Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dünyanın axırı: Tarixdə ən məşhur gözləntilərin «Top-10»u

Dünyanın axırının nə vaxt olacağını birinci dəfə deyil ki, elan edirlər və gözləyirlər. Tarixdə bu dəfələrlə olub.

Bunların ən məşhurları:

500-ci il. 3 Roma ilahiyyatçısı elan etmişdi ki, 500-ci il dünyanın sonudur və bu vaxt İsa peyğəmbər
yenidən dünyaya gələcək.

1666-cı il. 17-ci əsrin əvvəlində və ortalarında əminlik var idi ki, 1666-cı il dünyanın sonu olacaq. Bu əminlik 3 “6”-nın dalbadal gəlməyinə, 666 isə öz növbəsində Tövrata əsaslıanırdı ki, 666 şər qüvvə ilə bağlıdır.

1843-1844-cü illər. Amerikalı dini fəal Miller inanırdı ki, İsa peyğəmbərin ikinci gəlişi 1843-1844-cü illərdə olacaq. Bu vaxt Yer od tutub, yanacaq.

1910-cu il. Qalley kometinin 1910-cu ildə Yerə yaxınlaşmasını dünyanın axırı kimi gözləyirdilər.
Belə bir fikir var idi ki, kometin quyruğu zəhərli qazlardan ibarətdir və bu, Yer üzündə həyata son qoya bilər.

1914-cü il. Yehova şahidləri dünyanın sonunun 1914-cü ildə olacağını elan etmişdilər.
Bunun düz çıxmamağı onları dayandıra bilmədi.
O vaxtdan Yehova şahidləri dünyanın axırının nə vaxt olacağının vaxtaşırı müxtəlif proqnozlarını verirlər.

1997-ci il. ABŞ-da “Cənnət Qapısı” adlı sektanın 39 üzvü intihar etdi. Sektanın rəhbəri Applewhite öyrədirdi ki, başqa planetdən olanlar Yer kürəsini insanlardan təmizləyəcəklər.

1999-cu il. Nostradamusun belə bir öncəgörməsi var ki, göylərdən terror kralı “1999 və 7 ayda” gələcək.
Bu fikir 1999-cu ildə dünyanın axırının olacağına qorxular yaratmışdı.

2000-ci il. Adətən hər min illik qurtaranda dünyanın axırı proqnozları peyda olur.

2003-cü il. Yapon sektası Aum Shinrikyo elan etmişdi ki, 2003-cü ildə dünya nüvə müharibəsindən məhv olacaq.

2012-cü il dekabrın 21-i. Maya təqvimində 5125 illik dövr başa çatır. Bunu belə yozurlar ki, bu, dünyanın sonudur.


Tarix: 26.11.2014 / 12:11 Müəllif: Aziza Baxılıb: 36 Bölmə: Maraqlı Melumatlar
loading...