beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dəstamaz və Qsul

sual-
salam.Allah komeyiniz olsun.menim sualim var.1.babam rehmete gedib ama men
onun ucun namaz qila bilerem.2.men isterdim siz qusl ve destemaz haqda
deqiq melumat veresiz ve xaish edirem tovbeni nece edirler?komek edin.cox
saq olun.

cavab-
va aleykum salam.

Dəstəmaz

Dəstəmazlı olmaq namazın şərtlərindəndir.

Uca Allah buyurur:
«Ey iman gətirənlər! Namaz qılmağa durduğunuz zaman üzünüzü və əllərinizi dirsəklərinizə qədər (dirsəkləriniz qə daxil olmaqla) yuyun, (yaş əlinizi) başınıza məsh edin (çəkin), ayaqlarınızı topuqlarınıza qədər (topuqlarınız da daxil olmaqla) yuyun…» («əl-Maidə», 6)


Dəstəmazın şərtləri

Dəstəmaz alan şəxs aşağıdakı şərtləri özündə cəm etməlidir:
1. Müsəlman olmaq;
2. Həddi-büluğa çatmaq (bəzi alimlərin rəyinə görə);
3. Ruhi xəstə olmamaq;
4. Təmiz su tapmaq;
5. Niyyət etmək;
6. Suyun dəriyə çatmasına mane olan hər bir amili (boya, lak və s.) aradan qaldırmaq və əzalarda quru yer saxlamamaq;
7. Bədənin nəcasətdən təmizlənməsi (paklaşdırılması);
8. Sidik və ya nəcisdən azad olmaq.


Dəstəmaz almağın qaydası

1. Dəstəmaz alan şəxs ürəyində dəstəmaz üçün niyyət edib dəstəmaz almaq istədiyini fikrindən keçirməli, bunu dillə deməməlidir. Çünki Peyğəmbər - səllallahu aleyhi və səlləm - nə dəstəmaz alandan, nə namaz qılandan, nə də hər hansı başqa bir ibadətdən qabaq niyyət edərkən niyyətini dillə deməmişdir (həcc və ümrə ziyarəti müstəsnadır). Allahın adını çəkib, yəni «bismilləh» deyib əlləri üç dəfə yumaq (şəkil 1).
2. Sonra üç dəfə ağzını yaxalamaqla (şəkil 2) burnuna su çəkib qaytarmaq (şəkil 3-4) və üzünü (qulaqlar arası və başın tüklü hissəsindən çənənin altınadək olan hissəni) üç dəfə yumaq (şəkil 5).
3. Sonra hər iki qolunu üç dəfə barmaqların ucundan dirsəklərə qədər (dirsəklər də daxil olmaqla) sağ qoldan başlamaqla yumaq (şəkil 6-7).
4. Sonra yaş əllərlə başa məsh etmək. Yəni əlləri isladıb başın qabaq hissəsindən (alının sonundan) arxasınadək (boyunadək) çəkmək, sonra başladığı yerə qaytarmaq (şəkil 8).
5. Sonra şəhadət barmaqlarını qulaqların deşiklərinə salıb baş barmaqları qulaqların arxasına çəkməklə qulaqlara məsh etmək (şəkil 9).
6. Sonra ayaqları üç dəfə barmaqların ucundan topuqlara qədər (topuqlar da daxil olmaqla), əvvəl sağ (şəkil 10), sonra sol ayağı yumaq (şəkil 11). Ayaqları yuyarkən barmaqların arası yuyulmalı və topuğun alt nahiyəsinə suyun çatmasına diqqət yetirilməlidir.
Dəstəmaz alıb qurtardıqdan sonra bu duanı oxumaq müstəhəbdir: "Əşhədu ən lə iləhə illəllahu vəhdəhu lə şərikə ləhu va əşhədu ənnə Muhammədən abduhu va rasuluhu. Allahummə-calni minət-təvvabinə vəc-alni minəl-mutətahhirin!" (Mən şahidlik edirəm ki, Allahdan başqa (ibadətə layiq olan) məbud (ilah) yoxdur, təkdir heç bir şəriki yoxdur və şahidlik edirəm ki, Məhəmməd Onun qulu və Elçisidir. Allahım məni tövbə edənlərdən və pak olanlardan et!).



Dəstəmazı batil edən amillər

1. Ön və arxa ifrazat çıxışlarından xaric olan sidik, nəcis, məzi, yel, istihazə halında gələn qan və s.;
2. Dərin yuxuya getmək və ya huşu itirmək;
3. Dəvə əti yemək;
4. Övrət yerinə bilavasitə toxunmaq (Bəzi alimlərin rəyinə görə);


Dəstəmazı batil etməyən amillər

1. Ön və arxa ifrazat çıxışlarından başqa bədənin istənilən yerindən çıxan qan və s.;
2. Qadına şəhvətlə və ya şəhvətsiz bilavasitə toxunmaq;
3. Odda bişmiş yeməkdən yemək;
4. Dəstəmazın pozulmasına şəkk etmək;
5. Qəh-qəhə ilə gülmək;
6. Meyitə toxunmaq;
7. Qusmaq;
8. Mürgüləmək;
9. Murdar şeyə toxunmaq (murdar şeyə toxunduqda onu su ilə təmizləmək kifayətdir).

Qüsul-
Cunub halından təmizlənmək niyyəti ilə bədənin hər yerinin yuyulmasına qüsl deyilir: «…Əgər cunub (murdar) olmusunuzsa, qüsl edin (bədəninizi başdan ayağa qədər yuyub təmizləyin)…» («əl-Maidə», 6).


Qüsl etməyin qaydası

1. Niyyət etdikdən sonra [bismilləh] deyib əlləri yumaq;
2. Sonra cinsiyyət üzvünü yumaq;
3. Sonra dəstəmaz almaq ;
4. Sonra üç dəfə başa su töküb əl ilə onu saçların dibinə çatdırmaq;
5. Sonra bədənin qalan yerini üç dəfə yumaq;
6. Sonra isə ayaqları yumaq;
7. Bədən üzvlərindən biri tənziflə sarınmış və ya gips qoyulmuş müsəlman dəstamaz almaq və qüsl etmək istədikdə sağlam üzvləri yumalı, sarınmış xəstə üzvün üstünə isə məsh çəkməlidir. Əgər məsh etmək yaraya ziyan edərsə bu vaxt təyəmmüm etmək lazımdır.


Qüslü vacib edən hallar

1. Cinsi əlaqədən sonra (əlaqədə olanların hər hansı birindən, yaxud hər ikisindən sperma xaric olmamışsa belə) şəhvət hissi keçirmək nəticəsində yuxulu və ya ayıq olarkən sperma xaric olduqda;
2. Heyz (aybaşı) və nifasdan (doğuş qanından) təmizləndikdə;
3. Cümə günü;
4. Ölüm. Vəfat etmiş müsəlmanın meyiti qüsl olunmalıdır (şəhidlər müstəsnadır);
5. İslam dinini qəbul etmək.


Hansı hallarda qüsl etmək bəyənilir?

1. Meyit yumuş adamın qüsl etməsi;
2. Həcc və ümrə ziyarəti məqsədilə Məkkə şəhərinə daxil olmazdan əvvəl ihram libası geymək üçün qüsl edilməsi;
3. Yenidən cinsi əlaqəyə girmək üçün qüsl etmək;
4. İstihazə (heyz müddəti adət halından artıq) olan qadının hər bir namazı qılması üçün qüsl etməsi.


Tarix: 07.04.2013 / 16:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 366 Bölmə: Maraqlı melumatlar