beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Xoşbəxt evlilik" kişilərdə ölümcül iflic risqini azalda bilər

Əgər siz kişisinizsə, xoşbəxt evlilik iflic təhlükəsini azalda bilər. Bu nəticəyə alimlər gəliblər.
10 000 israilli arasında aparılan araşdırma işi göstərib ki, subay və özlərini ailədə bədbəxt hiss edən kişilərin iflic təhlükəsi xoşbəxt evliliyi olan kişilərdən daha çoxdur.
Mütəxəssislər deyirlər ki, təqdim edilən nəticələr sevgi dolu münasibətlərin gücünü əks etdirir.

Amma onlar iddia edirlər ki, sağlam həyat tərzi iflicin qarşısını almağa yardım edə bilər.
Tel Aviv Universitetinin keçirdiyi tədqiqat işi zamanı 1960-cı illərdə kişi dövlət qulluqçularının doldurduqları anketlər analiz edilib. Yaşları təxminən 49 olan iştirakçılardan evliliklərini dəyərləndirmək soruşulub.

Tədqiqatçılar növbəti 34 il ərzində iflicdən ölənləri nəzərdən keçirərək bunu anketdən əldə edilən informasiya ilə müqayisə ediblər.

Sosial-iqtisadi statusla qan təzyiqi və siqaretçəkmə kimi hallar nəzərə alınandan sonra tədqiqatçılar ölümcül ifliclə evlilik statusu arasında inanılmaz əlaqəni aşkar ediblər.

Subay kişilərdə iflic risqi evli olanlardan 64% çox olub.

Amma alimlər daha dərin araşdırmağa başlayanda görüblər ki, evliliyin keyfiyyəti olduqca vacibdir.

Bədbəxt evliliyi olan kişilərdə iflic risqi xoşbəxt olanlardan 64% çox olub.

Professor Gouldbourt deyib ki, mən uğursuz evliliyin belə statistik əhəmiyyətə malik olacağını təxmin etmirdim.

Daha öncə keçirilən araşdırma işi ərlə arvad arasındakı əlaqələrin keyfiyyətinin səhhətə təsirinin böyük olduğunu aşkar edib.

Araşdırma işləri göstərib ki, stresli əlaqələr ürək problemlərini artıra bilər və xoşbəxt olmaq ürək xəstəlikləri risqini azalda bilər.

Domino təsiri

Relate təşkilatından Mel Merrittin fikrincə, İsraildə aşkar edilən nəticələr təəccüblü deyil.

" Bu bir daha göstərir ki, cütlər arasındakı əlaqələrin keyfiyyəti onların səhhəti də daxil olmaqla həyatlarının başqa sahələrinə böyük təsirə malikdir. "

Həyat tərzi vacibdir

Hər il iflicdən çox sayda adam vəfat edir. Mütəxəssislər deyirlər ki, bunun uğursuz evlilikdən başqa səbəbləri də var.

İflic Assosiasiyasından Dr Peter Coleman bildirir ki, hər il Britaniyada 50 000 kişi iflic olur və nəticədə onların üçdə biri vəfat edir. Çoxları bir ay ərzində sağala bilsə də, çox sayda kişi şikəst qalır.

" Evlilik statusundan asılı olmayaraq, sağlam həyat tərzi, gündəlik fiziki fəaliyyət, sağlam pəhriz və qan təzyiqinin mütəmadi olaraq yoxlanılması iflic risqini əhəmiyyətli şəkildə azalda bilər. "


Tarix: 13.01.2015 / 13:23 Müəllif: Aziza Baxılıb: 85 Bölmə: Maraqlı Məlumatlar