beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dəfn edilməyə aparılan ölü dirildi

Ölü dəfn etməyə hazırlaşan çinlilər qəribə hadisə ilə üzləşiblər. Belə ki, Hubey əyalətində dəfn edilməyə hazırlaşan qadın qəflətən dirilib.
Qadın tabutu tıqqıldatmaqla yaxınlarına sağ olduğunu bildirməyə çalışıb. 60 yaşlı qadının övladları tabutun qapağını açanda analarının onlara baxdığını görüblər.

Çinin beynəlxaq radiosunun məlumatına görə, 60 yaşlı Hou soyadlı qadının sağlamlığı ilə bağlı heç bir ciddi problemi olmayıb. Xırda bir problemi müayinə etmək xəstəxanaya gedən qadın orada dünyasını dəyişib.
Məlumata görə, tibb işçiləri qadının bədəninin soyuq və hərəkətsiz olduğu üçün onun öldüyünü düşünüblər.


Tarix: 13.01.2015 / 13:24 Müəllif: Aziza Baxılıb: 22 Bölmə: Maraqlı Məlumatlar