beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

LƏNƏT YAĞDIRMAQ

Lənət etmək Allahın rəhmətindən qovmaq və uzaqlaşdırmaq deməkdir. Lənət yağdırmaq, tənə etmək, çirkin və təhqiramiz ifadələr işlətmək möminin sifətlərindən deyil. Əksinə bu, zəif imanı olan fasiq insanların daşıdıqlar norma və xüsusiyyətlərdir.

Sabit bin Dahhak (Allah ondan razı olsun!) rəsulullahın (s) belə buyurduğunu rəvayət etmişdir: “Mömini lənətləmək, onu öldürmək kimidir”. (Buxari 7/223 Müslim 1/104)
Əbu Hureyrə isə (Allah ondan razı olsun!) rəsulullahın belə buyurduğunu rəvayət edir: “Siddiq olana lənət yağdırmaq yaraşmaz!” (Müslim 4/2005 Tirmizi 4/371)
Əbu Dərdadan (Allah ondan razı olsun!) rəvayət olunan hədisdə peyğəmbər (s) buyurur: “Lənətçilər Qiyamət günü şəfaətçi və şahid olaraq durmayacaqlar”. (Müslim 4/2006 Əbu Davud 4/278)
Səmra bin Cundubdan (Allah ondan razı olsun!) rəvayət olunan hədisdə peyğəmbər (s) buyurur: “Bir-birinizi Allahın lənəti, qəzəbi və odla lənətləməyin!” (Tirmizi 4/350 Həmçinin, bu hədisin həsən-səhih olduğunu qeyd etmişdir. Əbu Davud 4/277)
İbn Məsud (Allah ondan razı olsun!) peyğəmbərin (s) belə buyurduğunu rəvayət etmişdir: “Mömin tənə edən, lənət oxuyan, çirkin əməl və biədəb dil sahibi ola bilməz”. (Tirmizi 4/350 O, bu hədisin həsn olduğunu qeyd edib.)
Əbu Dərda (Allah ondan razı olsun!) peyğəmbərin (s) belə buyurduğunu rəvayət etmişdir: “Həqiqətən, qul bir şeyə lənət oxuduqda, lənət səmaya qalxır. Səma qapıları onsuz bağlanır. Sonra yerə enir. Yerin qapıları da ona bağlanır. Sonra lənət sağa-sola fırlanmağa başlayır. Yer tapmadıqda lənət edilən insan lənətə layiqdirsə, ona istiqamət alır. əks təqdirdə, lənət oxuyana qayıdar”. (Əbu Davud 4/277)
Ibn Abbas (Allah ondan və atasından razı olsun!) rəvayət edir ki, bir kişi peyğəmbərin (s) yanında küləyi söyür. Peyğəmbər (s) bunu görüb deyir: “Küləyi söymə! O, əmr olunanı yerinə yetirir. Kim bir şeyi layiq olmadığı halda lənətləyərsə, lənət onun özünə qayıdar”. (Əbu Davud 4/278 Tirmizi 4/351 Şeyx Əbdülqadir, Nəvəvinin “Zikrlər” kitabını tədqiq edərkən bu hədisin səhih olduğunu qeyd etmişdir. Səh 302 Bax; “Səhih Tirmizi” 2/189 “Tuhfətul Əhbazi” 6/112)
İmran bin Həsin (Allah ondan və atasından razı olsun!) rəvayət edir ki, rəsulullahın (s) səfərlərinin birində ənsar qadınlarından birinin mindiyi dəvə hirslənir. Bunu görən qadın dəvəni lənətləyir. Rəsulullah (s) qadının dediklərin eşidirdə deyir: “Onun üzərində olduğu heyvanı götürün! Çünki, o lənətlənmişdir”. Imran deyir ki, ondan sonra ona bir nəfərin də toxunduğunu görmədim. (Müslim 4/2004)
Əbu Bərza (Allah ondan razı olsun!) isə rəvayət edir ki, bir cariyə üzərində camaatın azuqəsi olan bir dəvəni minmişdi. Yorğunluq insanları narahat etdiyindən qadın dəvəni lənətləyir. Bunu eşidən rəsulullah (s) deyir: “Üzərində lənət olan bir dəvə bizimlə yol gedə bilməz”. Başqa bir rəvayətdə isə “Üzərində Allahın lənəti olan bir heyvan bizimlə yol gedə bilməz” deyilir. (Müslim 4/2005)


Tarix: 17.04.2013 / 12:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 216 Bölmə: Maraqlı melumatlar