Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

(Əbu Hənifə) FİQHUL ABSAT-İstitaa (Bacarıq, Qüdrət) Haqqında

İstitaa (Bacarıq, Qüdrət) Haqqında Söz
Əbu Hənifə: “İstitaa (bacarıq, güc) – insanın onun səbəbilə günahları etməsidir. Həmçinin qulun xeyirli işləri etməsi üçündə səbəbdir. Qul, Allahın onda xəlq etdiyi İstitaaya görə cavabdehlik daşıyır. Hansıki ondan pis işlərə deyil, xeyirli işlərə sətf etməsini əmr etmişdi.

Əbu Muti: “Əgər o: “Allah qullarını günah etməyə məcbur edir, daha sonra onları günaha görə cəzalandırır - deyərsə necə cavab verilir” deyə soruşdum.
Əbu Hənifə: O, kimsədən: Qul özü üçün fayda və zərər vermyə qadir ola bilərmi? Deyə soruş. Əgər xeyr, çünki onlar itaət və asiliklərdən başqa özləri üçün fayda və zərər (onun istəyi olmadan baş verir) mövzusunda məcburdular” deyərsə, ona: Allah şəri yaratdımı?” deyə soruş. O buna: “Bəli” deyərsə öz iddiasından vaz keçmiş olar. Əgər: Xeyr” deyərsə, bu zaman de: “De: "Sığınıram sübhün Rəbbinə! Yaratdıqlarının şərindən...”. (əl-Fələq 1-2) ayəsinə görə kafir olur. Çünki bu ayə Allahın şəri yaratdığından xəbər verir.
Əbu Muti: Əgər o: Siz, Allah küfrü və imanı dilədi (küfr və iman Allahın diləməsi ilədir) demirsinizmi?” deyərsə və ona: Bəli, desək. O, Yenə də: Allah: “Mütləq qüdrətindən qorxub çəkinməyə layiq olan da, bağışlamağa qadir olan da Odur!”. (əl-Mudəssir 56) buyurmurmu? Deyə soruşarsa və ona: Bəli, desək. O, da: Bu zaman Allah küfrə layiqdirmi? (ona qarşı bu qədər küfrlər edilir)” deyərsə, biz o kimsəyə qarşı nə cavab verə bilərik? Deyə soruşdum.
Əbu Hənifə: “O itaət etmələrini dilədiyi kimsələrin itaətinə layiqdir, asilik etmələrini dilədiyi kimsələrin asiliklərinə isə layiq deyildir”. Əgər o: Allah özünə qarşı yalan (şirk və küfr) söylənilməsini diləmədi” deyərsə, ondan soruş: “Allaha qarşı iftira (şirk, küfr) insan kəlamıdır, yoxsa yox? Əgər o: Bəli, deyərsə ona: “Adəmə bütün şeylərin adlarını öyrədən kimdir?” deyə soruş. Əgər o: “Allah” deyərsə ona: Küfr - kəlamdır, yoxsa yox?” deyə soruş. Əgər o: “Bəli, deyərsə ona: Kafiri kim danışdırdı? (Ona danışmaq imkanını, qüdrətini verən kimdir?)” Deyə soruş. Əgər o: “Allah” deyə cavab versə öz fikrinə qarşı çıxmış olar. Çünki Şirk kəlam növündəndir. Əgər Allah diləsəydi onlara şirk sözünü danışdırmazdı. Əbu Muti: Əgər o: Bir kimsə istəsə edər, istəsə etməz, istəsə yeyər, istəsə yeməz, istəsə içər, istəsə içməz” deyərsə, ondan: Allah İsrail övladları üçün dənizi keçmələrini, Fironun boğulmasını təqdir etmədimi? Deyə soruş. Əgər o: “Bəli, deyərsə ondan: Ola bilərdimiki Firon dəstəsilə birlikdə Musanın - əleyhissəlam - ardıyca getməsin, özü və dəstəsi suda boğularaq tələf olmasınlar?” deyə soruş. Əgər: Bəli, deyərsə kafir olar, Xeyr – deyərsə əvvəlki sözünə cavab vermiş olar. Bizə Əli İbn Əhməd, Nusayr İbn Yəhyədən, o da Əbu Mutunin belə dediyini nəql etdi. Əbu Hənifə deyir ki, bizə Həmməd, o da İbrahimdən, o da Əbu AbdurRahmən Abdullah İbn Məsud - radiyallahu anhu – rəvayət edir ki, doğru sözlü və doğruluğu təsdiq olunan Peyğəmbər – sallallahu aleyhi və səlləm - bizə buyurdu: «Sizdən hər birinizin yaradılışı anasının bətnində qırx gün nütfə(Nütfə – məni mənasındadır. Nütfə bəzən də saf su adlanır.) şəklində olaraq bir yerə toplanılır. Sonra bu müddət qədər aləqa(Aləqa – laxtalanmış qan, ziyil deməkdir: «O, insanı laxtalanmış qandan yaratdı». (əl-Ələq, 2). Sonra bir o, qədər də mudğa (Mudğa – çeynənilmiş ət parçasına oxşadığı üçün ona bu ad verilmişdi.) şəklində bir yerə cəm olunur. Sonra onun (yanına) bir mələk göndərilir və (mələk) ona ruh üfürdükdən sonra dörd şeyi: “Ruzisini, əcəlini, əməlini, bədbəxt və ya xoşbəxt olacağını» yazmaqla əmr olunur. Ondan başqa heç bir haqq ilah olmayan Allaha and olsun ki, sizlərdən biri Cənnət əhlinin əməli ilə əməl edər və onunla Cənnət arasında bir arşınlıq məsafə qalarkən, kitab(-da olan qədər) onun əlehinə irəli keçər o, da Cəhən-nəmliklərin əməli ilə əməl edib Cəhənnəmə düşər. Həmçinin sizdən biri Cəhənnəmliklərin əməli ilə əməl edər və onunla Cəhənnəm arasında bir arşınlıq məsafə qalarkən kitab(-da olan qədər) onun leyhinə irəli keçər o, da Cənnət əhlinin əməli ilə əməl edib Cənnətə düşər»
(Buxari 3208, Müslim 2643. )


Tarix: 08.04.2013 / 20:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 209 Bölmə: Maraqlı melumatlar
loading...