beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

GƏNCLƏRİN ALLAH ELÇİSİNİN (ona Allahın salavatı və salamı olsun!) HƏDİSLƏRİNDƏ XATIRLANMASI

Madam ki, söhbət gənclərin problemləri haqqında gedir, onların zikr olunduğu bəzi hədisləri qeyd etmək mənim üçün sevindirici bir hal olardı.
Allah Elçisinin (ona Allahın salavatı və salamı olsun!) hədislərindən:
1) Haqq yoldan dönməyən və şəhvani istəklərə uymayan gəclər Allahın xoşuna gələr”.

(Hədisi İmam Əhməd (4/151), Təbərani “Əl–Kəbir” əsərində (17/903, 853–cü hədis), Əbu Yalə (1749), əl-Heysəmi “Məcməuzzəvaid” əsərində rəvayət etmiş, İmam Əhməd, Əbu Yalə, Təbərani hədisin sənədinin həsən (etibarlı) olduğunu bildirmişlər. )



2) Allahın yaratdığı kölgədən savayı heç bir kölgənin olmadığı Qiyamət günü bu yeddi şəxsi Allah öz yaratdığı kölgədə gölgələndirəcək. Həmin insanlar bunlardır: Adil hökmüdar, Allaha itaətlə böyüyüb boya-başa çatan cavan, qəlbi məscidlərə bağlı olan insan, Allah üçün bir-birilərini sevən, Onun üçün birləşib, Onun üçün də ayrılan iki insan, yüksək təbəqəyə mənsub və eyni zamanda da gözəl olan bir qadının yaxınlıq etməyə (zinakarlığa) dəvət etdiyi və cavabında isə – mən Allahdan qorxuram – deyən kişi, sədəqə verdiyi halda verdiyi sədəqəni elə gizlədər ki, hətta sağ əlinin verdiyini sol əli belə bilməyən kişi və təklikdə Allahı zikr edib gözləri yaşla dolan kişi”. (İmam Buxari)


