beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Evdə uşaqlara tərbiyə üsulu

Əs Səlamu Aleykum Və Rəhmətullahi Və Bərəkətuhu Möhtərəm müsəlmanlar, Allahın izniylə yuxarıda qeyd etdiyim aktual məsələ ilə bağlı sizlərə gördüyüm müşəhidələri bildirməklə Allahın rəhməti ilə xeyir əməllərə vəsilə olmaq istəyirəm. Ailəsi və övladları olan hər bir müsəlmana övladlarına xeyirli tərbiyə verməsi çox aktual bir məsələdir.

Bir müsəlman aliəsində müşahidə etdiyim şeyləri sizinlə bölüşdürürəm. Bu ailə də 3 körpə var ki, onların böyüyü qız (5 yaş hələ tamam olmayıb) digərləri isə 3 və 1 yaşında 2 oglan. Allah onları və bütün müsəlman balalarımızı qoruyub saleh qullardan etsin.
Özünün, ailəsinin, övladının televizora çox marağını görən bu qardaş Əlhəmdulilləh həm özünə həm də ailə üzvlərinə bunu qadağan edərək onu aradan qaldırdı. Beləliklə televizora seyr etmədə olan vaxt israfçılığı aradan qalxaraq Qardaş və ailəsi balalarının tərbiyəsinə çox vaxt ayırmağa başladılar. Əllhəmdulillah hələ 5 yaşı tamam olmayan balaca müsəlman balamız artıq Quranın 8 surəsini gözəl bir şəkildə əzbər bilir. Ondan 2 yaş kiçik olan qardaşı İxlas surəsini və digər surələri tam da olmasa əzbər deyə bilir. Ataları onlara bu surələrin ana dilimizdə olan tərcümələrini öyrədir. Onlara Allah , Rasulullah (Allahın Salamı və Salavatı Onun üzərinə olsun), din haqqında, insanların əzəli düsməni şeytan haqqında məlumatlar verir. Əlhəmdulilləh gözəl nəticə əldə olunmuşdur. Belə ki, valideynlərin Cənnət haqda danışdığı məlumat artıq onların ora düşməsində həvəsi o qədər gücləndirmişdir ki, onlar hər an cənnətə girmək istəyirlər. Əlhəmdulilləh düzgün istiqamət nəticəsində körpələrə vaildeynlər aşılayir ki, ora girmək ancaq və ancaq Allahın razılığı ilə mümkündür. Yəni razı qaldığı əməllər edib Allaha ortaq qoşmamaq ilə.
Ata həmçinin övladlarına ana dilində yazıb oxumağı öyrənmək üçün trafaret, rəngli plamastr alıb və ailəsi ilə birgə uşaqları elmə, öyrənməyə kiçik yaşalrından həvəsləndirirlər. Əllhəmdulilləh Allah gözəl nəticəni verir.
Bu yaxınlarda isə uşaqların atası uşaqların elmə daha da həvəsləndirmək, müəllim və tələbə hissini aşılamaq üçün evdə yazı löhvəsi quraşdırmışdır. O uşaqlara bu lövhə ilə ərəb dili hərflərini, ana dilimizin hərflərini öyrədir. Uşaqlar artıq atalarına müəllim deyə müraciət edirlər. Ana olan bacılarımız daha yaxşı bilir ki, körpələr yemək yeyəndə çox vaxt analarını incidirlər. Bu problem də öz həllini gözəl tapır. Bilirsiz necə?

Deməli Allah Təalanın bizə nazil etdiyi Quranda peygambərlərin (Allahın Salamı onların üzərinə olsun) həyatı haqqında bildirilir. Bu hadisələri lövhədə uşaqların atası yazıb izah etməklə həm uşaqlar yeməklərini yeyirlər, həm də tövhidi, peygəmbərlərin (Allahın Salamı onların üzərinə olsun) dəvəti, həyatı və mübarizəsini dinləyirlər.

Sonda dua edirəm ki, Izzət və Cəlal sahibi olan Allah bu əməllərə bərəkət versin və faydalı etsin. Allah Subhanə Təala bütün müsəlman balalarımızı Rəbbani tərbiyyə verməkdə bizələrə yardımçı olsun. Allah bu yazını bərəkətli etsin və müsəlmanlar arasinda xeyir işə vəsilə etsin və bizlərə də sonsuz əcir versin, Amin!...

Əs Səlamu Aleykum Və Rəhmətullah,


Tarix: 07.05.2013 / 20:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 109 Bölmə: Maraqlı melumatlar