beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Təyəmmüm

Təyəmmüm necə alınır.Bu barədə geniş yazmağınızı xahiş edirəm

cavab-


Təyəmmümün şəriətdə təsdiqi
Təyəmmüm etməyə əsas verən hallar
Pak torpaq nədir?
Təyəmmüm etməyin qaydası
Təyəmmümü batil edən amillər
Divar ilə təyəmmüm etməyin icazəli olması

İkinci: Pak torpaq ilə təmizlənmək

Təyəmmüm

Təyəmmümün şəriətdə təsdiqi
Uca Allah buyurur: «...Xəstələndiyiniz, səfərdə olduğunuz, ayaq yolundan gəldiyiniz və ya qadınlarla yaxınlıq etdiyiniz zaman su tapmasanız, pak torpaqla təyəmmüm edin, ondan üzünüzə və əllərinizə sürtün (paklığı niyyət edib əllərinizi bir dəfə torpağa sürtərək üzünüzü və əllərinizi məsh edin)...»[1].
Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir ki, «pak torpaq, müsəlmanın təmizləyicisidir. Hətta on il ərzində su tapmasa, yenə də torpaq onu əvəz edər»[2].

Təyəmmüm etməyə əsas verən hallar
Su tapmadıqda, yaxud xəstəlik və ya şiddətli soyuq hava səbəbi ilə suyun zərər verəcəyindən qorxduqda təyəmmüm etmək olar:
İmran ibn Hüseyn (Allah ondan razı olsun) deyir ki, «biz Peyğəmbərlə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səfərdəydik. O camaata namaz qıldırdıqda bir nəfərin tənha dayandığını gördü və soruşdu: Namaz qılmaq üçün sənə nə mane olur? Həmin adam dedi: Boynuma cənabət qüslü düşüb, çimməyə isə su yoxdur. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: Torpaqla təmizlən, o sənin üçün suyu əvəz edər»[3].
Cabir (Allah ondan razı olsun) deyir ki, biz səfərə çıxmışdıq. Aramızdan bir nəfərə daş dəyib onun başını yardı. Sonra həmin adam pollyusiya[4] oldu və ətrafında olanlardan soruşdu ki, təyəmmüm etməyim üçün rüsxət görürsünüzmü? Onlar dedilər: Sən sudan istifadə edə bildiyin üçün sənə rüsxət yoxdur. Sonra həmin adam qüsl edib öldü. Sonra biz Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəldikdə bu haqda ona xəbər verdilər və o dedi: «Onu öldürüblər, Allah da onları öldürsün. Əgər bilmirdilərsə, soruşardılar! Həqiqətən cahilliyin dərmanı soruşmaqdır. O, təyəmmüm etsəydi ona yetərdi»[5].
Amr ibn əl-As (Allah ondan razı olsun) deyir ki, mən Zətus Səlasil döyüşünə göndərildiyim vaxt soyuq bir gecədə pollyusiya olmuşdum. Çimib həlak olacağımdan ehtiyatlanıb təyəmmüm etdim, sonra yol yoldaşlarıma imamlıq edib sübh namazını qıldırdım. Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəldiyimizdə bu haqda ona xəbər verdik və o dedi: Ey Amr, sən yol yoldaşlarına cünublu halda imamlıq edib namaz qıldırmısan? Mən dedim: Mən, Uca Allahın bu ayəsini, «...özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarşı mərhəmətlidir!»[6] - xatırlayıb, təyəmmüm etdim, sonra namaz qıldım. Bunu eşidəndə Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) güldü və heç bir söz demədi[7].

Pak torpaq nədir?
Lisanul Ərəb[8] adlı kitabda deyilir ki, ərbcə “əs-Said” sözü, yer üzü, pak yer və ya pak torpaq mənasını verir. Qurani Kərimdə deyilir: «...pak torpaqla təyəmmüm edin...». Əbu İshaq deyir: “Pak torpaq (ərəb. əs-Said) sözü, yer üzü mənasını verir. Buna görə də insan əllərini yerə vurub, orada torpağın olub-olmamasından asılı olmayaraq, təyəmmüm edə bilər. Çüni ərəbcədə əs-Said sözü təkcə torpaq mənasını vermir. Onun mənası yer üzü deməkdir. Burada torpaq və ya qeyrisi, fərq etməz. Əgər hansısa bir yer torpaq deyil, təmamilə daşdan ibarət olsa və təyəmmüm etmək istəyən kimsə əllərini həmin daşa vurub təyəmmüm etsə, etdiyi əməl doğru sayılar”.

Təyəmmüm etməyin qaydası
Ammar ibn Yasir (Allah ondan razı olsun) deyir ki, bir dəfə mən cünub olmuşdum və su tapa bilmədiyim üçün torpağın üzərində yumbalanıb namaz qıldım. Sonra mən bu haqda Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) xəbər verdim və o, «belə etməyin kifayət edərdi deyib, əllərini yerə vurdu və sonra oraya üfürdü, sonra üzünə və əllərinə məsh etdi»[9].

Faydalı məlumat: Əslində təyəmmüm dəstəmazı əvəz edir və dəstəmazla edilməsi icazə verilən işləri təyəmmümlə də etmək olar. Həmçinin, dəstəmazda olduğu kimi, namazın vaxtı daxil olmamış təyəmmüm etmək və onunla istədiyin qədər namaz qılmaq olar.

