beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

RƏSULULLAHIN ÜMMƏTİ ÜZƏRİNDƏKİ HAQLARI (Yeddinci)

Yeddinci, onun hökmünə baş vurmaq və həmin hökmlə razılaşmaqdır ki, Allah taala bu haqda buyurur: “Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin! Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır”. (ən-Nisə, 59)

Digər bir ayədə “Amma, xeyr! Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim təyin etməyincə və verdiyi hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə, iman gətirmiş olmazlar”. (ən-Nisə, 65) Onun sünnətini və şəriətini hakim təyin etmək ölümündən sonra vacibdir.

Səid bin Əli bin Vahf əl-Qahtani


Tarix: 17.04.2013 / 15:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 47 Bölmə: Maraqlı melumatlar