beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qəribə və az tanınan tarixi məlumatlar

Qəribə və az tanınan tarixi məlumatlar - MARAQLI FAKTLAR

Bakı, 26 sentyabr, SalamNews, C.Nəzərov. Qədim misirlilərin milçəklərin diqqətini firondan yayındırmaq məqsədilə nə etdiklərini bilirsinizmi? Bəs, Makedoniyalı İsgəndərin bu gün də istifadə olunan hansı fəndləri ixtira etdiyindən xəbərdarsınızmı?

SalamNews sizə qəribə və haqqında indiyədək az eşidilən tarixi faktları açıqlayır:

Roma imperiyasının çiçəklənmə dövründə onun ərazisi təxminən 2.51 milyon kvadratkilometr olub. Lakin tarixdə ən böyük imperiyalar siyahısında Roma imperiyası yalnız 19-cu yer tutur.



Bəşəriyyətin sülh şəraitində inkişafının nə qədər müddət davam etməsini təyin etmək cəhdi kədərli sonluqla yekunlaşıb: son üç min ildən yalnız 240-da müharibə baş verməyib.



Birləşmiş Ştatların müasir ulduzlu-zolaqlı bayrağının eskizi yuxarı sinif şagirdi Robert Heft tərəfindən məktəb tapşırığı zamanı hazırlanıb. Robert həmin tapşırığa görə "B-" qiyməti alıb (bizdə bu qiymət "4-"dır). Lakin şagirdin rəsmi Amerika xalqının simvolu seçilərkən müəllim onun qiymətini ən yüksək qiymət olan "A"ya dəyişib.



Tarixdə ən qanlı 10 müharibədən səkkizi Çin ərazisində baş verib.



Çində baş verən iki böyük müharibədən hər birində Birinci dünya müharibəsində ölənlərdən çox insan həlak olub.



Birləşmiş Ştatlar Konstitusiyasında çoxlu sayda orfoqrafik və qrammatik səhvlər var.



Ən yüksək inkişaf dövründə - e.ə. 480-cı ildə yer kürəsinin 44% əhalisi birinci Fars imperiyasının (Əhəmənilər imperiyası) hakimiyyəti altında olub.



Bu, tarixdə mövcud olan bütün imperiyalar arasında ən yüksək göstəricidir. Müqayisə üçün bildirək ki, Britaniya imperiyası dünyanın yalnız 20% əhalisini özünə tabe edə bilib.



Meksikalı general Antonio Lopes de Santa-Anna ayağının amputasiyası şərəfinə möhtəşəm dəfn mərasimi təşkil edib.



XIX əsrin əvvəllərinə qədər protez dişlərin hazırlanmasında döyüşlərdə həlak olan əsgərlərin dişlərindən istifadə olunub.



Buz dövründə Britaniya adalarının sakinləri insan kəllələrindən fincan kimi istifadə ediblər.



Qədim Misirdə milçək və digər həşəratların diqqətini firondan yayındırmaq üçün qulluqçuların bədənlərinə bal çəkilirdi.



Çində VIII əsrin ortalarında An Şi üsyanı zamanı təxminən 40 milyon nəfər ölüb. Həmin vaxt bu say planet əhalisinin 1/6 hissəsini təşkil edirdi.



XIX əsrin əvvəllərində insanları o qədər tez-tez diri-diri basdırırdılar ki, hətta bəzi tabutlar “dirilən ölülər"in qəbiristanlıqdakı zəngi çalmalarına imkan verən xüsusi mexanizmlə təchiz edilirdi.



Monqol döyüşçüləri öldürülən rəqiblərin cəsədlərindən yağ çıxarır və onu yandıraraq silah kimi istifadə edirdilər.



Süvarilərdən sonuncu dəfə İkinci dünya müharibəsi zamanı istifadə olunub. Həmin vaxt Monqolustanın süvari diviziyası Almaniyanın piyada diviziyası ilə döyüşə girib. Nəticədə 2 min Monqolustan atlısı ölüb, bununla belə bir nəfər olsun, Almaniya əsgəri ölməyib.



Yunan maarifçisi Epir Gorgias ölmüş anasının tabutunda dünyaya gəlib. Tabutu aparan insanlar dəfn zamanı körpə səsi eşidiblər və onu işıqlığa çıxarıblar.



Makedoniyalı İsgəndər bugünədək istifadə edilən casus fəndlərinin ixtirası ilə şöhrət qazanıb. O, döyüşçülərini doğmalarına məktub yazmağa məcbur edib və onların hər birini aşkara çıxarıb. Qarşıdakı qələbələrdən zövq almaq üçün söz tapmayan və yüksək döyüş ruhunu nümayiş etdirməyən döyüşçülər imperatorun əmri ilə edam edilirmişlər.



Qədim Çində Yue çarlığını idarə edən Qoutsyan ölüm hökmünə məhkum olunmuş cinayətkarları qoşunlarının önündə yerləşdirməsi ilə tanınır. Döyüş başlamadan əvvəl cinayətkarların özləri öz əlləri ilə başlarını kəsiblər, bununla da düşməni vahiməyə salıblar.


Tarix: 28.09.2014 / 00:05 Müəllif: ADMIN Baxılıb: 375 Bölmə: Maraqlı Melumatlar