Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İbadət on cüzdür, doqquzu halal qazanmaqdır

Rəsulullah Əfəndimiz (s.a.v.) buyurdu:

• "Nuş (yemək yemək) on cüzdür, doqquzu halalından qazanmaqdır. Biri də digər şeylərdədir."

Halalından qazanan kim Allahu Təalanın "insanlardan istəməmə" əmrinə cavab verməsini Allah qatında məqbuldur.

• "Şübhəsiz Allah, qulunun halal qazanmaq üçün yorulduğunu görməyi sevər."

• "Şübhəsiz cənnətdə yüksək bir dərəcə vardır, ona ancaq məişət; dolanma yolunda zəhmət çəkənlər çatar."

• "Dürüst tacir qiyamət günündə siddiqlərdən və şəhidlərlə bir tutulur."

• "Kim dünyada dilənməmək, ailəsini dolandırmaq, qonşusuna yaxşılıq etmək üçün halalından qazansa qiyamət günü Allah hüzuruna üzü ayın ondördü kimi nurlu olaraq çıxar."

• "Adamın yediyinin ən halal olanı öz qazandığınızdır..."


İsa əleyhissalam bir adam gördü, nə ilə məşğul olduğunu soruşdu. Adam ibadət etdiyini söylədi.

Həzrət-i İsa: Səni kim saxlayır? deyə soruşduqda, "Qardaşım" dedi.
İsa əleyhissalam, "Elə isə qardaşın səndən daha çox ibadət edəndir..." buyurdu.
Rəsulullah Əfəndimiz (sav) bir gün səhabələr ilə oturmaqda ikən qüvvətli və çox çalışan bir gənc adam gördülər.
Oradakılar "Təəssüf bu adama, heç olmasa gəncliyini və qüvvətini Allah yoluna sərf etsəydi" dedilər.
Rəsulullah Əfəndimiz (sav): "Belə söyləməyin.
Əgər öz üçün zərurət düşməmək və ya başqalarına yük olmamaq niyyəti çalışırsa Haqq yolundadır.
Əgər zəif ana atası və kiçik uşaqlarının alimenti üçün çalışırsa yenə Haqq yolundadır.
Əgər öğünmek və yığmaq üçün çalışırsa şeytan yolunda gedir." buyurdu.


Tarix: 04.06.2013 / 20:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 60 Bölmə: Maraqlı melumatlar
loading...