Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Günahların əsas nəticəsi

Günahlar qəlb və bədənə həm bu dünyada həm də axirətdə ziyan verən pis, qınağa layıq aqibətə malikdirlər və onlar haqqında tam olaraq yalnız Allaha məlumdur.
- Günahkar elmdən məhrum olur. Həqiqətən, elm – Allahın qəlbdə yerləşdirdiyi nurdur və günahlar bu nuru söndürür. Imam əş-Şafi Malikin yanında dərs aldıqda o onun dərrakəsi, ağılı və kamil dərk etməsi ilə təəcübləndi. O dedi: “Həqiqətən, görürəm ki, Allah qəlbini nurla nurlandırıb. Günah zülmətinə onu söndürməyə imkan vermə”.

- Günahkar dünya nemətlərindən məhrum edilir. “Müsnəd”də hədis rəvayət edilir: “Həqiqətən qul etdiyi günaha görə ruzisindən məhrum edilir”. Öncə biz bu hədisi qeyd etmişik. Deməli, təqva dünya nemətini artırır, təqvadan imtina isə yoxsulluq və fəqirliyə məruz qoyur və ona görə də - günahlardan çəkinmə ruzinin artırılmasının ən yaxşı yoludur.

-Günahkar qəlbində Allahdan hədsiz uzaqlıq hiss edir hansı ki, heç bir ləzzət onun əvəzini verə bilməz. Yer üzündəki bütün ləzzətlər bir yerə yığılarsa, onlar bu uzaqlığı doldurmaq üçün kifayət etməzlər. Lakin bunu qəlbi həyatla dolu olan hiss edə bilər, çünki yara ölüyə əziyyət vermir. Günahlardan çəkinmək yalnız uzaqlaşmaqdan qaçmaq üçün lazım gəlsəydi, onda elə təkcə bu ağıllı insana kifayət edərdi. Həqiqətən daha heç bir şey üst-üstə yatan günahlar kimi qəlbi zəhərləmir və bundan azad olmaq üçün yalnız Allaha dua etmək lazımdır.

- Günahkar həmçinin insanlardan, xüsusən də salehlərdən uzaq gəzir. Onların arasında o özünü sıxılmış hiss edir və bu hiss nə qədər güclü olarsa, o qədər də o onlardan, onların yığıncaqlarından uzaq durar və onlarla ünsiyyət faydasından məhrum olar. Kimsə Rəhman Allaha nə qədər uzaq düşərsə, bir o qədər şeytanın dostlar; ilə yaxınlaşar. Bu uzaqlıq tam möhkəmlənənə kimi artır və onda o onu zövcəsindən, uşaqlarından və qohumlarından ayırır. O hətta özü-ozü ilə yola getmir.
Sələflərdən biri deyib: “Həqiqətən mən Allaha asi olduqda bu özünu atımın və zövcəmin əxlaqında göstərir”.

-Günahkarın işləri böyük əziyyətlə alınır və o hansı işdən tutsa buna onun gücü yetmir və ya o onunla böyük əziyyətlə bacarır. Həqiqətən insan təqvalıdırsa Allah başlanğıcları ona yüngülləşdirir, lakin o təqvaya laqeyd olursa, onda O onun üçün çətinliklər yaradır. Allaha and olsun ki, xeyir və fayda qapılarının belə qul qarşısında bağlanması və onun çətinliklərdən keçmək məcburiyyətində qalması necə də təəcüblüdür, o isə bunun nə üçün baş verdiyini başa düşmür!

- Günahkarın qəlbini həqiqi zülmət bürüyür hansını ki, o açılmaz qaranlıq gecəni hiss etdiyi kimi hiss edir. Asilik zülməti onun qəlbinə korluq gözü tutduğu kimi enir çünki Allaha itaət – nur, Ona asilik – zülmətdir. Bu zülmət nə qədər qatı olarsa qulun o qədər narahatlığı və çaşqınlığı güclü olur. Bunun nəticəsində o bidət edir, zalalətə düşür və həlak edici günahlara batır və bunu hiss belə etmir. O qaranlıq gecədə evdən küçəyə çıxan kora bənzəyir. Bu zülmət baxışını bürüyənə qədər və üzünü örtənə qədər qatılaşır. Nəticədə o qaranlıq olur və istənəilən insan bunu görə bilər.
Abdullah bin Abbas deyib: “Həqiqətən yaxşı əməl üzə nur verir və qəlbi nurlandırır, dünya ruzisini çoxaldır, bədəni möhkəmləndirir və digər insanların qəlbinə (bu insana qarşı) məhəbbəti gətirir, pis əməl isə sifəti qara edir, qəlbi zülmətlə bürüyür, bədəni gücdən məhrum edir, dünya ruzisini azaldır və digər insanların qəlbinə (bu insana qarşı) nifrət gətirir.

- Günahlar qəlbi də, bədəni də gücdən məhrum edir. Qəlbə gəldikdə, burada hər şey aşkardır və o günahlara görə onda həyat sönənə qədər solmaqda davam edir. O ki, qaldı bədənə gələn zəifliyə, möminin gücü onun ruhundadır və ruh nə qədər güclü olarsa bədən də o qədər güclü olar. Günahkar isə hətta fiziki güclü olsa belə çətin vəziyyətdə halsız və zəif olur. Gücə ən çox ehtiyacı olan vaxtda güc onu tərk edir. Farsların və rumların gücə daha çox ehtiyacları olduğu zaman qudrətli bədənlərinin necə zəiflədikləri barədə düşün. Möminlər bədənlərinin və ruhlarının güclü olması sayəsində onlara qalib gəldilər.

- Günahkar saleh əməllər etmək imkanını əldən verir və bu günahlarına görə yeganə cəza olsa (yetərdi). Günah insanı saleh əməl işləmək imkanından məhrum edir və digər xeyirə və üçünçüsünə və dördüncüsünə və s. yolu kəsir. Günahlar onu çoxlu xeyirli əməllərdən məhrum edir hansılar ki, ona bu dünya və dünyanın içində olanlardan daha çox xeyirlər gətirə bilərdi. Bundan azad olma barəsində yalnız Allaha dua etmək lazımdır.


Tarix: 12.04.2013 / 20:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 226 Bölmə: Maraqlı melumatlar
loading...