beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əbu Əli Hüseyn ibn Səfvan ibn İshaq ibn İbrahim Bərdəi

Mühəddis idi. Muhəmməd ibnü’l-Fərəc əl-Rəzzaq, Muhəmməd ibn Şəddad əl-Müsəmməi, Əbü’l-Abbas əl-Bərəti, Cə’fər ibn Əbi Osman ət-Təyalisi(1), İbn Əbi Dünyadan (2) ,hədis dinləmiş və nəql etmişdi. Şəmsəddin Zəhəbi onun İbn Əbi Dünyanın yaxın dostlu olduğunu qeyd etmişdi.(3) ,Əbu İmran Musa ibn İmran ibn Musa ibn Hilal Səlmasi(4),Muhəmməd ibn Abdullah ibn Əxi Meymi, Əbu Abdullah ibn Dost, Əbü’l-Hüseyn ibn Buşran, Übeydullah ibn Əbü’l-Fəth ondan hədis dinləmişdi. Əbu Əli Hüseyn Bərdəi “ustadi-əhəd” yəni misli olmayan müəllim ləqəbi ilə və xəlifənin imamı (pişnamazı) kimi tanınmışdı. H. 340-cı ildə (951) Qahirədə vəfat etmişdi (5)

(1) XƏTİB BAĞDADİ, Tarixu-Bağdad, C. VIII, s. 54.
(2)Mühəddis Əbu Bəkr Abdullah ibn Əbi Dünya Muhəmməd ibn Übeyd ibn Süfyan ibn Qeys əl-Qurəşi Bağdadi (823-894).
(3) ZƏHƏBİ, Müştəbih, s. 32.
(4) Əbü’l-Qasım Əli ibn Həsən İBN ƏSAKİR, Tarixu-Mədinəti-Diməşq, (Nşr. M. Əmrəvi), C. XLI, s. 398, C. LXI. s. 187, Beyrut 1995.
(5) XƏTİB BAĞDADİ, Tarixu-Bağdad, C. VIII, s. 54; Cəmaləddin Əbü’l-Məhasin Yusif İBN TAĞRIBİRDİ, Nücumu’z-Zahirə fi Müluki-Misr və’l-Qahirə, C. I, s. 424, Qahirə 1930; Əbdülhəyy ibn Əhməd İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb fi Əxbari mən Zəhəb, C. II, s. 238, Dəməşq 1986; Xətib Əhməd ibn Əli əl-BAĞDADİ, Əsmai’l-Mübhəmə fi’l-Ənbai’l-Məhkəmə, s. 78, 80, 200, 300,


Tarix: 02.05.2013 / 21:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 54 Bölmə: Maraqlı melumatlar