beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qaumata

Q a u m a t a (er. əv. 519-cü il). Fars hakimiyyətinə qarşı üsyan qaldırılmış və çarlığı ələ almış midiyalı maqın adı. Bisutun qaya yazısının qədim farsca variatında Qaumata, babilcə variatında Qumata kimi qeyd olunmuşdur. Adın qədim farsca yazılışında həmin dilin qrammatik qanunlarına uyğun "u" səsi əlavə olunmalıdır. Məsələn, həmin qaya yazısında Midiya toponimləri olan Payşibat və Sakabat qalalarının adları Payşiyaubad və Sakayaubat kimi yazılmış və deməli, hər iki toponimdə "u" səsi artırılmışdır. Deməli, Qaumata kimi yazılmış ad əslində Qamata olmaqla türkcə qam – şaman, həkim, qabaqcadan xəbər verən, yozucu və ata – nəsildə və ailədə başçı sözlərindəndir. Ad şamanların başçısı , şaman ata mənasındadır.Adın bu etimologiyasını ilk dəfə prof. F.Cəlilov təklif etmişdir.[83] V əsrin erməni tarixçisi Moisey Xorenli I əsr hadisələrindən danışarkən Ermənistanda Paskam (yazılışı ermənicədir) şəxs adını çəkir[84]. Bu ad türkcədir, ona görə ki, həmin müəllif Paskamın nəslindən Türk (ermənicə yazılışda Tork) adlı şəxsi qeyd edir və onu kobud cizgili, hündür boylu, yöndəmsiz, yastı burunlu, batıq gözlü, dəhşətli baxışlı, nəhəng bədənli, və qüvvətli kimi xarakterizə edir. Bu da monqoloid irqə mənsub adamın xarici görünüşünün təsviridir. Ona görə Paskam türkcə Baş qam mənasını verir. Hunlarda Eşkam (Dost qam), Krımda Bospor çarlığında er.əv. III əsrdə üsyan qaldırmış skif Samvak (yazılışı qədim yununcadır, türkcə kam, qam – şaman və bak – bəy, tayfa başçısı sözlərindən; azərbaycanlılarda Qambay şəxs adı bu sıraya aid edilə bilməz, çünki mənşəcə himayəçi, hami, müdafiəçi mənalarında monqollarda Qombo şəxs adının fonetik formasıdır), Kitabi Dədə Qorqudda Qamxan, orta əsrlərdə Türkmənistanda sufi şeyx Seyid- Ata[85] şəxs adları ilə muqayisə olunur.

Herodotun əsərində Midiya yer və şəxs adlarının hamısı təhrifə uğramış formalardadır. Herodot yazır ki, onun məlumatçıları (informantları) farslar olmuşlar.[86]. Deməli, farsca olmayan adlar fars dilinə uyğunlaşdırılmış şəkildə tələffüz olunmalı, Herodot isə farsın tələffüzündə eşitdiyi adları yunan dilinə uyğun tərzdə yazmalı idi.


Tarix: 15.01.2015 / 19:14 Müəllif: Feriska Baxılıb: 151 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