Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əbdür-Rəhman İbn Əşəsin fitnəsi, əməvi xilafətinə qarşı usyanı

İnsanları zülmətdən nura çıxarmaq üçün Peyğəmbərləri hidayət və doğru dinlə göndərən Allaha həmd-sənalar olsun. Bu işdə Allahın şahidliyi yetərlidir. Iqrar edərək və Allahı tək tanıyaraq şəhadət verirəm ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur və Məhəmməd -ona və ailəsinə Allahın salavatı və salamı olsun!- Allahın qulu və elçisidir. Ona, ailəsinə, əshabına, onların ardınca gedənlərə və qiyamətə qədər onun sünnəsinə əməl edənlərə Allahın salavatı və salamı olsun.
Bizdən əvvəlki ümmətlərin qissələrində ibrət və dərs vardır.

"Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi. Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! " (əş-şuəra: 67).

İnsanlar fitnələr, fitnələrin təhlükəsi və pis nəticələri haqda çox eşidirlər. Lakin necə deyərlər məsəl çəkməklə danışıq daha aydın olar.
İslam ümmətini vəlvələyə salan, Bənu Umeyyə xilafətini suquta endirəcək fitnələrdən biri də, hicrətin 81-ci ilində başlamışdır. İmam İbn əl-Kəsir (Allah ona rəhmət etsin!) buyurur ki, bu fitnənin səbəbi odur ki, Həccac Ibn əl-Yusif İbn əl-Əşəsə nifrət edir və o da bunu başa düşür Həccac üçün pislik istəyir və onun malikanəsinin dağılmasını istəyirdi.
Həccac İbn əl-Yusif Xəlifə Əbdülməlik İbn əl-Mərvanın İraq üzərində valisi idi. O Kufə, Bəsrə və digər şəhərlərdən camaatı toplayıb müsəlmanlara əziyyət verən, çox müsəlmanı qətlə yetirən o zamanki türklərin kafir kralına qarşı döyüşməyə qoşun hazırladı və Əbdür-Rəhman İbn əl-Əşəsi qoşuna sərkərdə təyin etdi. Baxmayaraq ki, Həccac bilirdi ki, ibn əl-Əşəsin ondan xoşu gəlmir və hətta deyərdi: "Mən hər dəfə onu (yəni, Ibn əl-Əşəsi) gördükdə onu öldürmək istəyirəm!".
Bir gün ibn əl-Əşəs Həccacın yanına daxil olur və orada Amir əş-Şəbi adlı bir nəfər alim də var idi. Bu zaman Həccac deyir: "Sən bir onun yerişinə bax. Allaha and olsun ki, onun boynunu vurmaq istəyirəm!". Sonra Şəbi Həccacın dediyini İbn əl-Əşəsə xəbər verir və İbn əl-Əşəs də cavabında deyir: "Elə mən də, Allaha and olsun ki, ömrüm uzun olduqca onu malikanəsindən salmaq üçün çalışıram!".
İbn əl-Əşəs qoşuna başçılıq edərək düşmən torpaqlarına qədər hərəkət edir və RİTBİL adlı məmləkətə qədər irəliləyir, çox şəhərlər fəth edir və bol-bol qənimət əldə edir. Kafirləri əsir alır və kafirlərin kralı RİTBİL isə İbn əl-Əşəsin əlindən bir şəhərdən digərinə qaçaraq canını qurtarmağa çalışırdı. Sonra İbn əl-Əşəs gələn ilə qüvvə toplamaq və fəth etdiyi yerlərdə əminamanlığı təmin etmək üçün öz adamlarına döyüşü dayandırmağı əmr etdi. c
Həccac isə ona məktub yazıb döyüşü davam etdirməsini əmr edir, onu alçaldır, qorxaqlıqla və döyüş meydanından qaçmaqda ittiham edərək təhqir edirdi. İbn əl-Əşəs isə bundan bərk qəzəblənərək camaatı Həccaca qarşı üsyana çağırmağa başladı.
