beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Koronar angioqrafiya nədir və necə icra edilir?

Qan damarlarında daralma, tıxanma, qan axınındakı kimi problemləri araşdıran "angioqrafiya" metodu damarların təsvir olunmasına imkan verən müayinə növüdür.
Bu istiqamətdə göz damarları, beyin damarları, ürək və ayaq damarları adətən tez araşdırılan damar sistemləridir. Angioqrafik üsul bədənin bütün damarlarının müayinə nəticələrinə görə xəstəlik haqqında qərar qəbul etməyə və angioqrafik əməliyyatlar icra etməyə imkan verir.
Məlumata görə dünyada bu əməliyyat qasıq (ümumiyyətlə sağ qasıq) arteriya damarından edilir. Ancaq bilək və ya dirsək xəttində bu əməliyyatların qol arteriya damarlarından edilməsi də məşhurdur. Bu müdaxilə təxminən 20-30 dəqiqə çəkir. Bir çox hallarda ambulator sınaq prosedurası kimi icra edilir. Əməliyyatın ardından arteriya içindəki kateter çəkilir və oradan qanama olmaması üçün bir müddət təzyiq tətbiq edilir. Qanamanın dayandığına əmin olduqdan sonra möhkəm bir sarğı qoyulur. Əməliyyat qasıq nahiyədə olarsa 6 saatlıq yataq istirahəti, qoldan olduqda isə 1-2 saatlıq müşahidənin ardından xəstə evə buraxılır.
Xüsusilə qasıqda edilən tətbiqlərdən sonra, damar içindən və ya xaricindən olunan tətbiqlər sayəsində xəstəni daha erkən ayağa qaldırmaq və evə göndərmək mümkün olur.

Həddindən artıq çəkisi olan xəstələrdə daha erkən (1 saat sonra) müalicə üçün əməliyyat sonrası mənfilikləri yaşamamaq baxımından, ön qol arteriya damarından angioqrafiya və stend əməliyyatları aparılır. Lakin bunun üçün ilkin şərt, xəstənin ön qolunda hər iki arteriyanın aktiv işləməsidir. Çünki bunun olmadığı xəstələrdə qoldan angioqrafiya əməliyyatı etmək təhlükəlidir. Bu müayinə zamanı xəstə angioqrafiya otağında olan taxtda uzanır. Rentgen cihazı taxtın yuxarısında quraşdırılmış şəkildə olur. Kateter yerli keyləşdirmə sonrası qasıq və ya qoldakı arteriya damarlarına geniş iynədən keçirilərək daxil edilir. Yerli keyləşdirici vasitə girilən damarın bir qədər yuxarı tərəfinə, dərialtına yeridilir. Buna görə də, kateter qan damarlarına keçəndə o bölgəyə zərər vurmamalıdır. Həkim kateteri qan damarlarının içindən yumşaq bir şəkildə ürəyə tərəf irəlilədir. Alçaq dozalı rentgen cihazından kateter ucluğunun irəliləyişinə nəzarət etmək üçün istifadə edilir.
Siz özünüz də, rentgen monitorunda kateterin irəliləyişini görə bilərsiniz.

Kateterin ucluğu əsas koronar arteriyanın daxilinə incə bir hərəkətlə, bir qədər itələnir. Bir miqdar boyayıcı maddə daha sonra arteriyaya kateter vasitəsilə yeridilir. Boya yeridiləndə sizə istilik gəlmə hissi verə bilər. Xəstələr həmçinin qasıqda istilik hissi təsvir edirlər. Bu hisslər bir neçə saniyə davam edir. Nadir hallarda, bəzi xəstələr boyaya allergik reaksiyaya malikdirlər. Bir neçə rentgen filmi tac damara boya daxil olduğu anlarda sürətlə çəkilir və boya rentgen filmlərində gözlə aydın görülür. Rentgen filmləri hərəkət edən şəkil kimi qeydə alınır və bu angioqram adlanır. Angioqram qan ilə dolan damarları göstərir və istənilən daralmanın yeri bu şəkildə görülür.

Ancaq hər tibbi əməliyyatda olduğu kimi burada da kiçik riskləri qeyd etmək lazımdır. Uyğunlaşma yaxşı olmadıqda qan durulducu dərmanlardan istifadə edilir. Çəkisi artıq olan xəstələrdə angioqrafik əməliyyat olunan ətraflarda qan sızmasına görə göyərmə, qaralma, ağrı və şişginlik müşahidə edilə bilər. Dəri altında həddindən artıq qan yığılması (hematoma) və ya qasıq damarda olan zədələnmələr qasıq bölgəsində lokal əməliyyatlara səbəb ola bilər. Bu kiçik risklərə ilk ağla gələnlər qanama, qan yığılması (hematoma), infeksiya, damar zədələnməsi, ayaq siniri zədələnməsi, dərman istifadəsi ilə əlaqədar allergiya, böyrək çatışmazlığına görə ağırlaşmalar ürək damarlarında nadir görülən zədələnmələr, beynə qan aparan arteriyaların hava və ya başqa zərrəciklərlə tıxanması aiddir. Bu iflic və ya pis nəticələrə səbəb ola bilər.


Tarix: 16.01.2015 / 12:51 Müəllif: Aziza Baxılıb: 57 Bölmə: Kardiologiya