beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ölüyə Quran Oxumaq

sual-
salam aleykum.
Ölmüş insana mollalarin etdiyi kimi Quran oxuyub bağışlamaq doğrudurmu?

cavab-
va aleykum salam.
Bu suala islam alimlərindən Məhəmməd Salih Useymin belə cavab vermişdir:
Cavab: Bu iki halda baş verir: Birincisi odur ki, bunu ölünün qəbrinə gedib orada oxuyasan. Bundan ölü faydalanmır. Çünki qulaq asmaqdan faydalanma ancaq diri halda olur. Savab, oxuyana və qulaq asana yazılır. Ancaq o isə, Peyğəmbər (s.ə.s)-in bildiriyi kimi əməlləri bu dünyadan kəsilmiş ölüdür. Bir hədisdə o belə buyurur: «Adəm övladı öləndə 3 şeydən başqa bütün əməlləri kəsilir. Onlar davamlı sədəqə, faydalanan elm və ona dua edən saleh övlad»
İkinci hal: Quranı oxuyan insan Allaha yaxınlaşma niyyəti ilə oxusun və savabını müsəlman qardaşına və ya yaxınına ötürsün. Bu məsələdə alimlər ixtilaf ediblər.
Bəziləri tam bədəni əməlin ölüyə ötürülməsini faydasız görüblər. Çünki ibadətlər abid qula aiddir. Qalxma, səcdə etmə ilə o mükəlləf olunub və bunun savabı ancaq edən üçündür. Ölünün faydalandığı bəzi feli əməllər xüsusi ilə göstərilmişdir, bunlar buna aid deyil
Bəzi alimlər ölülərə bəzi məsələlərdə savabın çatmasını əsas götürərək başqalarının ölüyə ötürdüyü əməllərin ona çatdığını və ölünün bu əməllərdən faydalandığını deyiblər.
Bizim tərcih etdiyim isə odur ki, bu, ona dəvət olunmasına ehtiyac olmayan caiz əməllərdəndir. İnsan, diriləri ölüyə dua edib bağışlanma diləməyə və ona başqa fayda verən əməlləri etməyə çağırmalıdır. Peyğəmbər (s.ə.s) ümmətini belə şeyləri etməyə (yəni ölü üçün Quran oxudmağa) çağırmırdı. O, insanları ölüyə dua etməyə çağırırdı. Ona dua etmək, hər hansı bir əməli tapşıqmaqdan daha əfzəldir.


Tarix: 07.04.2013 / 16:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 164 Bölmə: Maraqlı melumatlar