beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qaraqoyunlular

Qaraqoyunlular – Azərbaycan türklərinin etnogenezində mühüm rol oynamış türkdilli tayfa birləşməsi.

Bayraqlarında qara qoyun şəkli olduğundan bu cür adlandırılırdılar. Mənşəcə oğuz tayfalarından olan Qaraqoyunlulara Baharlılar başçılıq edirdi. Əvvəlcə Van gölündən Cənubda məskunlaşmış Qaraqoyunlular XIV əsrin 70-ci illərindən Ərzincan və Sivasda möhkəmləniblər.Ağqoyunlular, Teymurlular və Cəlairilərə qarşı mübarizə aparıblar. Qaraqoyunlular Qara Yusifin başçılığı ilə Azərbaycanın da daxil olduğu Qaraqoyunlu dövlətini yaradıblar.

Azərbaycanın ərazisində də indi də Qaraqoyunlularla bağlı toponimlər var.

Qaraqoyunlu hökmdar sülaləsinin (1387-1468) banisi Bayram Xocadır. Hökmdarları:
Qara Yusif (1410-1420)
Qara İsgəndər (1421-1429; 1431-1436)
Əbu Səid (1429-1431)
Cahanşah Həqiqi (1437-1467)
Həsənəli (1467-1468).
Qarqoyunluların hakimiyyəti dövründə Teymurlular, Cəlairilər, Şirvanşahlar, Ağqoyunlular, Gürcüstanla müharibələr aparılmışdır. Qaraqoyunluların hakimiyyətinə Ağqoyunlular son qoymuşlar.


Tarix: 17.01.2015 / 15:43 Müəllif: Feriska Baxılıb: 66 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