Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şahidsiz nikah əqdi təkrarlanmalıdırmı?

Sual: İki nəfər evlənir və “Biz birimiz-digərini ər və arvad olaraq qəbul edir, Allahı buna şahid tuturuq” söyləyirlərsə, lakin başqa heç bir şahid iştirak etmirsə və daha sonra onlar toy edir və hər kəsə onların evli olduğu söyləyirsə bu doğrudurmu?

Cavab: Həmd Allaha məxsusdur.

Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Bir vəli və iki şahid olmadan nikah yoxdur”. (Bu səhih hədisdir, çünki biri-digərini gücləndirən rəvayətlər var: İrva əl-Ğalil ?1858)

İmam əl-Tirmizi (Allah ona rəhmət etsin) demişdir: “Doğru rəy İbn Abbasdan rəvayət olunandır. İbn Abbas demişdir ki, açıq-aydın dəlil (beyyinət) olmadan nikah yoxdur...Buna müvafiq əməl etməklə, peyğəmbərin sallallahu aleyhi və səlləm səhabələri arasında olan alimlər, tabiinlər və onlara bu işdə tabe olanlar demişdirlər ki, “şahidlər olmadan nikah yoxdur”. (Cəmi əl-Tirmizi 4/235)

Əgər sualda sözügedən cütlər yuxarıda söylənənlərə riayət etməyibsə, onlar nikahı təkrarlamalı və bu dəfə bir vəli və iki şahidlə bunu etməlidirlər.

Allah daha yaxşı bilir.


Tarix: 05.04.2013 / 20:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 83 Bölmə: Maraqlı melumatlar
loading...