beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Münasibətdə mesajlaşmanın əhəmiyyəti

Münasibətdə olduğunuz biriyləüz-üzəykən mimika və bədən dili ilə ifadə etmək imkanınız var.Bəs mesajlaşmada necə?Bu baxımdan bacarıqlısınız?
Qısa mesaj yazın:
Adından göründüyü kimi qısa mesajın məzmunu qısa olmalıdır.Sevdiyiniz insanla mesajlaşarkən qısa mesaj yazın.Hər şeyi ətraflı yazmağınıza ehtiyac yoxdur.Nəyi,harda,nə vaxt,bunlar onu maraqlandırsa özü soruşacaq.

Dialoqları açıq saxlayın:
Münasibətinizdən daha çox danışmaq vəhəm söhbət olmaq istəyirsinizsə,mesaj yazarkən söhbəti uzadacaq sözlər işlədin.Məsələn "Mən evdəyəm,bəs sən?","sənində sabahın xeyir,bu gün tez oyanmısan deyesen?".

Monotonluğu qırın:
Mesajlaşmanızı "sabahın xeyir,axşamın xeyir" formasına gətirib çıxarmayın.Gözləmədyi zamanlarda mesajlar yazın.Onun qarşısında boş biri kimi görünmək istəmirsənsə,gülüş və ya digər simvollardan qədərində istifadə edin.Onlarsızda özünüzü ifadə edə bilərsiniz.

Ortaq cəhətlərinizdən yararlanın:
Gün ərzində qarşılaşa biləcəyiniz yerlərdə "Mən filan yerdəyəm,sən də buralardasan?" deyə bir mesaj atın.Ortaq cəhətlərinizin olması onun çox xoşuna gedəcək.

İcazə verin sizin üçün darıxsın:
Elə hey mesaj yazıb,onu sıxmayın.Sizin üçün darıxmağına fürsət yaradın.

Dərhal cavab yazmayın:
Hər yazılan mesaja anında cavab yazmaq məcburiyətində deyilsiniz.Söhbət öncəliyini telefona deyil,yanınızda ki,dostunuza verin


Tarix: 22.11.2014 / 22:48 Müəllif: Aziza Baxılıb: 36 Bölmə: Maraqlı Melumatlar