beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

: Çində bir ildə 13 milyon abort edilir

“China Daily” qəzetinin apardığı bir araşdırma zamanı məlum olmuşdur ki, çox uşaqlılığın qadağan olunduğu Çində bir il ərzində 13 milyon abort edilir.
Pekin Universitetinin əməkdaşı olan Li Ying abort etdirənlərin əsasən 20-29 yaş arası qadınlar olduğunu bildirdi və bunun qarşısını almaq üçün gənclər arasında hamiləlikdən qorunma yolları və cinsi yolla keçən xəstəliklər haqqında maarifləndirmə işlərinin aparılmasının vacib oluduğunu vurğulamışdır.
Şanxayda 411 xəstəxana arasında aparılan sorğuda iştirakçılardan yalnız 30% nin hamiləlikdən 17%-nin isə dəri-zöhrəvi xəstəliklərindən qorunma yollarını bildiyi müəyyən edilmişdir. 70 %-nin isə QİÇSin cinsi yolla yoluxduğunu bilmədiyi ortaya çıxmışdır.
Araşdırmanın rəhbəri Vu Şangçun 13 milyon abort yalnız qeydiyyatda olan rəqəmdir, qeyri qanuni abortlarla birlikdə bu rəqəmin iki qat ola biləcəyini qeyd etmişdir.


Tarix: 13.01.2015 / 13:42 Müəllif: Aziza Baxılıb: 54 Bölmə: Maraqlı Məlumatlar