beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Öz-özünə danışmağın xeyri

Məlumata görə Madison Üniveristetinin psixologiya mütəxəssisləri müəyyən ediblər ki, beynin inkişafına səbəb olan cəhətlərdən biri də öz-özünə danışmaqdır.
Onların fikrinə görə bu vəziyyətdə həmin şəxslərdə yaranan danışmaq ehtiyacı beynin inkişafına təkan verir. Məlumatda oda bildirilir ki, beynin işləməsinə səbəb olan bu davranışda anormallıq yoxdur.
Aparılan təcrübələrdə məlum olub ki, bəzi insanlarda çoxlu sayda öz-özünə danışma ehtiyacı olur. Onlar təcrübədə iştirak edən iki qrupu sınaqdan keçiriblər.
Sınaq zamanı tapşırıqlardan biri itirilən əşyanı tapmaq olub. İlk qrup, itirilən əşyanı susaraq axtarmaq məcburiyyətində, ikinci qrup isə heç bir bir məhdudiyyət olmadan axtarmalı idi. Təcrübə sonrası müəyyən olub ki, ikinci qrupdakı sınaq iştirakçıları tapşırığın öhdəsindən sürətlə gəliblər.
Psixoloqlar danışmanın qəbul etməyə, düşünməyə təsir etdiyini və bunun nəticəsinə beynin inkişafına səbəb olduğunu bildiriblər.


Tarix: 08.01.2015 / 17:42 Müəllif: Aziza Baxılıb: 32 Bölmə: Maraqlı Məlumatlar