beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Doymamış yağlar ürək xəstəliklərinə güclü təsir göstərmir

Məlumata görə İngiltərə Ürək Vəqfi ürək xəstəlikləri ilə əlaqədar bir tədqiqata imza atıb.
Araşdırmada doymamış yağların ürək xəstəliklərinə güclü təsir göstərmədiyi üzə çıxıb.
Tədqiqatda xüsusi bildirilib ki, kərə yağı yerinə günəbaxan yağı yeyənlərdə ürək xəstəlikləri riskini azaldan faktora rast gəlinməyib.
İngiltərə Ürək Vəqfi 600 min nəfəri əhatə edən 72 araşdırmanı araşdırdıqda bu qənaətə gəlib.
Yağlardan zeytunyağının iflici önlədiyi məlum olub. Bundan əlavə yağlı pendir, keks və bənzəri yeməklərin ürək xəstəliklərinə güclü təsir göstərmədiyi qeyd edilib.
Lakin çoxlu miqdarda doymuş yağlardan ibarət qidalar, qandakı xolesterol nisbətinin yüksəlməsinə, ürək və damar xəstəlikləri riskinin artmasına səbəb olduğu deyilir. Bu baxımdan qida rasionuna fikir vermək lazımdır. Kərə yağı, qaymaq, pendir, keks, kolbasa, sosiska, yağlı ət kimi yeməklərdə doymuş yağ olur.
Bunun üçün kişilərin gündə 30 qram, qadınların isə 20 qramdan çox doymuş yağdan istifadə etməsi lazımdır.
Ancaq günümüzdə qidalanma vərdişləri səbəbiylə buna çoxları fikir verilmir. Qidalanmada əsasən zeytun yağı və günəbaxan yağı kimi doymamış yağlara daha çox yer verilməlidir. Bəzi mütəxəssislər, hazır qidalarda istifadə edilən trans yağ və marqarini ürək xəstəlikləri riskini artırdığını ifadə edib. Həmçinin rəfinə karbohidratlarının, şəkər və duzun ürək-damar sağlamlığı baxımından zərərli olduğu qeyd olunub.
İngiltərə Ürək Vəqfi, bu araşdırma nəticələrində çox yağ istifadə etmənin ürəyə zərərli olduğu gerçəyini dəyişəcəyini açıqlayıb.
Vəqfin tibb əməkdaşı Prof. Jeremy Pearson, sağlam bir ürəyə sahib olmanın yolunun, siqaretdən uzaq dayanmaqda, idman etməkdə, pəhriz saxlamaqda, şəkər və duzu azaldıb tərəvəz və meyvəni artırmaqda görür.


Tarix: 16.01.2015 / 12:55 Müəllif: Aziza Baxılıb: 37 Bölmə: Kardiologiya