beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ağıla gələn fikirlər

İnsan daima fikirlərlə əhatə olunub. Yəni siz hansısa bir işlə məşğul olduğunuz anda özünüzdən də asılı olmayaraq fikrinizin başqa bir yerə getdiyini görərsiniz. Bu bütün hallarda baş verir. Xüsusən də bu gün bu problem ən çox namazda təsadüf olunur. Namaz qıldığın anda özündən asılı olmayaraq birdə onda özünə qayıdırsan ki, namazdan tamamilə yayınmısan. İstər namazda, istərsə də namazdan kənarda bu fikirləri bəzən kəşf etmək, bəzən isə fikirlərinin dağıldığını hiss etmək çox çətin olur.

Xüsusən cahil insanlar onlara gələn fikirlərə əhəmiyyət vermir, fikirlər içində bir çox böyük xəstəliklərə və müsibətlərə tuş gəlir. Biz burada əsasən bu məsələdə islama mənsub insanlardan danışmağı qərara gəldik. O qədər insanlar vardır ki, onlar heç bir vaxt rahat oturub konkret işlə məşğul ola bilmirlər. Bir işə başlayan kimi həmin insanlara müxtəlıif fikirlər gəlir. Bu bizim təcrübədən keçirdiyimiz haldır. Elə bir insan yoxdur ki, nəsə ciddi bir işlə məşğul olanda fikri və xəyalı dağılmasın, daha konkret desək ağılına başqa fikirlər və xəyallar gəlməsin.

Bu mövzu çox mübahisə doğuran, çətin və böyük araşdırmaya ehtiyacı olan mövzu olsa da mən qısa şəkildə bu məsələnin üzərində dayanmağı faydalı görürəm. Bunu bilmək lazımıdr ki, böyük islam alimi, dövrünün görkəmli elm xadimi İbn Qeyyum əl-Cevziyyənin də dediyi kimi insana gələn fikirlər və vəsvəsələr baxışdan daha çətindir.

İbn Qeyyum “Əd-Daə və-d-Dəva” əsərində belə buyurur: “İnsana gələn fikirlər və vəsvəsələr xeyirin və şərrin başlanğıcıdır”.

İnsan ona gələn hansısa fikirə görə və xəyala görə hərkət edir və həyatının istiqamətini dəyişə bilir. Buna görə də çox çətin olsada insan gərək ona gələn fikirlərə fikir versin. Yəni insana hər bir fikir gələ bilər. Həmin fikirin həyata keçirmək bəzən insana baha başa gələ bilər, onun ölümünə də yol aça bilər. Yaxud da onun xoşbəxt olmasına da səbəb ola bilər.

İbn Qeyyum buyurur: “Fikri və vəsvəsələrinə nəzarət edib, onlara fikir verib əldə tutan insan nəfsinin yüyənini əlinə almış, həva və həvəsini də özünə tabe etmişdir”.

Bunu da əlbəttə hər adam bacara bilmir. Hər kim öz fikir və vəsvəsələrinə qələbə çalarsa o öz nəfsi üzərində daha hakim olar. Amma hər kim də ona gələn fikir və vəsvəslərə əhəmiyyət verməzsə, fikir verməzsə ona gələn müxtəlif fikirlər və vəsvəsələr onu uçuruma apara bilər.

İbn Qeyyum buyurur: “Bunu bilmək lazımdır ki, fikirlər və vəsvəsələr daima qəlbə gəlib gedir və nəhayət boş və batil arzu və istək halına dönür. Uca Allah bu barədə buyurur ki: “(Allahın vəhdaniyyətini danan, Quranı yalan hesab edən) kafirlərin əməlləri ucsuz-bucaqsız çöldəki (səhradakı) ilğıma bənzər ki, susuzluqdan ürəyi yanan onu su bilər. Nəhayət, gəlib ona yetişdiyi zaman onun heç nə olduğunu görər. O öz əməlinin yanında ancaq Allahın cəzasını tapar. (Allah da) onun cəzasını (layiqincə) verər. Allah tezliklə haqq-hesab çəkəndir” (ən-Nur (Nur) surəsi , 39).

