü o atası ilə birlikdə idi və müşriklər qaçmağa başladıqda o hücum etdi və onlardan yaralılarını öldürməyə başladı. Yəni, rast gəldiyi yaralanmış hər əsgəri öldürdü. Bu dəlalət edir ki, o uşaqlıqdan güclü və cəsur idi.
UŞAQLARA GÖZƏL ƏXLAQI AŞILAMAQ
Uşaqlara öyrədilməsi lazım olan digər əxlaq davranışına Əbu Hüreyranın (Allah ondan razı olsun) Peyğəmbərdən (Ona Allahın salavatı və salamı olsun) rəvayət etdiyi hədisdə işarə edlir. Hədisdə deyilir: “Gənclər özündən yaşlılara, (yoldan) ötüb keçənlər əyləşənlərə, sayca az olanlar sayca çox olanlara salam versin.” Buxari, 5736
BAŞQALARININ YANINDA UŞAQLARA LAYİQ OLDUQLARI TƏRİFİ VERMƏK VƏ HÖRMƏTİ GÖSTƏRMƏK
Bu məsələ aşağıdakı hədisdə açıqlanır: Səhl ibn Sad, (Allah ondan razı olsun), deyir ki, Peyğəmbərə (Ona Allahın salavatı və salamı olsun) bir fincan gətirdilər və o fincandan içdi. Onun sağında oradakı camaat içində ən gənc olan bir oğlan və sol tərəfində isə böyüklər var idi. O (Ona Allahın salavatı və salamı olsun) dedi: “Ey gənc oğlan, icazənlə bunu böyüklərə verim? Oğlan dedi: “Mənə verdiyin bərəkət payımı heç kəsə verən deyiləm ey Allahın Rəsulu”, odur ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) fincanı ona verdi. Buxari, 2180
FİZİKİ İDMAN NÖVLƏRİNİ ÖYRƏTMƏK
Misal üçün: oxçuluq, üzgüçülük və at sürmək.
Həmçinin bura aiddir:
• Onları, xüsuilə də digərlərinin yanında təhqir etməmək
• Onların fikirlərini heç vaxt gözardı etməmək, dəyərini kiçiltməmək, öz fikir və ideyalarını ifadə etmək üçün onlara şərait yaratmaq, buna təşviq etmək
• Onlarla məsləhətləşmək və onların fikirlərini öyrənmək
• Yaşlarına və qabiliyyətlərinə müvafiq olaraq onlara tapşırıq vermək, məsuliyyət yükləmək
• Münasib şərtlərdə onları cəsur olmağı öyrətmək-o cümlədən insanların qarşısında danışmağı öyrətmək
• Paltarlarının abır-həyalı olmasına diqqət yetirmək və bayağı paltarlar, saçdüzümü, hərəkətlər və yeriş tərzinə yol verməmək
• Oğlan uşaqlarının ipək paltar geyinməməsinə diqqət etmək, bilindiyi kimi bu yalnız qadınlara aiddir
• İsrafçılıq, bəd-xərclik, dəb-dəbəyə, tənbəllik və avaralnamağa yol verməmək
Ömər, (Allah ondan razı olsun), demişdir: “Çətin həyat şərtlərinə özünüzü öyrəşdirin, çünki təmtəraq (lüks həyat burada) əbədi deyil”.
Əyləncə və yaxud əyləncəməqsədli yığıncaqlar, mahnı oxumaq, musiqi və digər vaxt israfına yol verməmək. Çünki bunlar güc, izzət və ciddilik ilə bir araya sığmayan şeylərdir.
Güc və izzəti artıracaq və uşaqlarımızı mühafizə edəcək bəzi yollar və üsullar var.
Doğru Yolda hidayət edən yalnız Allahdır.


Tarix: 02.04.2013 / 19:44 Müəllif: *Beyaz_Gul* Baxılıb: 330 Bölmə: Maraqlı melumatlar