beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Günahlar Həmişə Dərhal Ziyan Vermirlər

Insanların çoxu günahların nəticəsini dərhal görmədikləri üçün onların barəsində yanılırlar. Hərdən günahın nəticəsi gec izhar olur və qul onların barəsində unudur. O zənn edir ki, onlar onun taleyinə təsir etməyəcəklər.

Sübhan Allah! Bu xətaya görə nə qədər insan məhv olub! O onları nə qədər nemətlərdən məhrum etdi! O onları necə cəzalara məruz qoydu! Cahillər bir tərəfə, nə qədər alimlər və layiqli kişilər ona görə aldandılar. Yanılan insan anlamır ki, günahlar zəhərin təsiri və ya irinli yara açıldığı kimi uzun zaman keçdikdə belə onun üzərinə ağır yüklə yatacaq.

Imam Əhməd Əbu əd-Dardan rəvayət edir: “Allaha Onu gördüyünüz kimi ibadət edin və özünüzü ölmüş hesab edin və bilin ki, sizə kifayət olana malik olmaq daha yaxşıdır nəinki sizi (Allaha ibadətdən) yayındıran çoxluqdan. Həmçinin bilin ki, salehlik köhnəlmir, günah isə unudulmur”.

Bir dəfə Allaha ibadət edən insan cavan oğlana baxdı və onun gözəlliyi barədə düşündü, sonra yuxu gördü və ona deyildi: “Sən mütləq bunun nəticəsini qırx ildən sonra dadacaqsan”.

Bununla yanaşı, günahlar təxirə salınmayan yaxın cəzalar da gətirir. Süleyman ət-Teymi deyib: “Həqiqətən insan gizlində günah edir, səhər isə onun üzərində bunun zəlillik izlərini görmək olur”.

Yəhya bin Muaz ər-Razi deyib: “Mən dərrakəli insana təəcüblənirəm, hansı ki, dua edir: “Ey Allah, düşmənlərə bədbəxtçiliyimə sevinməyə izin vermə” və sonra şəxsən bütün düşmənlərə sevinmək üçün səbəb verir.”. Ondan soruşdular: “Necə?” O dedi: “O Allaha asi olur və bütün düşmənlərə qiyamətdə sevinməyə səbəb verir”.


Tarix: 12.04.2013 / 19:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 188 Bölmə: Maraqlı melumatlar