İbn əl-Əşəsin atası tanınmış natiq bir şair idi və o insanlara belə bir çıxışla müraciət etdi: "Bizimlə Həccacın bu işdə bir nəfərin dediyi kimidir: "Köləni at üzərində daşı ölsə ölər qalsa sənin olar!". Həmçinin siz də indi düşmənlərə qalib gəlsəniz Həccacın hakimiyyəti daha da möhkəmlənəcək, məğlub olsanız onda Həccaca düşmən olacaqsınız. İndi isə hamınız Allahın düşməni Həccacdan imtina edin -Amma o bu çıxışında xəlifədən imtina etməyi qeyd etmir!- və əmiriniz olan Əbdür-Rəhman Ibn əl-Əşəsə beyət edin!. Mən sizə şahidlik verirəm ki, mən Həccacdan ilk imtina edənəm!.". Bundan sonra hər yandan insanlar: "Allahın düşməni Həccacdan imtina etdik!" – deməyə başladılar. -Həmin camaat Həccaca nifrət edirdilər-. Sonra İbn əl-Əşəsə beyət etdilər, lakin xəlifədən imtina etdiklərini isə dilə gətirmirlər.
Elə bundan sonra hər şey dəyişdi və gözlənilməyən fitnələr başladı. İbn əl-Əşəs Kafirlərə qarşı döyüşü tərk edib fitnəyə düşmüş qoşunu ilə Həccaca qarşı döyüşmək və İraqı onun əlindən almaq üçün oraya istiqamətlənir. Yolun yarısına çatanda qoşundakılar dedilər: "Bizim Həccacdan imtina etməyimiz Xəlifə ƏbdülMəlik İbn Mərvandan imtina etməyimiz deməkdir". Bundan sonra Möminlərin Əmiri Əbdülməlik İbn Mərvanın xəlifəliyindən imtina etdilər. Və İbn Əl-Əşəsə yenidən xəlifə kimi beyət etdilər. İbn əl-Əşəs də onlara Quran və sünnənin icrasına, zəlalət əhlini tərk etmək və kafirlərə qarşı cihad etməyə söz verdi.
Xəlifədən və ondan imtina edilmə xəbərlərini eşidən Həccac İbn Yusif Möminlərin əmiri ƏbdülMəlik İbn Mərvana məktub yazaraq vəziyyəti xəbər verir və kömək üçün ona əlavə olaraq təcili qoşun göndərməsini bildirirdi. Bunu eşidən xəlifə məsələyə çox əhəmiyyət verdi və bir çoxları islah etmək üçün bu işə qarışdılar.
Muhəlləb adlı bir alim İbn əl-Əşəsə məktub yazır və onu bu fitnəli işindən, xəlifəsinə qarşı üsyandan imtina etməyə çağıraraq buyurur: "Ey İbn Əl-Əşəs! Sən çox uzun bir yolçuluğa başlamısan. Gəl Məhəmməd Peyğəmbərin (Ona və ailəsinə Allahın salat və salamı olsun!) ümməti ilə birlikdə ol! Allah xətrinə!!! öz nəfsini həlak etməkdən, müsəlmanların qanını axıtmaqdan, camaatı parçalamaqdan, beyəti pozmaqdan əl çək! Əgər sən desən ki: "Mən insanların mənə zərər toxundurmasından qorxuram!" - bil ki, Allah, Ondan qorxmaq üçün daha layiqlidir! Sən bu işinlə qan tökmə, haramları halal etmə! Sənə salam olsun!".
Sonra Möminlərin əmiri ƏbdülMəlik, camaatdan ayrılmış xəvarici yatırmaq üçün Həccaca kömək qoşununun hazırlığına başlayır.
