Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Badamcıq iltihabı ürəyə təsir edir

Məlumata görə oynaqlarda olan revmatizm ürək və qapaqcıqlarda funksiya pozuqluğuna səbəb olur. Bu problemə badamcıq iltihabı zamanı meydana gələn beta mikrobu təsir edir. Beta mikrobu boğazda, dəridə olan bakteriyalar və üst tənəffüs yolunda yaranan infeksiya nəticəsində formalaşır. Bu iltihabı proses yaxşı müalicə edilməsə oynaqlarda revmatizm xəstəliyi inkişaf edir.
Bunun ən çox 5-15 yaş arası uşaqlarda görüldüyü deyilir. Xəstəliyin əlamətləri boğazda infeksiya olduğu vaxtdan 2 və ya 4 həftə sonra başlayır.
Əl-ayaq biləklərində, diz və dirsəklərdə şişmə, qızartı və ağrı olur.
Bu cür ağrılar bir oynaqdan başlayır, 2-4 gün sonra bükülmə zamanı şişlik edərək başqa bir oynaqda ortaya çıxır.
Dəri altında sərt ağrılı qırmızı şişlərdə olur. Bu problem ürək qapaqcıqlarında, sinədə, nəfəs almada çətinliklər yaradaraq, ürək böyüməsi və ürək çatışmazlığı kimi xəstəliklərə də səbəb olur. Bu baxımdan effektli müalicə vacibdir. Erkən diaqnoz effektli müalicə üçün 1-ci şərtdir.
Ən əhəmiyyətli müalicə üsulu istirahət və bədəni mikrob infeksiyalarından qorumaqdır. Bu vaxt bədənə antibiotik müalicəsi də tətbiq oluna bilər.


Tarix: 16.01.2015 / 12:42 Müəllif: Aziza Baxılıb: 37 Bölmə: Kardiologiya
loading...