beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qanı tozlaşdırdılar

İsrailin önəmli qəzetlərindən olan “Jerusalem Post” qəzetinin verdiyi xəbərə görə bir İsrail firmasında qanı donduraraq toz halına salıblar. Qəzetin yaydığı məlumata görə firma insan qanını qurudaraq toz şəkilinə gətirir sonar isə xüsüsi paketlərdə qablaşdırırlar və daha sonar toz halında olan qan lazım olan zaman təmiz su ilə qarışdırılaraq maye halına çevrilir və istifadə olunur.
Məhsulun ilk olaraq İsrail ordusunda sınaqdan keçiriləcəyi bildirilir. Hər bir əsgərdən döyüş qabağı qan alınaraq xüsusi laboratoriyada qurudulub toz halına gətirildikdən sonar paketlərdə əsgərlərin döyüş çantasına yerləşdiriləcək. Əsgər yaralandıqda və ona qan lazım olduqda isə tozlaşdırılmış qanı su ilə qatışdirıb maye halına gətirərək əsgərin damarlarına yeridəcəklər.
İsrail ordusunun generalı Ash layihənin səmərəli olduğunu xüsusən ordu üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdır.


Tarix: 13.01.2015 / 13:50 Müəllif: Aziza Baxılıb: 20 Bölmə: Maraqlı Məlumatlar