beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

M.Ə.Rəsulzadənin Xatirəsinə

Bu torpağın özü boyda
Bu torpağa məhəbbətlə
doluydun.
Bu torpağın yolunda da
Sən öz canını qoydun.
Borclu ikən Vətən sənə, xalq
sənə
Hər şey döndu tərsinə.
Bu torpaqdan verəmmədik
Bir məzarlıq yer sənə.
Zamana bax! Bu torpağı
Bir“sağ ol”a satana,
Xəyanətin kölgəsində
rahat-rahat yatana
Bu milləti ölümlərlə
imtahana çəkənə
Məmləkəti başdan-başa
talayana, sökənə
Heykəllər ucaltmışıq.
Özümüzü bəyənməyib
“Beynəlmiləl” laylasına yatmışıq.
Yatdığımız bəs etməzmi?
Ayılaq bir, görək bir
Xeyir nədir, şər nədir?
Riyalara,boyalara
yetmiş ildir uymuşuq.
Gör kimin əvəzinə
kimə heykəl qoymuşuq.
Ancaq ana təbiətdə
Bir əzəli qayda var:
Bünövrəsi eşq olmayanın
Tunc olsa da tez uçar.
Heykəl-məzar!
Biri- zora söykənibdir
Biri-haqqa, şərəfə!
Davamlıdır
qəlbimizə köçüb gələn
o məzar.
Postamenti nifrət olan
yüz heykəldən yüz dəfə!
28 may, 1990.


Tarix: 19.11.2013 / 03:48 Müəllif: Akhundoff Baxılıb: 82 Bölmə: Bextiyar Vahabzadə