beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Elm söz və əməldən öncədir

Uca Allah buyurur:
“(Ya Rəsulum!) Bil ki, Allahdan başqa heç bir tanrı yoxdur. (Ondan) öz günahlarının, bağışlanmasını dilə”. (Muhəmməd 47:19).
İmam əl-Buxari öz “Səhih” əsərində “Elm, söz və əməldən öncədir” fəslini əlavə edərək bu ayəni gətirmiş və demişdir: “Allah əvvəl elmdən başlamışdır”.
( Bax “Səhih əl-Buxari”, 1/211.)

İbn əl-Munir, əl-Buxarinin sözlərini haqqında demişdir: “Yəni elm, söz və əməllərin səhih olması üçün şərtdir”.
( Bax “Fəthul-Bari”, 1/211.)

Əli ibn Abu Talib demişdir: “Elmsiz ibadətdə xeyr yoxdur, düzgün anlanılmayan elmdə də xeyr yoxdur!”
( Əbu Xəysama “Kitabul-elm” əsərində 144, əl-Acurri “Əxlaqul-uləma” əsərində 14. İsnadı səhihdir. )

Əl-Əzdi rəvayət edir ki, bir gün İbn Abbasdan cihad haqqında soruşdum və o dedi: “Cihaddan daha xeyrli olan bir şey haqqında sənə xəbər verim mi?” Mən: “Əlbəttə” dedim. O dedi: “Məscid tik və orada insanlara fərzi, sünnəni və fiqhi öyrəd”.
( əl-Fəsaui “əl-Marifa” əsərində 5/303; İbn AbdulBarr “əl-Cəmii”, 1/31. )

İmam Əhməddən soruşdular: “500 dirhəmi olan insan üçün, onu nəyə sərf etməsi əfzəldir, cihada yoxsa elm tələb edilməsinə?” O dedi: “Əgər həmin insan cahildirsə, mənə görə elmə sərf etməsi daha əfzəldir”.
( Bax “əl-Adabuş-şaria”, 2/40. )

İbn əl-Qeyyim demişdir: “Elm - əməlin imamıdır /idarəçisidir/ (əl-ilmu imamul əməl), əməl isə elmin təqibçisi və idarə edilənidir”.
O həmçinin demişdir: “Elm vasitəsilə idarə olunmayan əməlin, o əməli edənə heç bir faydası yoxdur. Əksinə, bəzi sələflərə görə həmin əməl insana ziyan gətirir: “Elmsiz Allaha ibadət edənin gətirdiyi ziyan, gətirə biləcəyi xeyrdən daha çoxdur”.
O həmçinin demişdir: “Əməllərin qəbul və ya rədd olunması, onların nə qədər elmə müvafiq və ya müxalif olmaqından asılıdır. Elmə müvafiq olan əməl qəbul olunur, müxalif olanı isə rədd edilir”.
( Bax “Miftahu dari-ssa‘ada”, 83. )

Yalnız iki növ idarəçilik var – elm və nəfs, üçüncüsü yoxdur!
Uca Allah buyurmuşdur:

“Allahdan bir dəlil (hidayət) olmayınca öz nəfsinə uyandan haqq yolunu daha çox azmış kim ola bilər?!” (əl-Qasas, 28:50)

“Şübhəsiz ki, çoxları (şəriəti) bilmədiklərindən nəfslərinin istəklərinə uyaraq düz yoldan azdırarlar”. (əl-Ənam, 5:119).

Şeyxulislam İbn Teymiyya demişdir: “Elmə uymayan hər kimsə, öz nəfsinə uymuşdur!”.
(Bax “əl-Amru bil-maruf”, 37.)

İbn əl-Qeyyim demişdir: “Allah əməlləri iki qismə bölmüşdür və onların üçüncüsü yoxdur. (Onlardan biri) Allah və Onun Rəsuluna  nazil olduqunu təqib etmək, (o birisi isə) nəfsə uymaqdır. Allah Rəsuluna (s.a.v) nazil olmayan hər bir şeyə uymaq, nəfsə uymaqdır ”.
( Bax “İləmul-muvaqi‘ìn”, 1/81.)

Əbu Umamadan rəvayət olunur ki, Allah Rəsulu (s.a.v) dedi: “Üç şey həlaka uğradandır: xəsisliyə uymaq, nəfsə tabe olmaq və insanın özündən razı (heyran) olması”.
(Bax, at-Tabarani, 54/53; əl-Qəda‘i, 325. Şeyx əl-Albani hədisin həsən olduqunu bildirmişdir.)

Əbul-‘Əliyə deyərdi: “İnsanlar arasında düşmənçilik və ədavət yaradan, nəfsə tabeçilikdən çəkinin”.
(Bax əl-Acurri “əş-Şəri‘ə” əsərində, 61.)


Müsəlman, bir məsələ haqda vacib olan hər bir şeyi öyrənməmiş, dinə aid bir şey söyləməməli və ya əməl etməməlidir. Çünki, elmsiz əməl həm onun özünə, həm də ətrafında olanlara zərər vura bilər. Həqiqətən, elmsiz əməl edən insan, zülmət qaranlıqda dolaşan bir kimsəyə bənzəyir.
Ömər ibn ƏbdülƏziz demişdir: “Allaha elmsiz ibadət edən kəs, xeyrdən çox zərər gətirir”.
(Bax Əhməd “Əz-Zühd”, 365. İsnadı səhihdir.


Tarix: 08.04.2013 / 19:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 229 Bölmə: Maraqlı melumatlar