beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yaşamaq üçün beyinə ehtiyac yoxdur

Beyin insan həyatında böyük rol oynayır lakin tam həyatın özü demek deyil. İnsan beyni olmadan da yaşaya bilər. ABŞ vətəndaşı 37 yaşlı Michelle Mack bunun əyani sübutudur. Belə ki, həkimlər tərəfindən ona daun sindromu diaqnozu qoyulsa da 10 il sonra amerikalı qadında hərəkətin idarə edilməsində böyük rolu olan beyinin sol yarımkürəsinin anadangəlmə olmadığı məlum olmuşdur. Dünyada nadir görülən bir xəstəliyə tutulan Michelle Mack uşaqlıq illərində çox əziyyət çəkdiyini lakin artıq buna alışdığını və həyatın davam etdiyini söyləyir. Ailəsi ilə birlikdə yaşayan Michelle Mack normal həyata davam edir işləyir və özü öz qayğısına qala bilir. O, həyatın insana bir dəfə verildiyini və bu həyatı doyunca yaşamaq istədiyini bildirmişdir.


Tarix: 13.01.2015 / 13:39 Müəllif: Aziza Baxılıb: 25 Bölmə: Maraqlı Məlumatlar