3) Həsən və Hüseyin Cənnətdəki gənclərin ağasıdır. (Tirmizi)
4) Cənnət əhlinə belə deyiləcək: Siz daim cavanlaşacaq və heç zaman qocalmayacaqsınız. (İmam Müslim)
6) Bir gün Əbu Bəkirlə Ömər İbn əl-Xattab bir yerdə idi və Əbu Bəkir Zeyd ibn Sabitə belə dedi: “Həqiqətən, sən ağıllı bir gəncsən. Sənin heç bir qüsurunu da görmürük. Allah Elçisinə (ona Allahın salavatı və salamı olsun!) nazil olan vəhyləri yazardın, onları bir yerə toplayardın və həmçinin sən Qurana tabe olardın.” (İmam Buxari)
7) Allah Elçisi (ona Allahın salavatı və salamı olsun!) ölüm ayağında olan bir gəncin yanına gəlir və ondan soruşur: “Halın necədir?” Gənc deyir: Ey Allahın Elçisi, ümidimi Allaha bağlayıram və günahlarıma görə çox qorxuram. Allah Elçisi (ona Allahın salavatı və salamı olsun!) isə belə buyurdu: “Belə bir anda qulun qəlbində olan iki şey var ki, Allah onun istədiyini verər və qorxduğu şeylərdən də qoruyar.” (Hədisi İbn Məcə rəvayət etmişdir)
8) Əl-Bərra İbn Azib (Allah ondan razı olsun!) Huneyn döyüşü haqqında belə deyir: Allaha and olsun ki, Allah Elçisi (ona Allahın salavatı və salamı olsun!) Huneyn döyüşündə düşməndan qaçmamışdı, əksinə döyüş ərəfəsində onun (ona Allahın salavatı və salamı olsun!) heç bir silahları olmayan yorğun cavan səhabələri döyüşə çıxmışdılar. (Hədisi imam Buxari rəvayət etmişdir.)
9) İbn Məsud (Allah ondan razı olsun!) rəvayət edir ki, biz cavanikən Allah Elçisi (ona Allahın salavatı və salamı olsun!) ilə birgə döyüşün planını cızırdıq. (İmam Əhməd rəvayət etmişdir.)
10) Ənəs İbn Malikdən belə rəvayət olunur: Ənsarlardan yetmiş gənc qare var idi ki, daim məscidlərdə oturar və axşam çağı şəhərin bir tərəfinə çəkilər, Quran öyrədər və namaz qılardılar. Gənc qarelərin ailələri onların məsciddə olduğunu, məscid camaatı isə onların öz evlərində olduqlarını düşünərdilər. Bu, dan yeri sökülənə qədər davam edərdi. Onlar odun yığar və yığdıqları odunu Allah Elçisinin (ona Allahın salavatı və salamı olsun!) evinə gətirərdilər. (Hədisi İmam Əhməd rəvayət etmişdir.)
Onlar bu odunların puluna Mədinənin yoxsul insanlarına və Saffa camaatına ərzaq alardılar. Saffa camaatı Mədinəyə hicrət etmiş yoxsul insanlar idilər. Bu şəhərdə onların heç bir qohum-əqrabaları yox idi. Bu səbəbdən də onlar məsciddəki Saffa evində və ona yaxın olan yerlərdə müvəqqəti yaşayırdılar.
11) İbn Məsudun dostlarından biri olan Əlqəmədən (Allah hər ikisindən razı olsun!) belə rəvayət olunur: Bir gün Abdulla ilə birgə Minada gedirdik. Osmanla (Allah ondan razı olsun!) qarşılaşdı və söhbət etməyə başladılar. Osman (Allah ondan razı olsun!) ona: Ey Əbu Əbdürrəhmən, sənin boş–boşuna keçirdiyin günlərini sənə xatırladacaq gənc bir qızla evləndirəkmi? Abdulla isə ona belə cavab verdi: Sən belə deyirsən, Allah Elçisi (ona Allahın salavatı və salamı olsun!) isə bir gün bizə belə demişdi: “Ey gənclər! Sizlərdən kim ailə qurmağı bacararsa, qoy evlənsin. Bu əməl gözün qorunması baxımından cox yaxşı və gözəl aqıbət üçün daha xeyirlidir. Bunu bacarmayanlar isə oruc tutsunlar!” (Hədisi Buxari və Müslim rəvayət etmiuşdir.)
12) Allah Elçisindən (ona Allahın salavatı və salamı olsun!) Dəccal haqqında rəvayət olunan hədisə “Dəccal gənc bir insanı özünə tabe etdirmək istəyir. Onu qılıncla bir dəfə vurmaqla iki hissəyə ayırır. Bundan sonra isə ona ayağa qalxmağı əmr edir, o da qalxır. Beləliklə o gülməyə başlayır”. (Hədisi Müslim rəvayət etmişdir.)
13) Malik İbn əl-Huveyrisdən (Allah ondan razı olsun!) belə rəvayət olunur: Biz həmyaşıd gənc olan vaxtı Allah Elçisinin (ona Allahın salavatı və salamı olsun!) yanına getmişdik. Onun yanında iyirmi gün, iyirmi gecə qaldıq. Allah Elçisi (ona Allahın salavatı və salamı olsun!) çox qanaqpərvər və mehriban idi. Bir gün o, bizim öz ailəmizdən ayrıldığımızı bildikdə bizlərdən kimin bu işi etdiyini soruşdu. Biz də ona danışdıq. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) belə buyurdu: “Öz ailənizin yanına qayıdın, onları İslama çağırın, öyrədin, yanlarında olun...” Bundan sonra bizlərə bir çox şeylər xatırlatdı. Həmçinin o, bizə: “Mənim namaz qıldığım kimi namaz qılın. Əgər namazın vaxtı gələrsə, biriniz qalxıb əzan çalsın və ən böyüyünüz sizlərə namazda başçılıq etsin.”
Sizlərin diqqətinə çatdırmaq istədiklərimiz bu qədər idi. Uca Allahdan bundan bizə faydalar bəxş etməsini diləyirik. Aləmlərin Rəbbi olan Allaha həmd olsun, peyğəmbərimiz Məhəmmədə, onun ailəsinə və bütün səhabələrinə Allahın salavatı və salamı olsun!

-----------------------


Tarix: 13.04.2013 / 15:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 212 Bölmə: Maraqlı melumatlar