beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aspirin insulta qarşı heç də ən yaxşı vasitə deyil

Britaniya Sağlamlıq və Qayğı İnstitutu, əksinə elmi adı aritmiya olan nizamsız ürək döyüntülərinə malik xəstələrə başqa dərmanların verilməsini məsləhət görür.
"Warfarin" və ya ona bənzər qan duruldan dərmanların daha yaxşı profilaktika vasitəsi olduğu bildirlir.

BBC-nin elmi müxbirləri yazırlar ki, hazırda aspirin qəbul edən xəstələr onun qəbulunu dayandırıb-dayandırmamaq barədə məsləhəti öz həkimlərindən almalıdırlar.

Aritmiya zamanı ürək normal qaydasında işləyə bilmir ki, bu da damarlarda trombun yaranmasına və nəticə etibarilə iflicə səbəb ola bilər.

İndiyədək aspirin tromb yaranmasının qarşısını alan ən yaxşı vasitə kimi tanınırdı.

Lakin indi alimlər belə hallarda aspirindən daha effektli preparatların mövcud olduğunu bildiriblər.

Britaniya Ürək Fondundan professor Peter Weissberg deyib ki, warfarin və başqa yeni koaqulyantlar – yəni laxtalanmanın qarşısını alan preparatlar aspirindən daha səmərəli vasitədir.

"Lakin bu o demək deyildir ki, sözü gedən hallarda aspirin mühüm vasitə sayılmır. Həkimlər aspirini xəstələrə fərdi qaydada qandurulducu vasitə kimi yazaqda davam edə bilərlər" – deyib professor.

Kardif Universitetindən doktor Peter Elwood isə xəbərdarlıq edir ki, aspirin qəbulunun qəfil dayandırlması təhlükəli ola bilər.

Aspirinin qəbulu həkim məsləhəti ilə tədricən azaldılmalı və dayandırılmalıdır.


Tarix: 16.01.2015 / 12:52 Müəllif: Aziza Baxılıb: 22 Bölmə: Kardiologiya