beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sui Xatimənin Ölüm Öncəsi Əlamətləri

Artıq pis sonluqdan qorxmaq müttəqilərin belini qırmışdır. Əgər sən ölüm ayağında olan çoxlarının halına baxsan görərsən ki, onlarla gözəl sonluq arasında bir maneə vardır. Onların pis əməlləri bir cəza olaraq onlarla gözəl sonluq arasına girmişlər.

Hafiz Əbu Muhəmməd AbdulHəqq b. AbdurRahmən İşbili deyir ki: «Bil ki, pis sonluğun müəyyən səbəbləri, yolları və qapıları vardır. Bunlardan ən böyüyü dünyaya qapanmaq, axirətdən üz döndərmək, günahlara cürətlə getməkdir. Günah insana güc gəlir və onun qəlbini örtür, ağlını silir, nurunu söndürür. Bundan sonra da o, kimsə heç bir nəsihət də fayda vermir. Əksər hallarda ölüm də ona elə bu vaxtlarda gəlir. O, kimsə təlqin edənin - Lə İləhə İlləllah - sözlərini uzaqdan bir nida kimi eşidir. Səsin nə olduğunu və nə qəsd olunduğunu anlamır. Hətta o, təlqin edən nə qədər də təkrar etsə də belə”.

Sufyan əs-Souvri – rahmətullahi aleyhi - bir gün səhərə qədər ağlayır. Səhəri ondan soruşduqda ki, səni ağladan günahlar idi. O: «Saman çöpünü götürərək deyir: «Günahlar bundan da yüngüldür. Lakin məni ağladan pis sonluqdur». Buna görə də heç kəs əməlinin çoxluğuna görə sonunun yaxşı olmasına arxayın olmasın. Bəziləri Lə İləhə İlləllah kəliməsini inkar və rədd etmiş, bəziləri bu kəliməni söyləyə bilmədiyini, söyləməsinə maneə olduğunu – Allah Qorusun – demişlər.

Əbu AbdurRahman əl-Yəməni deyir ki: “Ölüm anında olan birisinə Lə İləhə İlləllah deməyi təlqin etmiş və o da: Xeyir, söyləməyəcəyəm” demişdir
(Adil b. Abdullah Suaydan «Təzkiratul İhvan” s. 45. )

İbn Əbi Dunyə rəvayət edir ki, Əbu Həsən b. Əhməd deyir ki, ölüm anında olan birinə: “Allahdan bağışlanma dilə” dedilər. O: “İstəmirəm” dedi. Ona: “Lə İləhə İlləllah” de. O, isə çəkdiyi sıxıntı və əzabdan: “Söyləməyəcəyəm” dedi və öldü
(İbn Covzi “Səbat İndəl Məmat” s. 80. )

Sələflər hansı ki, onların gündüzləri orucla, gecələri ibadətlə keçirdi bu qədər əməllərinə baxmayaraq onlar pis sonluqdan qorxurdular. İnsan qorxmalıdır günahlarının onunla yaxşı sonluq arasına girməsindən.
Hafiz Əbu Muhamməd – rahmətullahi aleyhi - deyir ki: «Əgər bir kəsin zahiri də, batini də saleh olarsa onun sonu pis qurtarmaz. Belə bir şey Allaha həmd olsun ki, heç vaxt eşidilməyib. Bir kəsin batini də, zahiri də sağlamdırsa onun pis bir sonluqla qurtarması barəsində bir şey eşidilməyib. Sonu pis qurtaran kimsə əqidəsi pozulmuş və ya o, kimsə böyük günahlar üzərində davam edəndir. İnsan artıq o, günahlara elə bir şəkildə qurşanar ki, tövbə etməyə imkan tapmadan ölüm ona gələr. O, insan içini islah etməzdən əvvəl ölüm onu yaxalayar - Allah qrusun! - Şeytan o, vaxt onu ələ keçirir».

Amma zalımlar (günahkarlar) isə elə bil ki, Allahdan bir əhd alıblar. Şair deyir ki: «Ey çirkin əməl edərək əmin olan şəxs. Sənə Allah tərəfindən bir əhdmi gəlib. Sən iki şeyi cəm etmisən. Arxayınçılıq və öz istəyinə tabe olmaq». Bunların biri insanı həlak etməyə kifayətdir. Sən səfehliyinə görə əkin vaxtı bir şey əkmədin. İnsanlar biçdiyi vaxt sən nə əldə edəcəksən. Bu ötəri bir həyatla məşğulsan. Sən daha çox aldanmısan yoxsa ticarətdə aldanan. Halbuki, o kimsə itirdiyini yenidən əldə edə biləcəkdir. Sən isə əbədi həyatı tərk edərək ötəri həyatla məşğulsan.

