Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dəmir kitab

Ölü dəniz sahillərində aşkarlanmış yeni tapıntılar sensasiyalı nəticələrə səbəb ola bilər

Ölü dənizin sahillərində, İordaniyadakı bir mağarada dəmirdən hazırlanmış 70 kiçik kitab tapılıb. Qüds və Əmman Universitetlərinin arxeoloqlarının dediklərinə görə, bu tapıntı 1947-ci ildə aşkarlanmış “Ölü dəniz kitabələri”ndən də əhəmiyyətli, qiymətli ola bilər.

Ən azı ona görə ki, üz qabığı və səhifələri dəmirdən hazırlanmış, yazıların dəmir qələmlə cızıldığı kitablar qədim düyna tarixi ilə bağlı indiyədək mövcud təsəvvürləri dəyişə bilər.
Kitabların əksəriyyəti İsa Məsih və onun həvariyunlarına həsr olunduğundan, Bibliya ilə bağlı biliklərdə də dəyişikliklər mümkündür.

Alimlər hesab edirlər ki, tapılmış kitablar adı Bibliyada çəkilən və “itirilmiş əlyazmalar” deyilən kitabələrdir.

Britaniyalı arxeoloq Devid Elkinqtonun dediyinə görə, tapıntı onları vəcdə gətirib.

“Bu kitabələri ərəb bədəvilər tapıblar və sonra çox ucuz qiymətə satıblar. Alıcı isə tapıntının əhəmiyyətini azacıq anladığından, kitabları mağarada gizlədibmiş”, – Elkinqton bildirib.


Tarix: 26.11.2014 / 18:02 Müəllif: Aziza Baxılıb: 59 Bölmə: Maraqlı Melumatlar
loading...