beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yox Demək Üçün 15 Hal

Əgər hər dəfə “Hə” deməyə məcbursansa, bir müddətdən sonra artıq özün üçün deyil, başqalarmı razı salmaq üçün yaşadığını anlayırsan və bu heç də xoş təəssürat deyil. Odur ki, hədəfini müəyyənləşdir: “Yox” demək imkanı düşsə, bundan qaçmaq lazım deyil.
Həyatında heç nəyi sona çatdırmağı bacarmayan dostun sənə birgə ssenari yazmağı təklif edir. Fikirlərində bir anlıq 20 il gələcəyə get: sənin yazdığın hissə stolun üstündədir, üzərində də 20 ilin tozu yığılıb-qalıb. Sənə bu lazımdır?
Müdirin uşağına baxmağa təcili dayə axtarır. Sənin isə karyera irəliləyişinə və ya maaş artımına ehtiyacın var. Bu halda yadına sal ki, sən mütəxəssis olmağa hazırlaşırsan, dayə olmağa yox.
İş yoldaşın sənə yaxınlaşıb, bu axşam tez çıxmalı olduğunu söyləyir və sabah rəhbərliyə təqdim etməli olduğu hesabatı sənin hazırlamam xahiş edir. Əzizim, bəs öz işlərini kim görəcək?!
Böyük endirimlərə də yox desən, pis olmaz. Sən, əslində, lazım olmayan əşyanı ucuz qiymətə almaqla pula qənaət etmiş olmursan.
Qizəllik salonu pulsuz saçkəsimi elan edir. Onlar model yox, öz təcrübələri üçün qurban axtarırlar.
Qonşunun qızı səndən donunu bir neçə saatlığa götürür və söz verir ki, tərtəmiz geri qaytaracaq. Yadına sal, eyni hal keçən dəfə baş verəndə donun düyməsi düşmüş, zəncirbəndi sökülmüşdü.
İş yoldaşının ad günü sənə çox baha başa gəlir, hədiyyədən əlavə restorana görə də ödəniş etməli olacaqsan. Bu arada gözəl bahalı ayaqqabı da görmüsən. Ad gününü unut, ayaqqabını al.
Çoxdandır, xoşuna gələn iş yoldaşın yaxın adamının toyuna onunla birgə dost kimi getməyini xahiş edir, çünki hal-hazırda heç kimlə görüşmür. Məgər sən kiminsə prototipi olmalısan? Hətta onun üçün yox!
İşdən sonra istirahət vaxtıdır, özü də ürəyin istədiyi kimi. Nə zamansa bir məktəbdə oxuduğun “qurdlu qız”la gəzinti vaxtı deyil.
Yeni sevgili tapan rəfiqən səni sevgilisi ilə birlikdə axşam yeməyinə dəvət edir. Sən ki onun xasiyyətinə bələdsən, mütləq sənə uyğun hesab etdiyi bir oğlanı da dəvət edib. Yaxşısı budur, özünü yorma.
Otaq yoldaşın axşam işdən sonra keks bişirib satmağı və yeni biznes qurmağı təklif edir. Qəpik-quruş xatirinə bu əzaba dəyərmi?
Bəzən elə olur ki, səbəbsiz-filansız münasibətlər alınmır. Əgər eyni vəziyyətlə qarşılaşmısansa, təşvişə düşməyə tələsmə. Bəlkə də münasibətləri yenidən bərpa etməyin mənası yoxdur. Əgər kimləsə əlaqə artıq kəsilibsə, deməli, özün anlamasan da buna bir səbəb var.
Axşam 8-də şəhərin ən bahalı restoranında stol bron edib, bahalı şouya baxmaq – axı bu bədxərclik nəyə lazımdır? Bunsuz da xoşbəxt olmaq mümkündür.
Qayınanan sizə həyatınızda çox güman ki, bir dəfə olacaq bal ayı üçün məsləhətli ölkələr siyahısını təqdim edir, amma təbii ki, onların heç biri sizlik deyil.
Əyləncə mərkəzində bir küncdə da-yanan oğlanlar sənə və rəfiqənə içki göndərirlər. Düşünürlər ki, içkini qəbul etməklə, onlarla görüşə çıxmağa razı olacaqsınız. Lap ətim ürpəşdi.


Tarix: 28.12.2012 / 13:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 932 Bölmə: Maraqlı Melumatlar