beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həsəd (Qısqanclıq)

Ey mömin, nə üçün qonşunun yeməsinə, içməsinə geyiminə, ailəsinə, evinə, bolluq və rahat içərisində yaşamasına həsəd edirsən? Rəbbinin ona verdiyi nemətləri çəkə bilmirsən? Bu etdiyinin imanını zəiflədəcəyini, Mövla qatındakı dərəcəni salacağını və onun qəzəbinə məruz qalmağına səbəb olacağını bilmirsənmi? Allahu Təalanın bir hədis-i "Həsəd edən mənim nemətimi düşmənçilik etmişdir" buyurduğunu, Hz. Peyğəmbərin (sav)'in də "Həsəd atəşin odunu əritdiyi kimi yaxşılıqları əridər" dediyini eşitmədinmi? Sonra ona səbəb həsəd edirsən ki? Əgər ona Allahın verdiyi payı səbəbiylə həsəd edirsənsə, o zaman zülm etmiş olarsan. Çünki Allahu Təala "Onların dünya həyatındakı nəsiblərini biz böldük" buyurmuşdur. Ona neməti verən Haqq Təalanın. Onun etdiyi, Rəbbinin verdiyi nemətlərin içində yaşamaqdan başqa bir şey deyil. Ona Rəbbinin verdiyi nemətlərdən ötrü həsəd etsən, səndən daha zalım, xəsis, axmaq və qıt ağıllı başqa kim ola bilər.

Ona sənin nəsibini aldığı üçün həsəd edirsənsə çox cahilsən deməkdir. Çünki nəsib səndən başqasına əsla verilmir. Allahu Təala "Mənim hüzurumda söz dəyişməz, mən qullarıma zülm etmərəm" buyurur. Allah (cc), sənin payını bir başqasına verib sənə zülm etməz; sənin bu düşüncən böyük bir cəhalət nümunəsidir və qardaşına zülmdür. Mal və mülkünə baxıb, mömin ya da günahkar olan qonşuna həsəd edəcəyinə torpağa həsəd etsən daha ağıllıca davranmış olarsan. Çünki torpaqda hər cür qiymətli mücəvhərat vardır. Qonşunun evindəkilərin hamısını bir araya gətirsən, torpaqda var olanların milyonda birinə bərabər gəlməz.

Sənin qonşuna həsəd, bir adamın padşahla itini gördükdən sonra padşaha deyil də, itinə həsəd etməsinə bənzər. Padşahı hər cür rahat və lüks içində görür, yaşadığı dəbdəbə və səltənəti müşahidə edir, amma buna baxmayaraq onun qapısında hürüb, sarayından atılan artıq yeməkləri yeyərək həyatını davam etdirən itlərdən birinə həsəd aparırsan. Dünyada belə bir adamdan daha axmaq biri vardırmı?

Sonra sən, özünə verilən zənginlik və nemətlərin şükrünü əda etməyən qonşunun qiyamət günü nə qədər uzun bir hesaba çəkiləcəyini bilirsən? Əgər verilən nemətlərə baxmayaraq Allaha itaət vermirsə, Onun əmrlərini yerinə gətirmədisə və qadağalarından qaçmadısa, Rəbbinə ibadət və itaətdə bulunmadısa, "o gün kaş ki, bu nemətlər mənə verilməmiş olsaydı" deyə xahiş edəcək.


Tarix: 05.06.2013 / 21:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 123 Bölmə: Maraqlı melumatlar