beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məxluqların haqqı

Tabeçiliyinizdə olan insanlara və sahib olduğunuz heyvanlara qarşı yumşaq davranmaq gözəl əxlaqdandır. Beləcə, tabeçiliyinizdə olan insanlara qarşı yumşaq rəftar etmək onları özünüz yediyinizdən yedirtmək, özünüz geyindiyiniz kimi onları da geyindirmək və tab gətirə bilməyəcəyi şeylərlə onları yükləməməkdir.

Sahib olduğunuz, o cümlədən minik və yaxud süd sağmaq üçün istifadə etdiyiniz heyvanlara qarşı yumşaq davranmaq: onlardan tələb etdiyiniz şeylərə görə onlara qarşı məsuliyyət də dəyişir. Məsələn, qış fəslində heyvanlar soyuğa tab gətirə bilmirsə onları isti yerdə saxlamaq, yay fəslində isə istiyə dözə bilmirlərsə onları sərin yerdə saxlamaq onların haqqlarındandır. Həmçinin heyvanlar təkbaşına özlərinin qayğısına qala bilmirsə (su içmək və yemək və s.) onlar üçün yemək və su gətirmək də haqqlardandır. Heyvanlar insanların mallarını daşımaq üçün istifadə olunursa onları daşıyamayacaqları əşyalarla yükləmək olmaz.

Gördüyünüz kimi bütün bunlar Şəriətimizin kamil olduğuna dəlalət edir və şəriətdə hər bir məsələyə toxunulmuşdur, hətta məxluqlara belə. Daha doğrusu, şəriətimiz onlar üçün haqqlar təyin etmişdir.

Məkarim əl-Əxlaq, səh.46


Tarix: 05.04.2013 / 19:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 71 Bölmə: Maraqlı melumatlar