İnsanların ən aşağı səviyyədə olanları və ən bayağı nəfisliləri həqiqətlər əvəzinə ən əsilsiz arzu və təmənnilərə razı olan , onlarla ovunmağa çalışan, bunları ağlına gətirməyə çalışandır.

Şairlərdən biri belə demişdir:
Quraqlıqdan susuzluğu aparan xəyallar, təmənnilər,
Quraqlıqda bunlarla bizi soyuq suyla aldatdı.
Arzular, xəyallar gerçək olsa ən gözəl şeylər,
Yoxdursa da, onlarla kədərsiz bir vaxt yaşamış olduq”.

Yəni, boş, mənasız, olmayan xəyallar və arzulara aldanmaq susuz vaxtı susuzluğumuzu söndürmədi. Əksinə bizi aldadıb bizi susuz çöldə qoydu. Yəni bu boş arzular və xəyallar insana ən zərərli olan şeydir. Acizlik və təmbəllik bundan doğur. Təfritə düşmək, ayrılığa düşmək, kədərlənmək bundan meydana gəlir.
İbn Qeyyum buyurur: “Təmənna edən insan fiziki olaraq hadisəni gerçəkləşdirməyincə qadının görüntüsünü qəlbinə qoyar, onunla sarılar, onu oxşayar. Beləliklə fikrinə gələn xəyalı və vəhmi bir fotoqraf şəklində daima izləyib dayanar”. Bu gün internetdə xüsusən bəzi müsəlmanlar qarşı cinslə əlaqə quraraq xəyallarından və fikirlərindən onları ata bilmirlər. Ona görə də müasir böyük islam alimləri internet məkanında əks cinslə söhbət ertməyi haram hesab etmişlər. Bunun nəticəsi yaxşı olmur. Buna görə neçə ailələr dağılıb, evlərdə neçə fitnələr meydana gəlib. Belə xəyalında müxtəlif batil fikirlər və vəsvəsələr olan insanın halı xəyalında yeyib-içməyi canlandıran, amma yeyib-içməyən ac-susuz insana bənzəyir.

İbn Qeyyum deyir: “Xəyallar dörd əsas ətrafında dönür:

1.Dünyəvi faydalar sağlayan xəyallar
2.O zərərləri dəf edən xəyallar
3.Axirət məsləhətini sağlayan xəyallar
4.Axirət zərərlərini dəf edən xəyallar.
Elə isə qul xəyallarını, fikirlərini və dərd-kədərini bu dörd növdə sinifləndirsin. Bunlardan birini edə biləcəksə başqası xatirinə tərk etməsin. Geridə iki növ qaldı.

1.Çox əhəmiyyətli və əldən qaçmayacaq xəyallar
2.Əhəmiyyətsiz (çox əhəmiyyətli olmayan), ancaq əldən qaçacaq xəyallar.
Bunların hər birində önə alınmasını vacib edən nöqtələr var. Bax tərəddüd və çaşqınlıq burada meydana gəlir. Çox əhəmiyyətlisi önə alınacaq olsa daha az əhəmiyyətlisinin əldən qaçmasından qorxulur, az əhəmiyyətli önə alınarsa onunla məşğulluqdan ötəri əhəmiyyətli olan əldən gedər. Yenə bəzən bir araya gətirilməyən, biri edilərkən digəri əldən qaçırılan iki şeylə birdən qarşılaşa bilərsən. Bax bu yer ağılın, fiqhi anlayışın və elmin istifadə olunduğu yerdir. Yüksələn buradan yüksəlir, uğur qaznan və itirən buradan uğur qazanır və itirir. Ağılını və elmini böyük görən neçələrinin əldən qaçmayacaq az əhəmiyyətlini əldən qaçacaq çox əhəmiyyətliyə dəyişdiyini görərsən. Bundan salamatda olanı görməzsən. Hər bir kəs az və ya çox buna düşər. Bu barədə hakim olan şəriət və ağılın üzərinə qurulduğu Allahın yaratmasında və hökm verməsində əsas olan bu böyük qaydadır: Daha böyük bir məsləhəti əldə etmək üçün daha azı tərk edilir, daha böyük zərər və bəlanı dəf etmək üçün daha azı işlənir”.


Tarix: 10.04.2013 / 20:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 374 Bölmə: Maraqlı melumatlar