İbn əl-Əşəsin ətrafını isə fitnəyə düşmüşlər hər tərəfdən əhatəyə almışdılar. Hətta deyilənə görə onun qoşununa 33.000 süvari, 120.000 piyadalı qoşulmuşdu. Sonra İbn əl-Əşəs Bəsrə şəhərinə daxil olur və orada xütbə verir və hamıya beyət etdiyini elan edir camaat da onun beyətini qəbul edirlər. Hamı Xəlifə ƏbdülMəlik İbn Mərvan və onun naibi Həccacdan imtina etdiyini bildirdi. Sonra İbn əl-Əşəs dedi: "Həccac heçnədir! Gəlin bizimlə gedək ƏbdülMəlikə qarşı döyüşək". Beləliklə bütün Bəsrə camaatı, qoca və cavanlar, alimlər və qarilər hamı bir nəfər kimi İbn əl-Əşəsə beyət edir Əbdülməlik və Həccacdan imtina edirlər.
İmam İbn əl-Kəsir (Allah ona rəhmət etsin!) buyurur: "Belə olduğu halda vəziyyət çox mürəkkəbləşdi və İbn əl-Əşəsin tərəfdarı həddindən artıq çoxaldı və müsəlmanların bir sözü parçalandı...".
Sonra xəlifə ƏbdülMəlikin qoşunu ilə İbn əl-Əşəsin qoşunu qarşı-qarşıya gəlir. Beyətdən imtina edən Qarilər deyirlər: "Ey İnsanlar! Dininiz və dünyanız üçün vuruşun!". Böyük alimlərdən olan lakin İbn əl-Əşəsin fitnəsinə düşümüş Amir əş-Şəbi isə deyirdi: "Zəifləri alçaltdıqları və namazları gecikdirdikləri üçün onlara qarşı döyüşün!".
Sonra döyüş başladı hər gün çox sayda insan həlak olur itki verilirdi. Hətta tanınmış insanların çoxusu yaralanırlar. Bu vəziyyət uzun müddət davam edir. Sonra Möminlərin əmiri İbn əl-Əşəsə məktub yazaraq bildirir: "Əgər siz məndən Həccacı çıxarmaqla razı qalsanız mən onu çıxararam. Sizə verilənləri sizin üçün saxlayaram. İbn əl-Əşəs isə istədiyi vilayəti seçsin və həyatı boyu oranın əmiri olsun..."
Bundan sonra İbn Əl-Əşəs insanlara xitab edərək Xəlifənin onlara verdiyi vədi: Həccacı çıxarmağı və onlara verilənlərin saxlanılmasını - qəbul etməyi təklif etdi. Bunu eşidən insanlar hər tərəfdən etiraz edərək deyirdilər: "Allaha and olsun ki, xeyr, biz bunu qəbul etmərik! Biz onlardan sayca daha çox və qüvvətliyik. Sonra yenidən Əmirəl Möminin ƏbdülMəlikdən imtina etdiklərini bir daha təkid etdilər".
İbn əl-Əsir adlı tarixçinin dediyinə görə bundan sonra yenə 103 gün döyüş davam etdi. Xəlifənin qoşunu Həccacın sərkərdəliyi altında səbr edirdi. Həccacın döyüş meydanında təcrübəsi çox idi. O beyətdən imtina edən Qarilərə tərəf daha güclü zərbə endirməyi göstəriş verir. Çünki insanlar həmin Qarilərin sözünü dinləyir özlərinə örnək sayırdılar. Onlar da insanları döyüşə təhrik edirdilər.
Həccacın əmri ilə qoşun Qarilərin olduğu tərəfə daha çox zərbələr endirir və onların çoxusunu qətlə yetirirlər. Bundan sonra İbn əl-Əşəs və onunla olanlar məğlub olurlar. Çox uzun bir döyüşdən sonra Həccacın qoşunu onların ardınca düşür, onları öldürür və əsir alırdılar. İbn əl-Əşəs çox az bir adamla meydandan qaçır və Həccac isə onun ardınca böyük bir qoşun göndərir ki, onun adamlarını öldürsün, əsir alsınlar. Ibn əl-Əşəs isə öz adamları ilə kafir Rutbilin ölkəsinə qaçır. Rutbil isə müsəlmanlara tələ qurmaq üçün onu çox gözəl, təntənəli surətdə qarşıladı və ona çox hörmət bəslədi, aman verdi.
