beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Büstqalterə Nobel Mükafatı verildi

Nobel mükafatına alternativ olaraq hazırlanan İg Nobel mükafatları ABŞ-ın Harvard universitetində təşkil olunan mərasimdə sahiblərinə verildi. Qaydalara əsasən mükafatlar elmi ixtiralara verilir. Bir çox yeni ixtiralar arasında ən çox diqqət çəkən isə Dr.Elena Bodnarın hazırladığı və patentləşdirdiyi xalq sağlığı kateqoriyasında İg Nobel mükafatına layiq görülən əlehqaz kimi də istifadə edilə bilən büstqalter oldu.
İxtiraçı bu ixtiranın günümüzdə tez-tez rast gəlinən terror partlayışlarında istifadəsinin yararlı olacağını qeyd etmişdir. İxtiranın bir üstün cəhəti isə bir büstqalterdən eyni anda iki əlehqaz çıxmasıdır.


Tarix: 13.01.2015 / 13:40 Müəllif: Aziza Baxılıb: 34 Bölmə: Maraqlı Məlumatlar