Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qardaşlarınızın və bacılarınızın sizin üzərinizdəki haqqları

Sual-Qardaş, bacı və valideynlərin müsəlman üzərində haqqı nədir?

Cavab-Qardaş və bacılar bizlərə İslamın onlarla əlaqələri möhkəm tutmağımızı əmr etdiyi qohumlarımızdır.

Allah rəsulu sallallahu aleyhi və səlləm demişdir: “Allah buyurur: “Mən əl-Rəhmanam (ən Rəhimli olan) və bu rəhmi (qohumluq əlaqəsini) yaratdım və Öz adımdan ona verdim. Kim onu (qohumluq əlaqəsini) möhkəmləndirsə, Mən onu rəhmətimə qovuşduraram və kim onu kəssə, Mən də onu kəsərəm”. (əl-Tirmizi 1907; Əbu Davud 1694; Şeyx Albani Əl-Silsilə əl-Sahiha 520 əsərində hədisə səhih demişdir).


Peyğəmbər sallallahu aleyh və səlləm demişdir: “Ruzisinin çoxalmasını və ömrünün uzadılmasını arzulayan kəs qohumluq əlaqələrini möhkəmləndirsin”. (əl-Buxari 1961; Müslim 2557)



Digər müsəlmanlar kimi onların da müştərək olduğu haqqlardan, onların haqqı daha güclü olmaqla-

1. Görüşdükdə onlara salam vermək,
2. Sizi dəvət etdikdə onların dəvətlərinə icab etmək;
3. Asqıranda onlara Yərhəmukum Allah (Allah sizə rəhm etsin) demək;
4. Xəstələndikdə onları ziyarət etmək; vəfat etdikdə onların cənazəsində iştirak etmək;
5. Sizdən nəsihət istədiklərində onlara ixlasla nəsihət etmək;
6. Onların qiybətini etməmək;
7. Özünüzə istədiyinizi onlar üçün istəmək və özünüz üçün istəmədiyinizi onlar üçün də istəməməkdir. Bütün bunlar səhih hədislərə rəvayət olunmuşdur.

Bu haqqlara həmçinin: sözlə və yaxud əməllə onlara əziyyət verməmək daxildir. Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Müsəlman onun dilindən və əlindən müsəlmanların salamat qaldığı kəsdir”. (əl-Buxari 10; Müslim 40) Həmçinin uzun bir hədisdə bir sıra fəzilətləri əmr edərək peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “...Əgər bunu edə bilmirsənsə, o zaman insanları öz dinc qoy (onları incitmə), çünki bu sənin özün üçün etdiyin bir sədəqədir”. (Əl-Buxari 2382; Müslim 84)

Allah daha yaxşı bilir.



Muhammad Saleh əlMunəccid


Tarix: 06.04.2013 / 15:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 86 Bölmə: Maraqlı melumatlar
loading...