beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dünyada hədiyyə bağışlamaq ənənələri

Hər bir xalqın da özünəməxsus hədiyyə ənənələri mövcuddur. Evə ilk dəfə gələn insanın hansı hədiyyəni gətirməsi, hansı hədiyyənin nə məna daşıması və s. Hansı ölkələrdə hədiyyə adət-ənənəsi necədir?

Almaniya
— Sizə hədiyyə alınmayınca, hədiyyə verməməyə çalışın. Çünki almanlara görə, hədiyyə lazımlı vaxtda verilməli və səhv anlaşılmalara yol açmamalıdır.
— Yaxşı və keyfiyyətli məhsulları sevsələr də, çox bahalı hədiyyələrə üstünlük vermirlər.
— Ala biləcəyiniz ən yaxşı hədiyyələr isə qələm və spirtli içkilərdir.
— Alman evinə qonaq gedəndə bir dəstə gül çələngi ilə ev sahibini məmnun edə bilərsiniz.
— Geyimə aid hər hansı bir hədiyyə seçimi qarşısında qalıbsınızsa, düşünmədən şərf seçin. Almanlar geyimlərini şərfla tamamlamaqdan zövq alırlar.
dünyanın hər yerində hədiyyəni sevirlər
Amerika
— Hədiyyələr bir çox hallarda verilə bilər: müqavilə imzalayarkən, şəxsi karyera ilə bağlı vacib yeniliklərdə, uğurlu bir proyektin sonunda.
— Bir amerikalının evinə qonaq gedərkən hədiyyə almağınız vacib şərt deyil. Ancaq çiçək və ya şərab həmişə xoş qarşılanır.
— Yaxşı olardı ki, evə ilk daxil olanda, ya da evdən çıxan zaman hədiyyənizi təqdim edəsiniz.
— Ətir və ya zinət əşyaları çox da uğurlu seçim deyil. Çünki sırf zövq məsələsidir. Yanılma ehtimalınız böyükdür.
— Sizə hədiyyə veriləndə dərhal qaytarmaq məcburiyyətində deyilsiniz. Uyğun bir vaxtı gözləyə bilərsiniz.

Azərbaycan
— Azərbaycanlılar daha çox nərd, bahalı alışqanlar, xəncərlərə üstünlük verirlər.
— Kişilər üçün qol saatı, qadınlar üçün ən ideal hədiyyə ətir və zinət əşyalarıdır.
— Evə gələn qonaqdan xüsusi bir hədiyyə gözləntisi olmur. İstənilən hədiyyə ev sahibində xoş təəssürat yaradır.

Fransa
— Fransada iyerarxiya prinsipinin böyük əhəmiyyəti var. Xüsusən iş dünyasında. Ona görə də ən yuxarı vəzifəli şəxsə hədiyyə verməyə çalışın.
— Hədiyyə verərkən əllə yazılmış balaca bir qeyd də qoysanız, lap yerinə düşər.
— Fərqli hədiyyəni qarşınızdakı fransız üçün əsl komplimentdir.
— Bir evə dəvət alıbsınızsa, çiçək (qırmızı gül və çobanyastığından başqa), keyfiyyətli şokolad və ya spirtli içki yerinə düşər.
— Əgər əliboş gedibsinizsə, kədərlənməyin. Səhəri gün ev sahibinə çiçək və ya meyvə səbəti göndərmək də təqdirə layiqdir.
hədiyyə

İngiltərə
— Hədiyyə verməkdənsə, ortağınızı gözəl bir axşam yeməyinə və ya teatra bilet almaq daha çox işinizə yarayar.
— Çiçək (ağ yasəməndən başqa) və ya keyfiyyətli bir spirtli içki alsanız, kifayətdir.
— Bir ingilis ailəsindən dəvət alıbsınızsa, daha sonra bir təşəkkür qeydi də göndərmək lazımdır.

İran
— Hədiyyə vermək İranda sosial bir hadisədir. Bahalı hədiyyələrə üstünlük verirlər.
— Ölkənizə aid yeməklər, əl işləri və dekorativ əşyalar da yaxşı seçimdir.
— Dəvət olunduğunuz iranlı evinə əliboş getməyiniz heç də xoş deyil. Gedərkən ən azı çiçək, tort, hər hansı şirniyyat hədiyyəsi ala bilərsiniz.
— Nə badə spirtli içki, yaxud da içində donuz əti olan məhsullar aparasınız.

İtaliya
— Fransızlar kimi italyanlarda da hədiyyəni yüksək mövqeli insanlara verirlər. Bahalı olmasa da, keyfiyyətli olmasına diqqət yetirirlər.
— Əgər şərab hədiyyə edirsinizsə, ən keyfiyyətli üzümdən hazırlanmağına diqqət yetirin.
— Marka saat, qələm, gümüş brelok hədiyyələri xoş qarşılanır.
— Cüt sayda çiçək, çobanyastığı gülü və ya şirkət logosu olan məhsullar, bıçaqlar heç də yaxşı hədiyyələr sayılmır.

Rusiya
— Rusiyada Qərbdən gələn əşyalara üstünlük verilir. Hədiyyənin yaxşı bağlanmasına diqqət yetirirlər.
— Əgər rus evinə qonaq gedirsinizsə, şokolad, şərab, ya da “vodka” ala bilərsiniz.
— Getdiyiniz evdə hamilə biri varsa, uşaq üçün nəsə alsanız, ev sahibinin ürəyindən olacaq.

Misir
— Yaxşı ev sahibi olmaq misirlilər üçün prestijdir. Ona görə qonaq dəvət etməyə meyllidirlər. Gedərkən bişmiş yeməklər, şokolad almaq olar.
— Hədiyyə alıb verərkən mütləq sağ əllə hərəkət etməyinizə diqqət yetirin.
— Misirlilər çox vaxt çiçəyi yas mərasimlərində istifadə edirlər. Ona görə ancaq Qərbə meylli misirlilərin evinə çiçəklə getmək olar.
— Elektron əşyalar, ya da namaz qılarkən Məkkənin istiqamətini təyin edə bilən bir kompas hədiyyə verə bilərsiniz.
— Aparacağınız ən pis hədiyyə, yəqin ki, spirtli içkilərdir.


Tarix: 26.11.2014 / 12:11 Müəllif: Aziza Baxılıb: 65 Bölmə: Maraqlı Melumatlar