beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ürək həbləri ağır xatirələri unutdurura bilər

Hollandiya alimlərinin dediyinə görə, adi ürək həbləri ağır itki və ya psixoloji travma keçirmiş insanlara sarsıntı və dərdlərini unutmağa kömək edə bilər.
Alimlərin qənaətinə görə, həmin həblərdə olan beta ünsurlərı ağır xatirələri blokadaya alaraq onları hafizədən tədricən silir.

Öz araşdırmalarında alimlər 60-a qədər adam üzərində müşahidə aparıblar. Həmin elmi araşdırmanın nəticələri «Nature» — Təbiət dərgisində dərc olunub.

Bununla belə, ingilis alimləri hollandiyalı həmkarlarının araşdırmasına bir qədər şübhə ilə yanaşırlar.

Onların fikrincə, ağır xatirəni silmək — arzuedilməz xalı götürmək deyil; bu, insanın şəxsiyyətini dəyişə bilər.

Bundan başqa, ingilis alimlərinin dediyinə görə, mənfi xatirələr və sarsıntılar mühümdür, belə ki, onlar insanlara öz səhvlərindən öyrənməyə və nəticə çıxarmağa imkan yaradır.

Digər tərəfdən isə, İngiltərə alimlərinə görə, bunun cəmiyyət üçün mənfi təsiri ola bilər.

Əgər, məsələn, zorlama qurbanı həb qəbul edərək onun başına gələnləri unudarsa, deməli, o, onu zorlayan şəxsə qarşı ifadə verə bilməyəcək və həmin şəxs cəzasız qalacaq.


Tarix: 26.11.2014 / 12:42 Müəllif: Aziza Baxılıb: 28 Bölmə: Maraqlı Melumatlar