Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yanaqdakı qəmzə nə məna verir?

Qəmzənin mənası, necə yarandığı və niyə məhz bəzi insanlarda olduğu yəqin ki, çoxumuza maraqlıdır.

Bu, adətən bəzi insanlarda genetik olaraq mövcuddur. Valideynlərdən birində qəmzə varsa, 25-50%, hər ikisində olarsa 50-100% ehtimalla uşaqda da yarnır.

Hətta bəzi ölkələrdə yanağında çökək olan qızlar gözəl hesab edilir. Qəmzələrin çoxu doğuş əsnasında yaranan qüsur sayılsa da, sonralar hətta gözəllik elementinə çevrilər bilir. Əsasən yanaqda, çənədə, beldə yaranan qəmzələr bəzən yaş artdıqca itir. O, adətən, üz əzələləri qısa olan şəxslərdə yaranır və gülərkən ortaya çıxır.

Bu zaman bəzi insanların bir, bəzilərinin isə hər iki yanağındakı qəmzə üzə çıxır. Adətən qəmzəsi olanlar gənc ruhlu, uşaqüzlü insan kimi bilinirlər.


Tarix: 22.11.2014 / 22:47 Müəllif: Aziza Baxılıb: 42 Bölmə: Maraqlı Melumatlar
loading...