Təyəmmümü batil edən amillər
Dəstəmazı batil edən amillər, təyəmmümü də batil edir. Həmçinin su tapmayan su tapdıqda və sudan istifadə etməyə qadir olduqda təyəmmüm batil olur. Su tapana və ya sudan istifadə etməyə qadir olana qədər təyəmmümlə qılınan namazlar isə doğru sayılır.
Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) deyir ki, iki nəfər səfərə çıxır. Namazın vaxtı daxil olduqda su olmadığından, torpaqla təyəmmüm edib namazı qılırlar. Sonra, namazın vaxtı çıxmamış su tapırlar. Onlardan biri dəstəmaz alıb namazı yenidən qılır, digəri isə bunu etmir. Sonra onlar Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəlib bu haqda ona danışdılar. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) namazı yenidən qılmayana dedi: «Sən sünnəyə uyğun hərəkət etmisən və sənin namazın doğru sayılır». Dəstəmaz alıb namazı yenidən qılana isə dedi ki, «sən iki dəfə savab qazanmısan»[10].
Faydalı məlumat: Üzəri sarğılanmış yarası, yaxud gibsə qoyulmuş sınığı olan kimsə bu yerləri yumur, üzərinə məsh çəkmir və ya bunun üçün təyəmmüm etmir.
Bunun dəlili Allahın bu ayəsidir:
«Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər...»[11] Həmçinin Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: «Mən sizə bir işi əmr etmişəmsə ona bacardığınız qədər əməl edin»[12] Quran və sünnə isbat edir ki, insanın qüdrəti xaricində olan hər bir işin məsuliyyəti onun boynundan götürülür və o işdən imtina etmək şəriətdən sayılır. Şəriət yalnız Quran və sünnəyə itaəti vacib edir. Nə Quranda nə də sünnədə, sarğının, gibsin və ya yuya bilmədiyi əzanın üzərindən məsh çəkmək haqqında heç bir sübut gəlməmişdir. Ona görə, bu fikiri (yəni, sarğı və ya gibsin üzərindən məsh çəkmək və ya təyəmmüm etmək fikrini) söyləmək əsassızdır[13].


Divar ilə təyəmmüm etməyin icazəli olması[14]
İbn Abbas deyir ki, mən və Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yoldaşı Məymunənin köləsi Abdullah ibn Yəsar, Əbu Cuheym ibn əl-Haris ibn əs-Səmmət əl-Ənsarinin evinə daxil olduq və Əbu Cuheym dedi: «Peyğəmbər “Cəməl”[15] quyusu tərəfdən gəldikdə bir nəfər kişi onu görüb salam verdi. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) isə, ona bir cavab vermədən, divara tərəf gedərək ondan üzünə və əllərinə sürtdü (təyəmmüm etdi), sonra kişinin salamını qaytardı»[16].


[1] əl-Maidə: 6.
[2] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: ? 322. Tirmizi: 1/ 81/ ? 124. Əbu Davud: 1/ 528/ ? 329. Nəsai: 1/ 171. Bütün rəvayətlər bir-birilərinə oxşar sözlərlə rəvayət olunur.
[3] Buxari: 1/ 477/ ? 344. Müslim: 1/ 474/ ? 682. Nəsai: 1/ 171.
[4] Yəni, yuxuda məni ifraz etmək. (tərc.)
[5] Hədis həsəndir. Səhih Sünən Əbu Davud: ? 326. Əbu Davud: 1/ 532/ ? 232. Hədisə, “münkər” (zəif) əlavə edilmişdir. Həmin zəif əlavədə deyilir ki, «... yarasının üzərinə əski bağlayıb, üzərindən məsh edir, sonra bədəninin qalan hissəsini isə yuyur». Şəmsulhəqq “Ovnul məbud şərh sünən Əbu Davud” adlı kitabında (1/535) deyir ki, “belə halda təyəmmümlə bərabər qüsl etmək haqqında olan rəvayəti, Zubeyr ibn Xureyqdən başqa heç kəs rəvayət etməmişdir. O, hədisdə çox qüvvətli olmasına baxmayaraq, Əta ibn Əbu Rəbahdan nəql etdiyi bu rəvayətlə digər rəvayətçilərə müxalif olmuşdur. Təyəmmümlə bərabər qüsl etmək haqqında olan rəvayət zəifdir və onun heç bir hökmü yoxdur”. Qarşıda gələcək faydayalı məlumata diqqət edərsən.
[6] ən-Nisa: 29.
[7] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: ? 323. Əbu Davud: 1/ 530/ ? 330. Əhməd: 2/ 191/ ? 16. Hakim: 1/ 177.
[8] 3/ 254.
[9] Buxari: 1/ 455/ ? 347. Müslim: 1/ 280/ ? 368. Əbu Davud: 1/ 514/ ? 317. Nəsai: 1/ 166.
[10] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: ? 327. Əbu Davud: 1/ 536/ ? 334. Nəsai: 1/ 213.
[11] əl-Bəqərə: 286.
[12] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: ? 639. Müslim: 2/ 975/ ? 1337. Nəsai: 5/ 110.
[13] əl-Muhəllə: 2/ 74.
[14] Burada divarın daş və ya palçıqdan, boyalanmış və ya boyalanmamış olması heç bir fərk kəsb etmir. Mənə bu haqda Şeyximiz Albani (Allah ona rəhmət etsin) fitva verərək demişdir: «...Rəbbin unudan deyildir» (Məryəm surəsi, 64). (Yəni, əgər bunun bir fərqi olsaydı o zaman Allah bu haqda bizə bir xəbər verərdi. Heç bir təfsilat yoxdursa demək elə belə də olmalıdır. Tərc.).
[15] Mədinə şəhəri yaxınlığında yerləşir.
[16] Buxari: 1/ 441/ ? 337. Müslim: 1/ 281/ ?369. Onun rəvayəti “Müəlləq” dir. Əbu Davud: 1/ 521/ ? 325. Nəsai: 1/ 165.


Tarix: 06.04.2013 / 14:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 463 Bölmə: Maraqlı melumatlar