beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allah Azzə və Cəllə insanları heç vaxt küfr etməyə məcbur etməz

Sual: Qurani Kərimin bir çox ayələrində oxuyuruq ki, Allah Təala kafirlərin qəlblərinə pərdə, gözlərinə möhür qoyur, onları haqqı eşitməkdən kar, haqqı görməkdən kor etmişdir. Həmçinin, bilirik ki, Allah heç kəsi küfr etməyə vadar etmir. Elə isə bu ayələri necə başa düşmək lazımdır?

Cavab:

Həmdü-sənalar Allaha məxsusdur.

Şeyx əl-Şənqiti, Allah ona rəhmət etsin, demişdir:

Buna cavab olaraq deyirik ki, Allah Cəllə və Alə, Əzəmətli Kitabının bir çox ayələrində kafirlərin qəlbləri, qulaqları və gözlərinin üzərinə yerləşdirdiyi möhür və pərdələr kimi maneələri izah etmişdir. Allah təala bunları kafirlərin etdikləri əvvəlki küfrləri və öz iradələri ilə Allahın Rəsullarını inkar etdiklərinə görə müvafiq bir cəza olaraq onlara vermişdir. Deməli, Allah onların qəlblərinin üzərinə möhür və pərdələr və s. qoymaqla onların işlədiyi küfrləri səbəbindən onların qəlblərini haqqa tərs çevirmişdir. Bu mənaya dəlalət edən ayələr aşağıdakılardır:

“Bəli, öz küfrləri üzündən Allah onların ürəklərinə möhür vurmuşdur (kilidləmişdir).” [ən-Nisa 4:155]

Bu açıq-aydın Quran ayəsidir və göstərir ki, kafirlərin qəlblərinin möhürlənməsinin səbəbi onların əvvəlcədən etdikləri küfrdür. Allah təala buyurur:

“Onlar (doğru yoldan) sapdıqda, Allah da onların qəlbini sapdırdı.” [əs-Saff 61:5]

Bu ayə də, açıq-aydın dəlalət edir ki, Allah təalanın onların qəlblərini sapdırmasının səbəbi əvvəlcədən onların sapması olmuşdur. Allah təala buyurur:

“Bu ona görədir ki, onlar iman gətirdikdən sonra kafir oldular. Sonra da onların qəlbinə möhür vuruldu. Artıq onlar anlamırlar.” [əl-Munafiqun 63:3]

“Onların qəlblərində xəstəlik vardır və Allah da onların xəstəliyini artırmışdır. Yalan söylədiklərinə görə də üzücü bir əzab çəkəcəklər.” [əl-Bəqərə 2:10]

“Biz onların ürəklərini və gözlərini ilk dəfə ona iman gətirmədikləri kimi tərsinə çevirər və onları öz azğınlıqları içərisində sərgərdan dolaşan vəziyyətdə tərk edərik.” [əl-Ənam 6:110]

“Xeyr! Onların qəlbini qazandıqları (günahlar) bürümüşdür.” [əl-Mutaffifin 83:14]

Kafirlərin qəlblərinə vurulan möhürdən bəhs edən başqa ayələr də var. Ayələrdə bildirilir ki, kafirlərə fayda verəcək şeyləri başa düşmələrinə mane olunması etdikləri küfrlərinə görə bir cəza olaraq onlara verilmişdir. Bizim burada qeyd etdiklərimiz, Qurani Kərimdəki bu və digər ayələrəə davamlı şəkildə istinad edən Cəbriyyənin şübhəli dəlillərini təkzib etmək məqsədi daşıyır.


Tarix: 03.04.2013 / 21:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 137 Bölmə: Maraqlı melumatlar