Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Televiziya tarixində ən uzun seriallar

1. "İstiqamətverici işıq"(1952-2009-cu illər)
15762 seriyadan ibarətdir, davamlılığı 164 gün 4 saat 30 dəqiqə və ya 236430 dəqiqədir.
Televiziya tarixində ən uzun serial olaraq Ginnesin rekordlar kitabına daxil edilib. Serial Çikaqoda
yaşayan keşişin həyatından bəhs edir.

2."Dünya necə fırlanır" (1956-2010-cu illər)
Serial 13763 seriyadan ibarətdir. Ümumi efir vaxtı 573 gün 11 saat və ya 825780 dəqiqədir.
Sujeti Okdeyl şəhərciyinin sakinləri, məişət problemləri və arzuları üzərində qurulub. Serialda Martin Şin
Meq Rayan kimi məşhurlar çəkiliblər.

3."Yaşamaq üçün bir həyat" (1989-2009-cu illər)
Serial 10625 seriyadır, ümumi vaxtı 221 gün 8 saat 30dəq və ya 318750 dəqiqədir. Bu, rasizm və narkomaniyadan bəhs edən ilk serialdır. Sujet xəttini uydurulmuş Llanvyu şəhərciyinin bəzi sakinləri təşkil edir.

4."Mənim uşaqlarım" (1970-ci ilən bu vaxta qədər)
10333 seriyadan ibarət olan serial hələ uzun müddət davam edəcək. Ümumi vaxtı 430 gün 30 saat və ya
619980 dəqiqədir. Sujeti adi olsa da aktyor oyunu maraqlıdır. Söhbət Pensilvaniyada yaşayan insanların həyatından gedir.



5."Cavanlar və ədəbsizlər" (1973-cü ildən indiyə qədər)
9366 seriyadan ibarət olan serial hələ də davam edir.Davamlılığı 195 gün 3 saat və ya 280980 dəqiqədir.
Sujet Qenue şəhərinin moda biznesi ilə məşğul olan iki varlı ailə üzərində qurulub.



6."Başqa dünya" (1964-1999-cu illər)
Kino tarixində uğursuz seriallardan sayılan "Başqa dünya" 8872 seriyalıdır. Davamlılığı 369 gün 16 saat və ya 532320 dəqiqədir. Serial ilk dəfə qadağan olunmuş abort məsələsinə toxunmuş, qalmaqallara görə kommersiya iflasına uğramışdı.



7."Gecəyə az qalmış" (1956-1984-cü illər)
Məşhur və intriqalı serial 6234 seriyadan ibarətdir. Ümumi vaxtı 129 gün 21 saat və ya 187020 dəqiqədir.
Bu dünyada detektiv xarakterli və istintaqlara həsr olunan ilk serialdır. Roy Şayder, Culiana Mur kimi məşhurlar bu seriala çəkilib.



8."Qonşular" (1985-ci ildən bu günə qədər)
Hələ ki, 5870 seriyası çəkilib. Ümumi davamlılığı 89 gün 16 saat 20 dəqiqə və ya 129140 dəqiqədir. Sujeti olduqca sadədir, adından göründüyü kimi qonşular və onlar arasındakı münasibətlərdən bəhs edir.



9."Ədəbsizlər və gözəllər" (1987-ci ildən indiyədək)
Hələ ki, 5777 seriyadan ibarətdir. Ümumi davamlılığı 12 gün 8 saat 30 dəqiqə və ya 173310 dəqiqədir.
Sujet moda evinin sahibi olan Forresterlər ailəsinin ətrafında qurulub.



10."Santa-Barbara" (1984-1993-cü illər)
Ən məşhur serial olan "Santa-Barbara" 2137 seriyadan ibarətdir. Davamlılığı 66 gün 18 saat 45 dəqiqə və ya 96165 dəqiqədir. Sujeti Kaliforniyanın kiçik şəhəri Santa-Barbarada yaşayan dörd ailənin ətrafında dövr edir.


Tarix: 26.11.2014 / 11:48 Müəllif: Aziza Baxılıb: 83 Bölmə: Maraqlı Melumatlar
loading...