Sui Xatimənin Ölüm Anında Olan Əlamətləri:

Adil b. Abdullah Suaydan “Təzkiratul İhvan” s. 47-48 əsərində qeyd edir ki: “Fərqli bölgələrdə olan bir çox ölü yuyanlar yuma əsnasında şahidi olduqları bəzi əlamətləri mənə zikr etmişdilər. Hamısı da ölülərdə eyni şeyin şahidi olmuşlar bu rəvayətlərin əksəriyyəti də bir-birinə bənzəyir. Mən özüm də bir çox ölü yudum və bu işdə iştirak etdim. Bir çox şeylərin şahidi oldum.

Mənə biri dedi ki: “Bir adam yudum. Rəngi sarıydı. Yumağa başladıqda başından bədəninin ortasına qədər qaralmağa başladı. Yumağı qurtardıqda bədəni sanki kömür kimi qapqara idi”. Yenə də: “Bir ölü yuyurdum Sol çiyniüstə uzanmışdı. Sağ tərəfə döndərdim, sola qayıtdı. Hətta qibləyə tərəf döndərib sağ çiyni üstə qoydum. Üzünü qiblədən döndərdi”. Yenə də: “Birini yuyurdum Rəngi sarıydı. Yumağı qurtardıqda qara olmuşdu. Soruşdular: “Saqqal kimi qara?”. O: “Kömür kimi qara” dedi. Sonra gözlərindən ağlıyır kimi qan axmağa başladı (Gözlərindən və burnundan pis qoxulu qan axmağa başladı)”.
Həmçinin - Bir çox qəbir soyanlar olmuş ki, bu əməlinə tövbə edərək bu yoldan dönmüşlər. Səbəbi isə: Ölülər dəfn edildiyi zaman sağ çiyni üstə dəfn olunurdular. Lakin qəbirləri açıldığı zaman onları qiblədən dönən, sol çiyni üstə görürdülər.

Həmçinin – Bir cənazə yuyan deyir ki: “İllər boyu çox sayda cənazə yudum. Üzləri qiblədən dönən 100 dən çox ölü xatırlayıram”. Yenə də: “Bir cənazəni qəbirə qoyub qibləyə tərəf çevirdikdə gördüm ki, üzü yerə tərəf dönmüş və burnu torpağa batmışdır. Başını təkrar qibləyə çevirdim və başının altına torpaq tökdüm. Lakin yenə də üzünü döndərdi və burnu torpa batdı. Bu şəkildə beş dəfə təkrar etdim. Nəhayət ümüdüm kəsild. Onu o, halda buraxıb qəbiri başladım”
(Təzkiratul İhvan” s. 48, İmam Cəlaləddin əs-Suyuti “Qəbir Aləmi”. )

Yenə də: “Bir gün Zərka şəhərində bir məsciddə cümə namazını qıldıq. Bizimlə bərabər elm tələbələri və Kuveytli alim vardı. İnsanlar məsciddən çıxmışdılar. Biz isə orada oturmuşduq. Birdən bir qrup insan vahimə içərisində məscidə daxil olaraq: İmam harada, İmam harad” deyə səsləməyə başladılar. Kuveytli alimin yanına gələrək: “Şeyx, bizdən bir gənc bu gün qəza nəticəsində dünyasını dəyişmişdir. Qəbirini qazdıqda içində bir ilan gördük. Biz bu ana qədər gənci dəfn edə bilməmişik. Nə edək?”. Şeyx və biz də qalxıb qəbiristanlığa getdik. Qəbirə baxdıqda içində qıvrılmış bir ilan gördük. Başını içinə soxmuş, quyruşunu isə çölə çıxarmışdır. Gözü görsənirdi və insanlara baxırdı. Şeyx: “Buranı buraxıb, digər bir yerdə qəbir qazın” dedi. Təqribən 200 metr aralıqda qəbir qazdıq. Sona yaxınlaşdıqda həmən ilanı gördük. Şeyx: “O, biri qəbirə baxın” dedi. Baxdıq ki, orada olan ilan yerin altı ilə sürünərək bu qəbirdən çıxmışdır. Şeyx: “Üçüncü, dördüncü dəfə də qazsaq ilan çıxacaq. İlanı öldürməkdən başqa çarəmiz yoxdur” dedi. Dəyənək və Sopalar gətirildi. İlan isə qəbirdən çıxaraq çüxürün başında oturdu. İnsanlar vahimə içində geri çəkildilər. Toz qaldıraraq ölünün üstünə hücüm etdi. İlan adamın ayaqlarından başlayaraq başına qədər dolandı. Sonra onu şiddətlə yerə çırpdı. Sümüklərinin qırılmasını eşidirdik. Toz yatdığı zaman qəbirə yaxınlaşdıq. İlan ölüyə dolanaraq dayanmışdı. Heç bir şey etmədik. Şeyx: “Üzərini örtün” dedi. Biz də torpaqla örtdük. Sonra ölənin atasının yanına gedərək oğlünün halını soruşdular. Atası: “Ata-anasına itaətkar bir gənc idi. Lakin namaz qılmırdı” dedi
(Risalətul Acilə” s. 46-50. )