İbn əl-Əşəs nəsilləri kəsən böyük bir fitnə törətdikdən, tərəfdarlarının çoxusunun qətlindən və əsir düşməsindən sonra qaçır. Əsirləri isə Həccac İbn Yusif sonradan qətlə yetirir. Bəzi tərəfdarlar isə qaça bilirlər. Onlardan biri də böyük alim Amir əş-Şəbidir. Həccac Amir əş-Şəbini qətirməyi əmr edir. Onu gətirirlər və Həccacın yanına daxil edirlər. Amir əş-Şəbi deyir: "Mən ona əmirlərə verilən salam kimi salam verdim və dedim: Ey Əmir! İnsanlar mənə əmr etdilər ki, sənə Allahın bildiyi həqiqətdən başqa bir şeylə üzrxahlıq edim. Allaha and olsun bu məqamda haqdan başqa bir şey deyən deyiləm. Allaha and olsun ki, biz sənə qarşı asilik etmiş, üsyankar olmuşuq. Bu yolda var gücümüzü sərf etmişik. Buna baxmayaraq biz güclü və günahkar idik, təqvalı və günahsız olmamışıq. Artıq Allah səni bizim üzərimizdə qalib etdi. Əgər sən bizi cəzalandırsan bu bizim əmmələrimizin müqabilidir, bağışlasan bu da sənin mərhəmətindir. Bir sözlə biz sənin yanında təqsirkarıq!" Həccac Şəbinin bu etirafını gördükdə dedi: "Ey Şəbi! Allaha and olsun ki, sən mənə üzümüzə gülüb qılıncından qanımız axan sonra bizə qarşı heç bir şey etmədiyini deyən kimsələrdən daha əzizsən. Sən artıq bizim yanımızda əminsən, ey Şəbi!" Sonra Həccac dedi: "Ey Şəbi! Bizdən üz döndərəndən sonra insanlar sənə qarşı necə idilər? -Şəbi fitnəyə baş qoşmadan əvvəl Həccac ona çox əl tuturdu-" Şəbi camaatı tərk etdikdən sonrakı halını xatırlayaraq dedi: "Allah əmiri qorusun! Səndən üz çevirdikdən sonra gecələr yatmır, daim qorxu və kədər içində olurdum. Özümün əməlisaleh dostlarımı itirdim və əmirin əvəzini tapa bilmədim!" Həccac dedi: "Get ey Şəbi!" Şəbi də oradan əminamanlıqla çıxıb getdi.
Sonra Həccac, Ibn əl-Əşəsin adamlarını axtarmaqda davam edir və onları bir-bir qətlə yetirirdi. Hətta deyilən rəvayətlərə görə Həccac İbn əl-Əşəsin adamlarından 130.000 nəfər öldürmüşdür. Onların arasında tanınmış adamlardan Məhəmməd İbn Səəd Ibn Əbi Vəqqas və b. tanınmış şəxslər mövcud idi. Öldürülənlər arasında ən son qətlə yetirilən Səid İbn Cubeyr olmuşdur. Allah ona rəhmət etsin!
İbn əl-Əşəsin fitnəsinə uyan bir çox alimlər də mövcud idi və onlardan aşağıdakıları qeyd etmək olar: Müslim İbn Yəsar, Əbu əl-Cəvzəə, Əbul Minhal ər-Riyahi, Malik İbn Dinar və Həsən əl-Bəsri. Allah onlara rəhmət etsin!.
Həsən əl Bəsrinin bu döyüşlərdə iştirak etməsinə səbəb odur ki, İbn əl-Əşəsə demişdilər: "Əgər istəyirsən ki, insanlar Cəməl döyüşündə Aişənin ətrafında döyüşdükləri kimi sənin də ətrafında döyüşsünlər onda Həsən əl-Bəsrini də özünlə döyüşə apar".
