Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əsl Drakula haqqında 10 tarixi fakt

Dünya ədəbiyyatında ən “məşhur” vampir Brem Stokerin təxəyyülünün məhsulu olan “Drakula”dır. “Klassik” Drakulanın müasir obrazı bu vampir hesab olunur.

Əslində isə bu vampir obrazının törətdiyi müdhiş vəhşiliklər, əsl Drakulanın – yəni, həqiqətdə Valaxiyanın (indiki Rumınya ərazısı) knyazı olmuş, “Drakula” ləqəbli III Vladın törətdiyi qorxunc vəhşiliklərlə müqayisədə, uşaq nağıllarına bənzəyir. Müqayisə üçün azens.az saytının təqdim etdiyi aşağıdakı 10 tarixi fakta nəzər salaq:

1. Drakula çörəyi bir vedrə qana batırıb yeyərdi.
Drakula haqqındakı yazılardan belə məlum olur ki, əslində, Drakula, öz şikarının boğazını dişləyərək qanını içmirmiş. Amma o qanı qida məhsulu kimi gündə bir neçə dəfə qəbul edirmiş. O, işgəncə ilə öldürdüyü adamların qanını vedrəyə doldurtdurub, yediyi çörəyi vedrədəki qana batırıb qanla isladaraq, yeyərmiş.

XV əsrdə yaşamış Mişel Bexyonun əlyazmalarında deyilir ki, knyaz III Vlad (Drakula) həmişə öz iqamətgahına bir neçə nəfər qonaq dəvət edərmiş. Onlara yaxşı bir süfrə açar, sonra onları elə süfrə başındaca ucu itilənmiş payalara keçirtdirər, yuxarı dalqırtdırıb aşağıda vedrə qoyarmış. Vedrəyə tökülən isti qana çörək batırıb yeyərmiş.

2. Atasının qisasını almaq məqsədilə Drakula 100-dən çox adamı qətlə yetirmişdir.
O, onları sadə yolla öldürməmişdir. Onların qarınlarını küt qılıncla kəsərək, onlar işgəncə və əzab-əziyyətli ölümə məhkum edirmiş. Onun atası 1448-ci ildə öldürülmüşdür və elə bu ildən III Vlad Valaxiyaya rəhbərlik etmişdir.

III Vlad yeniyetmə illərinin çox hissəsini türk türmələrində keçirmişdir. O, azad olduqdan sonra öyrənir ki, atasını öz xalqı macar hərbiçilərinə satıblarmış. Onu da öyrənir ki, bu işdə əsasən atasına yaxın olan zadəganlar yaxından iştirak ediblər. III Vlad onların kimlər olduqlarını adbaad bilmədiyindən, gənc knyaz kimi zadəganların hamısını evinə qonaq çağırır. Yeyib-içən zaman qəfildən əsgərlər içəri girib, zadəganların hamısını qılıncdan keçirərək, qanlarına qəltan edirlər. Beləliklə o, 500-dən çox zadəganı qətlə yetirmişdir. Sonralar o, bu taktikadan istifadə etməyib.

3. “Drakula”nın mənası – “Əjdaha oğlu”-deməkdir.
III Vlad (Drakula) həqiqətən də istəyirdi ki, onu “Drakula” deyə çağırsınlar. Onun atası II Vlad “ əjdaha ordeni” gizli cəmiyyətinin üzvü olmuş və bununla həmişə fəxr etmişdir. Hətta adını dəyişib “Drakul” qoyubmuş. “Drakul” – rumın dilində “Əjdaha” deməkdir. III Vlad da sonralar həmin ordenin üzvü olmuş və “Drakula” adlandırılmışdır.Yəni- “Əjdaha oğlu”. Sonralar törətdiyi vəhşiliklərə görə xalq onu “İblisin oğlu” – deyə çağırırmış.

4. Drakulanın yumor hissi də varmış.
O, əksər hallarda öz şikarını öldurməzdən əvvəl onunla zarafatlaşarmış. Amma bu zarafatlar istehzalı, acı zarafatlar olurmuş. O, adamlara işgəncələr verə-verə onlarla zarafatlaşırmış.

manyak Drakula5. Adamları payaya keçirtdirmək yeganə cəza növü idi.
İlk baxışda adama elə gələ bilər ki. Drakula sadəcə bir manyak və ya dəli imiş. Amma bu heç də belə deyil. III Vlad (Drakula) Valaxiyanın knyazı idi və və törətdikləri bütün vəhşilikləri guya, qanunlar çərçivəsində edirmiş. Hamını bir-bir payaya taxdırmağı isə bir cəza növü kimi tətbiq edirmiş. Törədilən cinayət nə olur-olsun, hamısı payaya taxılmaqla cəzalandırılırdı. Amma bir dəfə necə olursa, cinayətkarı başqa cür cəzalandırır. Bir dəfə bir dəstə qaraçı onun ərazisindən oğurluq edir. Oğurluq edən qaraçı tutulur. Drakula əmr edir ki, onu bişirsinlər və digər dəstə üzvülərini də məcbur etdirir ki, onun ətindən yesinlər.

