Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çay və qəhvə ürək xəstəliyinə tutulmaq risqini azaldır

Yeni araşdırmanın nəticələrinə görə gündə bir neçə dəfə çay və qəhvə içənlərin ürək xəstəliyinə tutulma şansları daha azdır.

Bu qənaətə 40 min adamı əhatə edən və 13 il ərzində aparılan təhqiqat nəticəsində Hollandiya alimləri gəliblər.
Amerika Ürək Xəstəlikləri Birliyinin məcmuəsində dərc edilən məqalə, çay və qəhvə sevənlər üçün xoş bir məlumatdır.
Yeni araşdırmaya görə gündə 6 fincan çay və yaxud da qəhvə ürək xəstəliyinə tutulma şanslarını 3 dəfə azaltmış olur.

Qəhvə içməyin də müəyyən həddə kimi xeyri var. Gündə 2-dən 4 fincanadək qəhvə ürək xəstəliyi riskini 20 faiz endirmiş olur.
Lakin bu normanı aşandan sonra qəhvə bu keyfiyyətini itirir. Hollandiyada Britaniyadan fərqli olaraq südlü çay daha az içilir.

Bu amilə diqqət yetirən alimlər çayın tərkibindəki əsas maddə olan flavonidlərin müalicəvi effektinə dair ortaq məxrəcə gələ bilməyiblər.
Britaniya kardioloqları araşdırmanın nəticələrini alqışlayıblar. Lakin alimlər deyirlər ki, divanda söykənərək çay içmənin müalicəvi təsirinə ümid bəsləmək boş şeydir.


Tarix: 16.01.2015 / 12:14 Müəllif: Aziza Baxılıb: 28 Bölmə: Kardiologiya
loading...