beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İnsan vücudunun orqanları neçə günə bərpa olunur?

Məlum olub ki, insanın gözü və beyni istisna olmaqla digər bütün orqanları yenilənir. Türkiyənin "Sabah" qəzetinin hazırladığı məlumatda bildirilir ki, bədənin əksər üzvləri özlərini yeniləyirlər, başqa sözlə desək, həmin üzvləri təşkil edən hüceyrələr yenisi ilə əvəz olunurlar.Hansı orqanın neçə günə bərpa olunduğunu təqdim edir.

ÜRƏK

Uzun zamanlar insan ürəyinin yenilənmədiyi düşünülürdü. Lakin Nyu-York Universitetinin doktoru Pyera Anversa bunun əksini sübut etdi. Onun araşdırmalarından məlum oldu ki, ürək təxminən 20 il ərzində və ya 7 000-7 500 gün ərzində tamamilə yenilənir.

SAÇ

İnsanda təxminən 100 min saç olur. Saçın hər bir teli ayda 1.25 sm uzanır. Bu baxımdan saç özünü mütəmadi yeniləyir və saçın yenilənmə müddəti onun uzunluğundan asılıdır.

MƏDƏ

İsveç-Karolinskaya İnstitutundan Conas Frisen bildirib ki, mədə divarını təşkil edən hüceyrələr 3-5 gün müddətində yenilənir. Amma bu hüceyrələrin yenilənməsinin qarşısını alan, prosesi gecikdirən çox ciddi bir səbəb var - NİKOTİN. Alimlərin məlumatına görə, əgər insan siqaret çəkirsə, onun mədə divarları gec yenilənir ki, bu da ümumən insan orqanizmində pozğunluğa gətirib çıxarır.

BAĞIRSAQ

Conas Frisen həmçinin bildirib ki, bağırsaq hüceyrələri də özlərini tez yeniləyə bilir və bu proses 2-5 gün çəkir. Təbii ki, bu prosesə də mənfi kənar təsirlər müdaxilə edir.

SKELET

Maraqlı olsa da, insan skeleti də özünü bərpa edir. Onu əmələ gətirən hüceyrələr təxminən 10 ilə (3 500 günə) yenilənir.

DİL

Alimlərin gəldiyi son qənaət budur ki, dildə olan təxminən 500 min hüceyrənin hər biri özünü 10 gün ərzində bərpa edir.

AĞCİYƏR

Ağciyərin hüceyrələri özünü mərhələli şəkildə bərpa edir. Bu da havanın təmizliyi, siqaret çəkilib-çəkilmədiyindən asılıdır. Ağciyər özünü 0.5-1 ildə (200-350 günə) yeniləyir.

QARACİYƏR

Qaraciyər bədənin ən güclü orqanlarından biridir. Məlumata görə, qaraciyər özünü 6 aya (180-200 günə) yeniləyir.


Tarix: 09.01.2015 / 12:00 Müəllif: Aziza Baxılıb: 44 Bölmə: Maraqlı Məlumatlar