Ənəs b. Məlik - radıyallahu anhu – rəvayət edir ki, aramızda Nəccar oğullarından Bəqərə və Ali İmran surələrini oxuyan, Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə katiblik edən bir kimsə vardı. Sonda qaçdı və dindən döndü. Onu ucaltdılar və: “Bu Muhəmməd – sallallahu aleyhi və səlləm – in katibliyini edən bir adamdır” dedilər. (Peyğəmbər – sallallahu aleyhi və səlləm – i öz sözlərilə çox incidir). Lakin çox keçmir ki, Allah onun canını alır. Qəbir qazıb içinə qoydular. Lakin torpaq onu üzə atır. Sonra təkrar qazıb dəfn etdilər. Lakin yenə də torpaq onu üzə atır. Sonda əlacsız qalıb onu o halda da tərk etdilər”
(Buxari “Ənbiya” 6/624, Əhməd 3/222. )

Amr b. Dinar – rahmətullahi aleyhi - rəvayət edir ki: “Mədinəli bir nəfərin bacısı vardı. Öldüyü zaman qardaşı onu dəfn edir. Dəfindən sonra evinə döndüyü zaman xatırladı ki, pul qoyulan kisə qəbirə düşüb. Yoldaşından xahiş edir ki, ona bu işdə yardım etsin. Gedib qəbiri qazırlar. Portmanını tapır. Adamdan xahiş edir ki, ondan uzaqlaşsın. Səbəbi isə baxım bacım hansı haldadır. Daşları qaldırdıqda gördü ki, qəbri od tutub yanır. Həmən qəbri örtüb anasının yanına gəldi. Bacısının nə etdiyi soruşdu. Anası: “Namazlaını təxirə salar (gecikdirər), dəstəmazsız qılar və qonşuların söhbətlərinə qulaq asaraq cəsusluq edirdi” dedi
(İbn Əbi Dunyə, İmam Cəlaləddin əs-Suyuti “Qəbir Aləmi”. )

Əbul Fərəc b. Covzinin yoldaşı, İbni Farisi Kətbi öz “Tarix” kitabında qeyd edir ki: “Mən 590-da Bağdatda bir ölü gördüm. Hər tərəfi çürümüşdü. Sümüklərindən başqa bir şey qalmamışdır. Əl və ayaqlarından dəmirdən xamut (boyunduruq) vardır. Bədəninə iki mismar taxılmışdı. Biri göbək nahiyəsinə, digəri isə alnına... adamın eybəcər quruluşu vardır. Üzə çıxmasının səbəbi isə suların çoxalmasıydı. Tələl-Əhmər adlı bir təpənin yanındakı qəbirsanlığı su basmışdır”. İbn Qeyyim – rahmətullahi aleyhi - “Ruh” kitabında saleh bir qul olan Əbu Abdullah Muhəmməd b. Sinan əs-Sələmidən rəvayət edir ki: “Bağdatda Dəmirçilər bazarına bir nəfər gəldi. Kiçik, iki başlı mismarlar satdı. Dəmirçi onları alıb atəşə atdı. Lakin ərimədilər. Nə etdisə onları əridə bilmədi. Onları satanı çağırdı. Bu mismarları haradan gətirmisən. Satıcı: “Onları yerdən tapdım” dedi. Lakin dəmirçi əl çəkmədi. Adam: “Açıq bir qəbir gördüm. İçində bu mismarların sümüklərə keçirilmiş olduğunu gördüm. Sümüklər sındıraraq onları çıxardım” dedi. İbn Qeyyim – rahmətullahi aleyhi - deyir ki: “Bir nəfər Mardindəki evindən çıxıb baxçasına getdi. Günəş batdıqdan sonra qəbirlərin arasından evimə dönürdüm. Birdən içindən alov püskürən bir qəbir gördüm. İçində də ölü vardı. Əllərimlə gözlərimi ovmağa başladım. Yuxudayam, yoxsa yox?” deməyə başladım. Vallahi yuxuda deyiləm – dedim. Dəhşət içində evimə gəldim. Ailəm yemək gətirdi, lakin yeyə bilmədim. Sonra şəhərə çıxaraq qəbirin sahibinin kim olduğunu öyrəndim. Öyrəndim ki, vergi yığanda haqsızlıq edən bir məmur idi”
Allah Qorusun!
(Ruh” s. 98. )


Tarix: 11.04.2013 / 19:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 477 Bölmə: Maraqlı melumatlar