beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İki gözün sahibi

O, ’Zul a’yneyn’- ‘İki gözün sahibi’ ləqəbli səhabə- Qatadə ibn ən-Numəndir. (radıyAllahu anhu)

Bədr döyüşündə gözündən yaralanır və gözü yanağına sallanır. Bəzi səhabələr onun gözünü kəsmək istəyir, lakin qərara gəlirlər ki, Qatadəni Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) yanına aparsınlar. Peyğəmbər (SallAllahu aleyhi və səlləm) onun gözünü qaldırıb yerinə qoyur və dua edərək buyurur:
- Allahummə, onu gözəlləşdir!
Həmin gündən sonra Qatadənin həmin gözü sağlam olan digər gözündən daha yaxşı görməyə başlayır, hətta özü hansı gözündən yaralandığını seçə bilmir. Bu hadisənin Uhud döyüşündə baş verdiyi də rəvayət edilmişdir. Bu hadisədən sonra ona ’Zul a’yneyn’- ‘İki gözün sahibi’ ləqəbi verilmişdir.
Qatadə ibn ən-Numən (radıyAllahu anhu) hicri 23-cü ildə, Ömər ibnul Xəttabın (RadıyAllahu anhu) xəlifəliyi dönəmində, 65 yaşında ikən Mədinədə vəfat etmişdir. Ömər İbnul Xəttab onu dəfn etmişdir. Qatadə Peyğəmbərdən (SallAllahu aleyhi və səlləm) yeddi hədis rəvayət etmişdir.

İstifadə edilən mənbələr:
- Əsməus-Sahəbər-Ruvat, səh. 183
- əl-İstiab, 3/338-340
- Siyər, 2/331-333
- əl-İsabə, 5/317-319
- Təhzibut-Təhzib, 8/310-311
- Təqribut-Təhzib, səh. 798
__________________
Tərcümə: əz-Zubeyr


Tarix: 08.04.2013 / 19:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 88 Bölmə: Maraqlı melumatlar