Həmçinin İbn əl-Əşəslə birlikdə döyüşə çıxanlardan, Səid İbn Cubeyr, İbn Əbu Leyla əl-Fəqih, Talha İbn əl-Musarrif, Əta İbn əs-Səib və başqalarını qeyd etmək olar. Bizim sığınacağımız yalnız Allahdır.
Əyyub adlı alim deyir: İbn əl-Əşəslə olan hər kəs cəzaya məhkum oldu. Cəzadan qurtulan hər kəs onu cəzadan qurtaran Allaha şükr edərdi.
Sonra Həccac İbn Yusif, İbn əl-Əşəsin sığınacaq t apdığı Türk padşahı Rutbilə məktub yazaraq dedi: "Özündən başqa ibadətə layiq haqq məbud olmayan Allaha and olsun! Əgər sən İbn əl-Əşəsi mənə göndərməsən sənin ölkənə yüz minlərlə elə bir ordu göndərəcəyəm ki, oranı xarabaya çevirsinlər. Həccacın bu vədinin həqiqət olduğunu gördükdə o bəzi əmirlərlə bu haqda müşavirə etdi. Və onlar da ona, İbn əl-Əşəsi Həccaca təslim edərək ölkəsini bu təhlükədən sovuşdurmağı məsləhət gördülər. Belə olduğu halda Rutbil İbn əl-Əşəsə tələ quraraq onu və otuza yaxın qohum-əqrəbasını həbs edərək onları Həccaca yolladı. Onlar Rudxac deyilən bir yerə gəldikdə İbn əl-Əşəs əli dəmir qandallarla bağlanmış halda imkan tapıb bir evin damına çıxır və qaçmamaq üçün onunla birlikdə qandallanmış digər şəxs də onunla idi. Sonra İbn əl-Əşəs özünü və yanında qandallanmış digər adamı da həmin evin damından ataraq intihar edir.
Sonra onları aparan elçi İbn əl-Əşəsə yaxınlaşıb onun başını kəsir və digər adamları da qətlə yetirərək başlarını kəsib Həccaca göndərirlər. Həccac da İbn əl-Əşəsin başını İraqın hər tərəfində nümayiş etdirməyi əmr etdi. Bundan sonra onun başını Möminlərin Əmiri ƏbdülMəlik İbn Mərvana göndərir və Şamda da onun başını hər tərəfdə nümayiş etdirirlər. O da İbn əl-Əşəsin başını Misirdə olan qardaşı Əbdül Əzizə göndərir və orada da onun başını nümayiş etdirirlər sonra isə orada dəfn etdirirlər.
İmam İbn əl-Kəsir (Allah ona rəhmət etsin!) deyir: "Mən Ibn əl-Əşəsə beyət edənlərə çox təəcüb edirəm. Onlar necə olur ki, illərlə xəlifəlik etmiş Qüreyş əslli xəlifəni tərk edərək Kind qəbiləsindən olan tanınmamış qeyri mötəbər bir adama beyət edirlər?! Elə bu yerdə xəta edildiyindən çox fitnələr törəndi və haqsız qanlar axıdıldı. “Biz Allahınıq və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq!”s.s..
İbn əl-Əsir öz tarixində qeyd edir ki, ənsarlardan olan bir nəfər kişi Ömər İbn ƏbdülƏzizin yanına gəlib deyir: Mən filankəsin və filankəsin oğluyam. Filan babam Bədr döyüşündə, filan babam Uhud döyüşündə şəhid olub... və beləliklə öz keçmişinin gözəlliklərindən bəhs edirdi. Ömər İbn Əbdül Əziz isə onun yanında əyləşən bir nəfərə baxıb dedi: bax budur şücaət, yoxsa nahaq qan tökməklə üsyan etmək qoçaqlıq deyildir. (O bu sözləri ilə İbn əl-Əşəsin fitnəsini demək istəyir.).

Şeyx Sultan İbn Əbdür-Rəhman əl-Eydin cümə xütbəsindən tərcüməsi


Tarix: 14.04.2013 / 14:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 427 Bölmə: Maraqlı melumatlar
loading...