6. Drakula knyaz olduğu əyalətdə kasıb və xəstələrlə necə rəftar edirmiş?
Knyaz olduğu Valaxiyanın paytaxtı Tırqovişte şəhərində səliqə-səhman, qayda-qanun yaratmaq məqsədilə Drakula şəhərin bütün xəstə, kasıb və avara adamlarını öz evlərindən birinə qonaq çağırır. Qonaqlar yeyib-içib qurtardıqdan sonra Drakula evi tərk edir və əmr edir ki, evin qapı və pəncərələrini mıxlayıb evi yandırsınlar. Evin içindəki qonaqlar da evlə bərabər yanıb külə dönür. Hələ bu harasıdır, deyilənlərə görə, elə olurdu ki, heç bir səbəb olmadan Drakula bir kəndi əhalisi ilə bərabər yandıraraq külə döndərirdi.

7. Drakula camaata qızıl kuzələr “hədiyyə” edirdi.
Yüzlərlə, minlərlə qətllərdən məlum olurdu ki, Drakula öz xalqını özü istədiyi kimi idarə edirmiş. Bir dəfə xalqın ondan nə dərəcədə qorxduğunu yoxlamaq üçün şəhərin mərkəzi meydanına qızıldan düzəldilmiş kuzələr qoydurur və deyir ki, kim istəyirsə bu kuzələrdən içki içmək üçün istifadə edə bilər. 60.000 əhalidən heç kəs kuzələrə yaxınlaşmağa belə cürət etmir.

8. Türk qəsbkarlarının acığına Drakula bütün su quyularını zəhərləyibmiş.
XV əsrdə Valaxiya tez-tez türklər tərəfindən hücumlara məruz qalırdı. “Küncə sıxılmış” halda qalmağı sevməyən Drakula ordusunu gətirir ki, türkləri torpaqlarından qovub çıxarsın. Döyüşdə Drakulanın ordusu məğlub olur və geri çəkilməyə məcbur olur. Bu zaman Drakula əmr edir ki, bütün kəndləri əhalisi ilə birlikdə yandırsınlar və bütün su quyularını zəhərləsinlər. İrəliləyən türklərin əlinə heç nə keçməsin deyə.

9. Drakula bütünlükdə 100.000 nəfəri qətlə yetirmişdir.
Tarixçilərin araşdırmalarına görə, Drakula yaşadığı müddət ərzində 100.000-dək adamı qətlə yetirmişdir. Nəhayət ki, türklər paytaxt Tırqoviştə çatanda dəhşətli bir mənzərənin şahidi olurlar. 20.000 türk əsgərinin payaya keçirilmiş cəsədlərindən ibarət meşə ilə rastlaşırlar.

10. Drakulanın cəsədi yoxa çıxmışdır.
Türklərlə döyüş zamanı III Vlad (Drakula) həlak olur. Onun vəhşiliklərindən cana doymuş əsgərlər onun ölüsünün başını bədənindən ayıraraq, türklərə verirlər və özləri də türklər tərəfə keçirlər. Türk əsgərləri isə Drakulanın kəsilmiş başını türk sultanına təhvil verirlər. Türk sultanı Drakulanın başını nizəyə keçirir və sarayının divarından asılmağını əmr edir.

Deyilənlərə görə, Drakulanın cəsədi Buxarest yaxınlığındakı monastr qəbirstanlığında basdırılmışdır. Digər bir məlumat isə bunun əksini söyləyir. Bu məlumata görə, başı kəsildikdən sonra Drakulanın başsız cəsədi yoxa çıxmış, tapılmamışdır. Başqa bir məlumata əsasən isə, Drakulanın cəsədi torpağa tapşırılmış, amma sonradan onun qəbri yoxa çıxmışdır. Bu versiya-yəni, qəbrin yoxa çıxması daha inandırıcıdır. Çünki Drakulanı dəfn edəndə, bütün cəh-cəlalları ilə birgə basdırmışdılar. Yəqin ki, sonradan soyğunçu quldurlar tərəfindən qəbir qarət olunaraq məhv edilmişdir.


Tarix: 26.11.2014 / 13:11 Müəllif: Aziza Baxılıb: 148 Bölmə: Maraqlı Melumatlar
loading...